Süd və süd məhsulları haqqında

dai1

Bu günkü mövzumuz süd və süd məhsulları olacaq. 

Süd qida məhsulu kimi çox əhəmiyyətli sayılır. İnək, qoyun, keçi südü qida kimi, o biri südlər isə müalicəvi baxımdan maraq doğurur. Südün keyfiyyəti həmçinin heyvanın yediyi otlardan asılıdır: əgər heyvan istilik gətirən bitkilərlə qidalanarsa, onda onun südü bədənə istilik, soyuqluq gətirən bitkilərlə qidalanarsa, soyuqluq gətirər. Süd təzə halda daha münasibdir, qaldıqda öz keyfiyyətini itirir. İstifadə üçün onu isitmək lazımdır. Südü turşularla, təzə meyvələrlə, balıq və soğanla yemək düzgün deyildir. Qadınlar doğuma yaxın və doğumdan sonra qırx gün ərzində süd yeməsə yaxşıdır. İsti iqlimi olan yerlərdə mədəsi zəif olanların çox süd içməsi ziyandır. İnək südü. Mülayimdir, pendirliyi az, yağlılığı çoxdur. İnək südü qida kimi daha faydalıdır. İnəyin boğazlıq, qadının hamiləlik müddəti bir-birinə uyğun gəldiyinə görə inək südü insan üçün olduqca münasibdir. Təzə inək südünü soyumamış içmək insanı kökəldir, cinsi fəaliyyəti gücləndirir, tez həzm olur, bədən tərəfindən çox məsrəf olunur, üzü yaxşılaşdırır, bədəni qüvvətləndirir. Düyü ilə bişmişi ömrü uzadır. Sinir fəaliyyəti zəifliyi, baş ağrısı, ürək döyüntüsü, hamiləlik zamanı süd münasib sayılmır. Çox işlətmək böyrəkdə daş yarada bilər. Qoyun südü. Yağlılığı və pendir çıxımı çoxdur, inək südünə nisbətən qəlizdir, qara qoyunun südü daha faydalıdır. Ağ ciyər, bağırsaq yarası üçün faydalıdır. Keçi südü. Soyuqluğu, rütubəti çoxdur. Boğaz üçün münasibdir. Çox hallarda inək südünü əvəz edə bilir. Ana südü. Boğazı yumşaltmaq üçün faydalıdır, vərəm, sinə quruluğu, öskürək üçün münasib sayılır. Onun təpitməsi göz və qulaq ağrısını sakitləşdirir. At südü. Nisbətən istiliyi çoxdur, iştaha yaradır, sidikqovucu təsirə malikdir, sidik yolları üçün münasibdir. Uzunqulaq südü. Rütubəti çoxdur, soyuqdur. Vərəm, arıqlıq, istiliklə müşayət olunan öskürək, nəfəs tutulması, öd yolları iltihabı, sidik kisəsi ağrısı, bağırsaq yarası və s. hallara qarşı münasibdir. Onunla qarqara etmək dişləri möhkəmləndirir. Təpitməsi şişi yatırır, xüsusiylə onu zəfaranla hazırladıqda daha təsirlidir. Ana südünü əvəz edə bilir. Onun yerinə keçi südü də işlətmək olar. Qatıq. Soyuq və rütubətlidir. Susuzluğu yatırır, təsir baxımından ayrana yaxındır. İltihabı olan mədəyə ziyandır. Ayran. Daha yaxşısı yağı tam yığılmamaış, təzə olanıdır. Soyuqluq gətirir, qan təzyiqini aşağı salır, iştahanı artırır, susuzluq, qaraciyər və mədə iltihabı üçün münasibdir. Qovrulmuş arpa unu ilə bişirib yemək ishal üçün münasibdir. Kərə yağı. İstilik gətirən və yumşaldıcıdır. Bədəni kökəldir, nəfəs yolunu və boğazı təmizləyir, yumşaldır. Quru öskürək üçün münasibdir. Bal ilə yemək sətəlcəm və plevrit zamanı məqsədəuyğun hesab edilir. Şəkərlə kərə yağı bədəni kökəldir. Tək yeyildikdə mədə ağzının fəaliyyətini zəiflədir, iştahanı azaldır. Buna görə də onu bal və şəkərlə işlətmək münasibdir. Qurut. Soyuq və qurudur, qan təzyiqini aşağı salır və öd şiddətini yatırır, susuzluğu aradan qaldırır. Onun suyu ilə boğazı qarqara etmək boğaz şişi üçün faydalıdır. Qurutdan sonra yaranan köpmənin qarşısını almaq üçün istilik gətirən ədviyyat işlətmək məsləhətdir. Pendir. Təzəsi soyuqluq verir, böyrəyi möhkəmləndirir, təmiz qan yaradır. Qoz ləpəsi və kəklikotu ilə təzə pendir bədəni kökəldir, dərini zərifləşdirir, iştahanı azaldır. Təpitməsi yara şişinə qarşı münasibdir. Duzlu, köhnə pendir istilik və quruluq verir, bağırsağı bərkidir, susuzluq yaradır. Dələmə. (Pendir üçün mayalanmış süd özünü tutandan sonra belə adlanır). Vərəm, mədə iltihabı, öd yolları xəstəliyi, qan xəstəlikləri zamanı münasib hesab edilir.

04/06/2015 tarixində Sağlamlıq içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Özüm süd içən deyiləm, amma uşaqlar, xüsusilə, Sonay südü sevir. Qoyun, keçi oendirini sevirəm, inək qatığını, süzməsini lap çox sevirəm, daha doğrusu ailəlikcə sevirik. Qurut bizim zonanın simvoludur 😆 Mən qurutu quru şəkildə doğrayıb, elə yeyirəm, o qədər xoşuma gəlir ki o duzlu turş dad. Ayran xoşlamıram, nəsə ətim ürpəşir ayran ağzıma gedəndə. Kərə yağı tapdıqca işlədirəm, amma özünü tək heç vaxt yeyə bilmərəm, son vaxtlar yeməklərimdə çox vaxt kənd kərə yağından istifadə edirəm. Dələməni nə görməmişəm, nə də ki, yeməmişəm.
    Faydalı xəbər üçün təşəkkürlər, Sevincim.

    tərəfindən bəyənildi 1 şəxs

    • Mən də əvvəllər, uşaq vaxtı sevməzdim südü, amma indi xoşlayıram. Həm də kakao, ya da kofeylə. Qurudu yaman dedin 😄
      Əsl kərə yağının dadı yadımnan çıxıb 😩
      Sənə də təşəkkür, mələyim. 🌻🌷💖😍🌹😘

      Bəyən

      • Danammaram axı. Qazaxlı olmağıma baxmayaraq, qurutlu xəngəli, ümumiyyətlə, xəngəli qəti sevmirəm 😦
        Sözün düzü əsl kərə yağını mən yalnız qızartmalarda xoşlayıram, sadəcə tapşırıq yuxarı yerdən olduğuna görə sulu yeməklərdə də işlədəsi oluram. Həm də mən əridilməmiş, ayranı içərisində olan yağı xoşlayıram. Qəşəng təzə kartof qızartması olur inək yağı ilə, yanında da çoban salatı 😆 Ac toyuq yuxusunda darı görən kimi mən də yoqurt içib, kartof təsəvvür edirəm 😆

        tərəfindən bəyənildi 1 şəxs

  2. Südü ata evimdə olanda çox sevirdim. Kakao, kofe ilə, sadə, müxtəlif sıyıqlarda istifadə edirdim. Ər evinə gedəndən bir qədər çirgidim deyərdim. Ağartı və ağartı məhsulları təmizliyi çox sevir, amma bu qaydalar orda pozulduğundan yavaş-yavaş süddən uzaqlaşdım, tədricən bir qədər yaxınlaşdım. Ayran və qatığı heç xoşlamıram, qurutun dadını bilmirəm. Xörəklərdə təmiz kərə yağı, pendir, şor ən çox işlətdiyim süd məhsullarıdır. Faydalı xəbərin üçün təşəkkür, Seva.

    Bəyən

  3. Mələyim, nə qəşəng menyudur 🍟🍞🍕🍇🍰🍗🍒🍍

    Bəyən

  4. Südü ümumiyyətlə ağartı məhsullarını cox sevirəm amma uşaqlar nədənsə süd icməyi sevmir Amma kicik oğlum idmanla məşğuldur deyənə məcburən də olsa icir həmdə kokteyl hazırlayıb hər gün qəbul edir Pendirlərdə ən cox keci pendirini sevirəm Rəhmətlik qaynanam keci pendirini həmişə ayrıca motalda edərdi Təzə gəlin gələndə motal mənə qorxulu gəlirdi amma sora öyrəşdim Eh indi qaynanam yoxdu hec motalda yoxdu Hərdən kəndə gedəndə motalların yerinə kaucuk qablarda pendir görürəm elə ona görə də əvvəki dad da qalmayıb Qaynanam deyərdi ki pendirin mayası xüsusi hazırlanır nə bilim buğda ,qoyunun nazik bağırsağından daha nələr nələr qatılıb hazırlanmazdı Hərdən qabda mayanı göstərib deyərdi ki bax bu qabdakı mayanın kökü anamdan qalıb hər dəfə təzələyib götürürəm İndi o maya bankasının yerində soyuducuda toz halında olan alınma paket mayalar durur

    tərəfindən bəyənildi 1 şəxs

  5. Bu şərh olmadı ki, bu xatirələr yığımı oldu…
    İndi insanlıq da bax beləcə süniləşib, ay Gülüm. Pendirin, xəmirin mayası əsil olmayandan sonra, insanlığın mayasına da kimya qatıb, genin dəyişdilər…hayıf o günlərdən, çox hayıf…
    Kövrəldimsə də, şərhin mənə çox duyğusal təsir etdi, sağ ol, Gülüm 😍🌺🌹😍💐🌷💖😘

    Bəyən

  6. Sən sağ ol canım mənim

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

<span>%d</span> bloqqer bunu bəyənir: