Üz dərisinə çiy yumurta çəkməmək üçün 7 vacib səbəb

image

 

Yumurta və ya yumurta ağı ilə hazırlanan maskaları çox eşitmişik və bəzilərimiz hətta bunu sınaqdan da keçirmişik. Bir çox qadınlar fikirləşir ki, yumurta maskası qırışlara çox yaxşı təsir edir, saçı qidalandırır və tökülməsinin qarşısını alır. Mütəxəssislər yumurta maskası haqqında bu inancın haradan qaynaqlandığına bir aydınlıq gətirmişdir.

Çiy yumurta və üz dərisi

Yumurtanın tərkibində protein, su, duz və yağ vardır. Bir yumurta ağının 7 %-i protein, 2%-i natrium, 1 %-i kalium və 1%-i magneziumdan ibarətdir. Bu proteinlərdən biri də albumindir. Maska olaraq dəriyə çəkildikdə yumurtanın içindəki albumin quruyaraq dəriyə bir gərginlik gətirir. Dəridəki bu keçici gərginlik, qırışların açılması kimi bir hiss yaşadır. Maska yuylduqdan sonra bu təsir davam etmir və hiss yox olur. Yumurtanın tərkibində olan duz dəridəki su ilə birləşərək üzdən nəmin çəkilməsinə səbəb olur. Yumurta ağında dəriyə xeyirli olan vitaminlər də yoxdur.

image

Üz dərisinə çiy yumurta çəkməmək üçün 7 vacib səbəb

1. Yumurta tez xarab olmağa və bakteriya yaratmasına çox yaxın bir maddədir. Təmiz və çatlamamış qabıqlı çiy yumurtanın tərkibində belə, Salmonella bakteriyası ola bilər. Bu bakteriya yumurta bişdikdə təsirini itirir. Canlı salmonella bakteriyasının üzdə yaratdığı fəsadlar sübuta yetirilmişdir.

2. Yumurta maskasının yaratdığı keçici gərginlik və sonrakı quruluq, dərinin pH, yağ və nəm tarazlığını poza bilər. Xüsusiylə, həssas, sızanaqlı və ya üzündə açıq yarası olanlar salmonella bakteriyasının mənfi təsirini düşünərək bu maskadan kənar durmalıdır.

3. Saça dəstək üçün edilən yumurta maskası dəridə olan eyni riski daşıyır. Saçdan yumurta maskasını yumaq çətin olduğu çün saç soğanaqlarını tutma ehtimalı da böyükdür.

4. Bəzi insanların yumurtada olan proteinlərə qarşı allergiyası ola bilər. Üzə və saça çəkilən yumurta güclü allergiyaya səbəb ola bilər.

5. Üzə çəkilən çiy yumurtanın gərginləşdirici təsiri maska üzdə olduğu müddətcə davam edir. Maskadan sonra bu təsir yox olur. Yumurta maskası yerinə güvənilən bir üz kremi istifadə etmək daha doğrudur.

6. Estetik baxımdan düşünürüksə, yumurta dəriyə çəkildikdə üz yapışqan olur, saça bulaşır. Hətta yuduqdan sonra da getməyən bir qoxusu da vardır.

7. Yumurtanın tərkibindəki bakteriyalara görə çiy yemirik. Bəs onda niyə üz dərimizə çəkək? Yumurta kimi bu cür qidaları üzünüzə çəkməzdən əvvəl özünüzə bu sualı verin: “Bunu çiy yesəm nə olar?” Əgər orqanizmə ziyan verdiyini düşünürüksə, böyük bir ehtimalla dərimizə də yaxşı təsir etməyəcəyini qəbul etməliyik.

12/06/2015 tarixində Gözəl qadın içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Ta uşaqlığımdan yumurta ilə yaxın dostluğumuz yoxdur, çünki yumurta mənə allergiya verir. Bacardıqca yunurtadan qaçıram. Hələ indiyə qədər heç bir yumurta maskasını sınamamışam. Qoxusunu isə qətiyyən sevmirəm.
    Təşəkkür edirəm, əzizim 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. Seva, gözəl məsləhətlərdir, sağ ol. Mən üzümə iki dəfə yumurta ilə maska etmişəm sonra o getməyən qoxusunun üzündən etmədim. Bir müddət saç tökülməsinə qarşı maskada istifadə elədim, onu da tərgitdim. İndi demək olar ki, ancaq bişmiş halda salat və xörəklərdə istifadə edirəm.

    tərəfindən bəyənildi 1 şəxs

    • Sən də sağ ol, İrinka. Mən də ilk dəfə idi rastlaşdım bu məlumatla, dedim yerləşdirim bilməyənlər də bilsin. Yumurtanın, bir də çiy balığın qoxusu mənim də sevmədiyim qoxulardandı, İrinka. Çiy balığın qoxusu isə, məni həyatdan küsdürə bilər 😦

      Bəyən

  3. Neinki yumurta maskasindan,umumiyyetle maskalardan istifade etmemisem bu yasima qeder.Geleceyde ehtiyac olsa sinamaq olar.Nece deyerler gozellik qurban teleb edir.

    Bəyən

  4. Cannn gozel gozlerinizdi meley bacim

    Bəyən

  5. Yumurtaya qarşı mənim də allergiyam var amma maskalardan istifadə etmişəm Üz üçün olan maskaların yalnız yumurta ilə bağlı birindən bir necə dəfə istifadə etmişəm Onu da bilirəm ki yumurtanın ağı əsasən dəridə quruluq yaradır Amma saç tökülməsinin qarşısını almaq ücün yumurta ilə olan maskalar dəqiq bilirəm ki əla effekt verir Həmişə istifadə edirəm

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: