Yay salatı

IMG_3514

İsti yay aylarında yəqin ki, çoxunuzun xörək yemək iştahası azalıb, mənim kimi. İstərdim vitaminlərlə zəngin, çox yüngül, həm də dietik sayılan bir salatın hazırlanma qaydasını sizinlə də bölüşüm. Nəzərə alsaq ki, bu gün Ramazan ayının ilk günüdür, elə iftara bu salatı hazırlamağın əsl zamanıdır. Uzun müddət ac qalmış mədəni ağır yeməklərlə yükləmək sağlamlıq üçün zərərlidir, bunu bilirsiniz. Onda salatın hazırlanma qaydası ilə tanış olun.

Lazım olan ərzaqlar:

Kələm

Yerkökü

Bibər

Acı bibər (zövqə görə)

Xiyar

Baş soğan (zövqə görə)

Bir ədəd limon

Keşniş, nanə, göy soğan, şüyüd

Duz, istiot

Hazırlanması:

Qeyd edim ki, göyərtiləri zövqə görə götürmək olar. Cəfəri də əlavə etmək olar, amma cəfəri ilə tamam başqa dad alınır. Əslində irad tuta bilərsiniz ki, nanə uyğun deyil, mən də belə düşünürdüm, amma sınadım ki, nanə bu salatın özəl dadı oldu. Çox yox, yarım dəstə kifayətdir.

Demək belə, ilk əvvəl kələmi uzunsov olmaqla çox nazik doğrayırıq. Bir qədər duz əlavə edib əlimizlə ovuruq. Yürkökünü sürtgəcin iri gözündən keçiririk, bibəri, soğanı, xiyarı uzunsov nazik şəkildə doğrayırıq. Göyərtiləri də doğrayıb əlavə edirik, bir limonun şirəsini sıxıb əlavə edirik. Duz, istiot əlavə edib yaxşıca qarışdırırıq, soyuducuya qoyuruq. 2 saatdan sonra süfrəyə təqdim edə bilərsiniz.

76yu

18/06/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Biz salatın mayonezlisini Gürcüstanda olanda yemişdik. Bir də bu yaxınlarda özümə guya dietik salat kimi eləmişdim, amma mən tam bu reseptlə eləmişdim, bircə fərq mən baş soğan və nanə vurmamışdım, əvəzinə göy soğanını bol edib, cəfəri də əlavə etmişdim digər göyərtilərə. Eşqin çox bəyənmişdi, ağzına alan kimi dedi ki, mama, Gürcüstanda yediyimiz salat 🙂 Balam yadıma düşdü lap 😦 Darıxdım mən 😦
    Allah bərəkətli eləsin, Sevincim, dadlı salatdır, süfrənizə bərəkət.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Sağ ol, ay Sevinc, mən də hazırlayacam, sadədir,dadına da sən bəyənmisənsə söz yoxdur.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Ellerine sagliq ekizim.Her zaman oldugu kimi mohtesem teqdimat.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Ən cox sevdiyim salatdır Həmişə hazırlayıram nəinki yayada ən cox elə qışda xoşlayıramMən buna azacıq duru yağ əlavə edirəm uşaqlarsa mayonezlə xoşlayırlar

    tərəfindən bəyənildi 1 şəxs

  5. Baş üstə, komandir!

    Bəyən

  6. Mən sənin tortlarından ötrü darıxmışam, canım🍰🎂😍daha tenbellesmisem canim ozum dietde olandan evdekilerde mehrum olub sirniyyatlardan.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: