Zəncəfil, limon, bal – həm arıqla, həm sağlam qal

image

Xarici saytların bitində rast gəldim bu xəbərə. Həm marağıma səbəb oldu, həm də tərkibinə nəzər saldıqda faydalı olacağına şübhəm qalmadı. Yəqin ki, bal, zəncəfil və limon qarışığından hazırlanmış məhlulun faydası haqqında siz də eşitməmiş deyilsiniz. Bu qarışıq nəinki arıqlamaq üçün ideal vasitə, həm də sağlamlıq baxımından çox faydalıdır. Xüsusən də soyuqdəymə hallarında əvəzolunmaz bir vasitədir.


Gəlin bu tərkibin hazırlanma qaydası ilə tanış olaq:

300-350 qram zəncəfil
150 qramlıq limon
150-200 qram bal

Hazırlanması:

image

Zəncəfilin qabığını soyub doğrayırıq. Limonun da qabığını soyub, tumlarını çıxarıb dilimləyirik. Hər ikisini ətçəkən maşından keçiririk. Bal əlavə edib yaxşıca qarışdırırıq. Şüşə qaba yığıb soyuducuda saxlayırıq. Hər gün bir çay qaşığı olmaqla qəbul edirik.

Xüsusi qeyd: baxmayaraq ki, zəncəfilin orqanizm üçün xeyiri çoxdur, amma əks təsirləri olduğunu da unutmayın. Hər hansı dərman qəbul edənlər, mədə-bağırsaq xəstəliyi olanlar, aşağı təzyiqli insanların istifadə etməsi məsləhət görülmür. Həyatınızı təhlükəyə atmaq istəmirsinizsə, əvvəlcə həkim müayinəsindən keçin. Həkiminiz məsləhət gördüyü halda bu qarışıqdan istifadə edə bilərsiniz.

Advertisements

16/06/2015 tarixində Sağlamlıq içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Mən bu qarışığı başqa şəkildə etmişdim. Zəncəfildən qoz böyüklükdə bir hissəni doğrayıb, üzərinə 1 stəkan qaynar su töküb, dəmləyirdim, sonra bir dilim limon, bir çay qaşığı bal əlavə edirdim və içirdim. Əslində mən onu arıqlamaq üçün yox, immun sistemimi gücləndirmək üçün istifadə edirdim, ta o vaxta kimi ki……. Təzyiqimi məni yerə çırpdı, bir gün qalıxırdı, səhəri gün kəskin düşürdü, amma tam mənə görə içki idi, acılı ləzzətli.
    Təşəkkürlər, Sevinc, təzyiqi normal olanlar üçün yaxşı qarışıqdır.

    tərəfindən bəyənildi 1 şəxs

    • Ümumiyyətlə, bu cür reseptləri paylaşarkən gərək məsuliyyətini də dərk edəsən. Bu saat arıqlamaq üçün xanımlar o qədər yollar axtarırlar ki, hər gördüklərini də sınamaq istəyirlər. İnsan özü-özünün həkimi olsun gərək, canına qəsd etməsin.
      ALLAH saxlayıb səni ki, vaxtında duyuq düşmüsən, zəncəfil təzyiqi salır, baxmayaraq tərkibində bal da var amma öz işini görüb yenə də.
      Baxın, əziz oxucular, real fakt özü gəlib tapdı bizi. Ehtiyatlı olun, hər deyiləni kor-koranə tətbiq etməyə can atmayın.

      P.S: Bu resepti götürdüyüm mənbədə o qədər əminliklə, istifadəyə çağırışla başlıq vermişdilər ki: Şok, şok, şok! 1 aya 10 kq çəkidən azad olmaq istəyirsiniz?
      Arıqlamaq istəyəndə təbii gözüyumulu bunu edəcək…
      Mən təşəkkür edirəm, mələyim 🌺😘🌷🌻💐🌹💖😍

      Bəyən

  2. Seva, paylaşdığın və məsləhətin üçün çox sağ ol. Mən arıqlamaq üçün eyni tərkibdə bir ilə yaxın istifadə elədim, arıqlamadım, tərgitdim. Düzdür, əks təsirini görməsəm də onu içən müddət təzyiqim də çox qalxmadı, qan dövranı üçün həmin payız həkimin kurs müalicəsini götürmədim.
    Deməli mən belə edirdim: 2 lt.qaynar suya təxminən bir ovuc rəndələnmiş zəncəfil, 1 limonun suyu, 1 desert qaşığı bal, süfrəyə büküb dəmləyirdim, soyuyandan sonra gün ərzində stəkan-stəkan içirdim. Soyuducuda hələ də bir qədər rəndələnmişi qalıb.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Bu mənim sevimli ickimdir Artıq bir ildən coxdur ki arada fasilələr vermək şərtiylə bunu qəbul edirəm amma ramazanda hec vaxt icmirəm cünkü bu ickinin sidikqovuculuq xüsusiyyəti olduğu ücün bədəndə su azlığı yaradır amma ramazandan sonra yenə də davam…

    tərəfindən bəyənildi 1 şəxs

  4. Her zencefil gorende deyirem alib sinayacam.Markete ger hansi resepte baxanda yada dusur,cixanda yaddan cixir.InsAllah seytanin qicini qiracam

    tərəfindən bəyənildi 1 şəxs

  5. Olduqca əla faydası var həm cəkimi artmağa qoymur Həm də onu içəndən qrip məndən uzaq düşüb

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: