Gözəllik sirləri

image

Gözəl görünməyin sirləri ilə tanış olmaq istərdinizmi? Elə isə aşağıda məsləhət görülən maskalardan istifadə etmək zamanıdır.
№1 Yumurta ağından maska

Yumurta ağı dəri örtüyünün elastikliyini yüksəldir və praktik olaraq ani liftinq imkanı yaradır. Üşağıdakı komponentlərlə birlikdə qarışdırıb istifadə edə bilərsiniz:

bir yumurtanın ağı
1/2 çay qaşığı vitamin E
Bir neçə damcı limon, ya da portağal şirəsi

Qarışığı masaj hərəkətləriylə dəriyə tətbiq edin. Bu maskanı həmçinin boyun və dekolte sahəsində də tətbiq etmək olar. Tam quruduqdan sonra ilıq suyla yuyun.

№2 Şəkər tozu – yumurta sarısı

Bu məhsulların qarışığından alınmış maska cavanlaşmanın ən yaxşı təbii üsullarından biridir. Bir yumurtanın sarısını, 1 çay qaşığı şəkər tozu ilə çırpın. Qarışığı yumşaq masaj hərəkəti vasitəsiylə üzə tətbiq edin. 5-7 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.

№ 3 Bir möcüzə

Dərinin bütün tipləri üçün yarayır və sadəcə möcüzələr yaradır!
1 xörək qaşığı xama və 1 çay qaşığı limon şirəsini qarışdırın. Bura dəri tipinizə uyğun olan hər hansı efir yağlarından da əlavə etmək olar. Prosedur vaxtı 20-30 dəqiqə çəkir. Maskanın tətbiqindən sonra dəri hamarlaşacaq. Bu maska həm də yaz ləkələrinə və sizanaqlara da kömək etmiş olacaq.

№4 Avokado – bal

Bu komponentlər dərini yumşaq, elastik və hamar edir. Avokado meyvəsinin yarısını blenderdə xırdalayın və ya çəngəllə əzin, 2 xörək qaşığı bal və 1 yumurta ağı əlavə edin. Prosedur vaxtı 15 – 20 dəqiqədir.
№5 Bananlı krem-maska

Yetişmiş bananın yarısını götürün və 2 xörək qaşığı qaymaqla qarışdırın. Bura vitamin E kapsulu əlavə edin və yenə yaxşıca qarışdırın. Üzünüzə tətbuq edin, 15 dəqiqədən sonra yuyun.

№6 Yulaf maskası

Yulaf maskası qırışlardan xilas olmaq üçün ən yaxşı seçimdir.

Lazım olan komponentlər:
2 xörək qaşığı yulaf
yarım stəkan qaynar su
bir yumurtanın ağı
1 xörək qaşığı bal

İsti suyla yulaf yarmasını bir qaba tökün və 30 dəqiqə saxlayın. Bütün komponentləri yaxşı qarışdırın, 10-15 dəqiqə üzdə və boyun hissəsində saxlayın, südlə yuyun. Sonra isə suyla yaxalayın.

Siz bu maskaları həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz.

04/06/2015 tarixində Gözəl qadın içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. 3-cü maska xoşuma gəldi, onu yoxlayacam. 4-cü də yaxşıdır, amma kimdir mənə avokado alan 😆 5-cini bir az fərqli tərkiblə mən də edirəm. Elə gözəl effekt verir ki.
    Təşəkkürlər, gözəlim, şəkildəki qız nə gözəldir.

    tərəfindən bəyənildi 1 şəxs

    • Gözəl günün olsun. Bəs gözəl qız qoymasam kim inanar faydasına 🙂
      Mən sən dediyin balla kəpək maskasını etdim, bala görə üzüm bir neçə yerdən səpki verdi, amma o qədər effektli bir maska idi ki, dəri elə bil bir dəfəyə cilalanmışdı.
      Elə sənə də təşəkkür, mələyim. 🙂

      Bəyən

  2. Heyf ki, bal səpki verdi, yoxsa bu maskadan əl çəkməzdim. Amma sənə deyim 1 həftəyə səpkidən əsər əlamət qalmadı heç, bəlkə ayda bir sınadım, çünki çox sevdim mən bu maskanı.

    Bəyən

    • Mən yarım il olar, bir maska ilə pilinq edirdim, elə gözəl effekt verirdi ki, axırıncı dəfə mənim də üzümdə səpkilər yarandı, mən o maskadan gördüm, indi qorxuram. Bal mənim üzümə düşür, sizə yazdığım balla olan o maskaların hamısını özümdə tətbiq eləmişəm. Özüm də edəcəm inşəAllah.

      tərəfindən bəyənildi 1 şəxs

      • Ay bacı nə olar, mənə də bir maska resepti təşkil elə😍😋 Dərim yağlıdır. Lakin yay gələn kimi, mənim üzüm qaşına-qaşına durur. I still nəyə, tərləməyə məəttələm. Üzümü cırmağım gəlir. Çox həssasdır. Bir müddət əvvəl nəmləndirici krem istifadə etdim, belə də. Kosmetoloqa gedəcəm, belə getsə…

        Bəyən

  3. Bıy, şərhimə çox sözlər səhv gedib. Üzrlü hesab edin 😩😥😦😧

    Bəyən

    • Gərək xeyiri başqasına verəsiz də, niyə gəlmirsən özümün yanıma 🙂 Mənim dərim də yağlıdır, amma üz dərim həssas deyil, baxmayaraq ki, dərim nazik və həssasdır, çox güman ki, üz dərimi sırtaltmışam 😆
      Dünən fərqli bir maska elədim, yaxşı nəticə aldım.

      tərəfindən bəyənildi 1 şəxs

  4. Üz ki var, o uje qəliz məsələdir, bilmirəm ki, sənin dərin həssasdırmı? Sənə maskalar göndərərəm, baxarsan gör, hansı yarayır. Hamısını özüm təcrübədən keçirtmişəm, bir əks reaksiya olmayıb. Səndə də olmaz inşəAllah.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: