Ağ tut mürəbbəsi

IMG_6927   Lazım olan ərzaqlar: 3 kq ağ tut 2,3 kq şəkər tozu 1 ç/q limon duzu Hazırlanması:

Tut təmizlənir, yuyulur, suyu çəkilir. Sonra bişirəcəyimiz qaba əvvəlcə tut, sonra şəkər tozu əlavə olunur. Və bir neçə dəfə təkrarlanıb 6-7 saatlıq şirəsi çıxmaq üçün gözlədilir. Bir qədər şirəsi çıxdıqdan sonra vam odda şəkər tozunu tam əridib 5 dəqiqə qaynadıb götürürük. Soyuduqdan sonra, daha yaxşı olar 6-7 saatdan sonra yenidən gur odda bişənədək qaynadırıq. Limon duzunu töküb 3 dəqiqə də qaynadıb altını sondürürük. Soyuyandan sonra şüşə qablara yığırıq.
45rt

11/06/2015 tarixində Mətbəximiz içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Rayona gedəndə istədim 1-2 kq bişirəm, amma vaxt elə gəldi, getdi ki, heç xəbərimi olmadı. Yəqin artıq tutun vaxtı bitib. Ümidim xar tutadır, yəqin bişirib payımı verən olacaq 🙂
    Əllərinizə sağlıq, Sevincim, ağız şirinliyi ilə yeyəsiniz.

    Bəyən

  2. Şirin ağızla yeyəsiniz, Seva, tutun özünü yedim, qaldı mürəbbəsi.(((

    Bəyən

  3. Sirin agizla yeyesiz ekizim.Hemiseki kimi mukemmel teqdimat.Tutun dadi nedir bilmirem hec.

    Bəyən

  4. Yox canim hec sevmirem

    tərəfindən bəyənildi 1 şəxs

  5. Mənə nəyi qadağa edirlər etsinlər amma mürəbbə ilə cay icməyi qadağa etməsinlər Süfrəmdə yay qış həmişə mürəbbə olur tut mürəbbəsin də cox sevirəm Hər il xar tut mürəbbəsi bişirirəm Deyirlər bu il xar tut azdı ona görə də bu il ağ tutdan bişirmişəm hər ehtimala qarşı Mürəbbən isə əla alınıb canım

    tərəfindən bəyənildi 1 şəxs

  6. Mən mürəbbəli çay istəyirəm 🙂

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: