Dırnaqlara qulluq qaydaları

image

İsti yayın gəlməsi ilə bağlı ayaq dırnaqlara qulluq, xüsusi baxım diqqət mərkəzində olur. Çünki bağlı ayaqqabılardan çıxıb rahat, yüngül yay ayaqqabılarına keçmənin tam zamanıdır artıq.

Baxımlı, sağlam dırnaqlara sahib olmaq üçün isə bəzi məsləhətlərə əməl etmək lazımdır. Xüsusilə, qidalanmaya nəzarət güclənməlidir.

Əgər qidalanma zamanı yetərincə protein qəbul edilməzsə, dırnaqlarda yumşalma və qırılma yarana bilər. B qrup vitaminlərinin azlığı da buna səbəb ola bilər. Ət, balıq, yumurta, taxıl bitkilərindən hazırlanmış məhsullar B vitamıni ilə zəngindir.

Kalsium azlığı da dırnaqların gücünü azaldar. Süd məhsulları isə, bildiyiniz kimi kalsiumla zəngindir. Bundan başqa kərəviz, badam da kalsium mənbəyi sayılır.

Dəmir azlığı zamanı isə dırnaqlarda qırılma ilə yanaşı, ləkələr də əmələ gəlir. Dəmir isə dalaq və qaraciyər başda olmaqla bütün ət məhsullarında yetərincədir.

Bir çox insanlar orqanizmlərində heç bir vitamin əskikliyi olmadığı halda sağlam dırnaqlara sahib olmaq üçün öz yanlarından dərman müalicəsinə başlayırlar. Bu yanlış addımdır. Dırnaqların sağlam olması üçün vitamin və mineral dəstəyi almazdan əvvəl bir dermatoloq müayinəsindən keçmək daha məqsədəuyğundur.

Unutmayın ki, dırnaqlar üçün ən böyük təhlükələrdən biri kor-korana saxlanılan pəhrizlərdir. Həftədə 1 kilodan artıq çəki itirən pəhrizlər orqanizmdəki mineral və vitaminləri itirdiyindən dırnaqlar ciddi zərər görmüş olur.

image

Yaşanan digər problem isə dırnaq batmasıdır. Bunun üçün dırnaqları kəsərkən diqqətli olmaq ( xüsusilə ataq dırnaqları), bağlı ayaqqabılar geyinərkən dırnaqları daima qısa saxlamaq, kökünün zədələnməsinin qarşısını almaq lazımdır.

Ayaqlar üçün ən təhlükəli olanı isə, ayaq göbələyidir. Ayaq göbələyinin təbii yolla aradan qalxması üçün bəzi məsləhətləri sizin üçün seçib hazırladım, buyurun, tanış olun:

– Ayaqlarınızı hər gün 15 dəqiqə 1/2 nisbətində sirkəli suda saxlayın.

– Çay ağacı yağını gündə iki dəfə göbələk olan hissəyə damcıladın və sarğı ilə sarıyıb bir qədər gözləyin.

– Hər sabah və axşam yatmazdan əvvəl ayaqlarınıza kakos yağı çəkin.

– Artıq isti aylarda olduğumuzu nəzərə alıb, uyğun zamanlarda barmaq arasına keçən rahat ayaqqabılardan istifadə edin, ayaqlarınızın havayla təmasda olmasına şərait yaradın.

– Orqanizminiz sağlam olsun deyə, gündə 2 diş sarımsaq yeyin.

15/06/2015 tarixində Gözəl qadın içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Gözəl məsləhtlərin üçün, təşəkkür edirəm, Seva, qışda nə var k,i dırnağa qulluq üçün, həftədə bir dəfə də bəsdir, amma yayda gərək hər gün əllərlə bərabər ayaqlara da baxmaq lazımdır.

    tərəfindən bəyənildi 1 şəxs

    • Çox qəribədir ki, əvvəllər mənim dırnaqlarım gec-gec uzanardı, indi isə əksinə olub((
      Yayda xüsusən də dabanlar gərək nəzarətdə saxlanıla. Yoxsa bir də görürsən cavan qadındı dabanı it günündə çıxıb küçəyə.

      Bəyən

  2. Eh, Ay Sevinc helələrindən danışma. Təəssüf ki, adi gigiyenik qaydalara əməl etmətən qadınlar çoxdur. Bir də görürsən gözəl-göyçək birindən qoltuqaltı tər iyi gəlir.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: