Qadınlar sirr saxlaya bilirmi?

image

Bu məsəli eşitməmiş olmazsınız: “Dostuna sirr vermə, dostunun da dostu var”. İngiltərəli bir alim 18-65 yaş arası üç qadın arasında belə bir araşdırma aparmışdır. Qadınlar sirrin mövzusundan asılı olaraq, onu 1 dəqiqə ilə 47 saat arasında başqa biriylə bölməlidirlər. Xüsusən də rəfiqələrinə, həyat yoldaşlarına, analarına danışarlar. Qadınlardan 40 faizi sirr saxlamağın asan olmadığını boyunlarına alarlar.

Bir qadın bir həftədə üç dedi-qodu yaya bilər, həm də söylədiklərinin heç kimə yayılmayacağına əmin olarlar.

Bir qism qadınlar isə sirri kimləsə bölüşmədikdə içində bir narahatçılıq keçirərlər. Lakin bölüşdükdən sonra, üstündən bir neçə gün keçir və onlar vicdan əzabı çəkirlər.

Yaxşı, bəs onda bölüşmək arzusu nədir, sonrakı peşmanlıq hissi nə?

Sirri bölüşən bir qadın qarşısındakını məlumatlandırdığını sanar. Qarşı tərəfin fikrinin nə olacağını çox böyük maraqla gözləyər. Sonrakı peşmanlığına da səbəb, gözlədiyi cavabı və münasibəti ala bilməmək olur. Başqasına aid bir mövzunu bölüşdüyü üçün daxili narahatlıq keçirir. Bəlkə də mövzunu açaraq kimlərsə bölüşdüyünü ilk əvvəl bir yaxşı niyyət kimi qəbul etmiş olmuşdusa, sonradan çox böyük peşmanlıq hissi yaşayaraq təssüflənir.

Siz necə, sirr saxlaya bilirsinizmi?

09/06/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Mənə aid deyil 🙂 Mamam həmişə şikayət edir ki, sənin ailənin sözünü mən başqalarından eşidirəm 😆 Xoşlamıram da, kimsə sənə etibar edə sirrini bölüşə, sən də ürəyim darıxır deyib, kiməsə danışasan 😦
    Təşəkkür edirəm, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

    • Sirr saxlaya bilməyənin əhvalatın eşitmisən də yəqin: “İsgəndərin buynyzu var, buynuzu”.
      Mən də mənə etibar ediləni, açılması məsləhət olmayan sirri heç vaxt deməmişəm. Elə adamların, elə sözü var ki, məndə, mənimlə qəbr evinə gedəcək…
      Sənə də təşəkkürlər, mələyim 😍😘🌹🌻🌷🌺

      Bəyən

  2. Sirr saxlamağı denən mənə Elə hərtəfli sirr saxlamağı sevirəm Ailə sirrimi ailəmdən başqa hec kim bilə bilməz Hətda elə olur ki Mamam hardansa yoldaşım tərəfdə olan bir hər hansı hadisəni müəyyən vaxtdan sonra eşidirsə gileylənir ki mənə niyə demirsən Deyirəm ay mama axı mən sənin də sirrini o tərəfə vermirəm Bir azda öyünür ki elə özümə oxşamısan)) Hərdən yaxın tanıdıqlarım deyir ki bu qədər ünsiyyətcil olduğun halda qapalılığın da var Deyirəm qapalılığım mənə aiddir sizə isə nə lazımdırsa onu danışıram Amma bu yoldaşım ki var hec sirr saxlamaqla arası yoxdu Olur ki nəsə bir iş görmək vəya nəsə almaq istədikdə fərq etməz nə olur olsun ailə daxilində həll olunacaq hər bir işi aınana qədər saxlamağı sevirəm Yoldaşımda isə bu sahə bir az zəifdir)) amma cox irəliləyişlər olub mənim danışmağımdan sonra Arada ona deyirəm ki Sən canın bu işi hec kimə demə hə Bu arxı tullan sonra hop denəndə Yaxın ünsiyyətdə olduqlarım da yəqin elə bu üzdən sirrlərini adətən mənimlə bölüşürlər Seva mövzun lap ürəyimdən oldu ha))

    tərəfindən bəyənildi 1 şəxs

  3. Əşı mütəxəssisləri qınama yəqin yazıqlar evdə elə görüb sonra bunu bütün cəmiyyətə aıd ediblər

    tərəfindən bəyənildi 1 şəxs

  4. Dedə bunu bayaqdan Əla

    tərəfindən bəyənildi 1 şəxs

  5. Seva, sənin sözün olmasın elə srrlər var ki, məndə…Çox gözəl sirr saxlamağı bacarıram, amma mənim verdiyim sirri saxlaya bilməyənlər olub deyə, çox çalışıram heç kimə sirrimi verməyim. Ailə sirrlərimi heç öz döğmalarıma vermirəm, qalmış yadlar ola.

    Bəyən

  6. Gozel movzuya toxunmusuz ekizim.Deyirler sirrini dostuna verme,dostuvunda dostu var.Menim sirdasim Anamdi.hemcininde men Anamin.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: