“W” oturuş forması çox təhlükəlidir

image

Uşaqların səhv oturuş formalarına diqqət verilməzsə, yaş irəlilədikcə onlarda bel, kürək və ümumilikdə onurğada problemlər meydana gələ bilər.
Şəkildən də gördüyünüz oturma forması, yəni diz üstə oturmuş kimi, lakin ayaqları yana olmaqla “W oturuş” formada oturmaq gələcəkdə uşağın düzdabanlı olmasına, belində, kürəyində, onurğasında, hətta çanaq sistemində çıxıqlara gətirib çıxara bilər. Mütəxəssislər xüsusi olaraq vurğulayırlar ki, uşaqlar nə qədər ki, gəzə bilmirlər, bu şəkil oturmağln ziyanı yoxdur. Ancaq uşaqlar gəzməyə başladıqdan sonra bu oturuşa mütləq nəzarət etmək lazımdır.

“W” oturuş forması çox təhlükəlidir
Uşaqlar yeridikdən sonra oturuş formalarına valideynləri mütləq nəzarət etməlidirlər. Çünki mütəxəssislər belə bir qənaətə gəliblər ki: Bud sümüyü yuvası və bud sümüyünün girdə başı budda daha sonra yuva olacaq dayaz bir boşluq əsasında dayanır. Uşaq yeriyənədək bu yuva formasını almaz. Çünki yuva bud sümüyü üzərindəki hərəkəti ilə yaranır. Uzun müddət “W” şəklində oturan uşaqların gələcəkdə gəzintisi, duruşu və əzələlərinin inkişafı pozula bilər. Məsələn, ayaq arxa əzələlərinin qısa qalması və sərtləşməsinə bağlı olaraq uşaqlar balerina kimi barmaq uclarında yeriyə, düzdabanlıq ortaya çıxa bilər. Bu səbəbdən uşaqların səhv oturuş formalarına mane olmaq lazımdır.

image

Uşaqlara müxtəlif məşqlər keçərək onları bu oturuş tərzindən uzaqlaşdırmaq lazımdır. Uşaqların evdə təşkil edilən tunellərin içindən sürünərək keçmələri, parklarda dırmaşmaları kimi məşqlər çox faydalı sayılır.

“W” oturuş tərzini davam etdirən uşaqlarda ayaqlarını içə basmaqla yerimə hallarına da tez-tez rast gəlmək olur. Bu cür yeriş tərzinə adət etmiş uşaqların oturuşuna nəzarət etməklə yanaşı, həm də xüsusi ayaqqabılardan da istifadə etmək məsləhətdir.

03/06/2015 tarixində Sağlamlıq içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 9 Şərh.

  1. Bizim uşaqlar da hərdən elə otururlar, amma uzunmüddətli deyil. Mənim xoşuma gəlir elə oturmaq, deməli, zərərli imiş. Nəzərə alacam, Sevincim. Faydalı xəbər üçün təşəkkür edirəm.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Məlumat üçün təşəkkür edirəm. Mənim balam hələ 4 aylıqdı. Vaxtında bildiyim yaxşı oldu

    tərəfindən bəyənildi 1 şəxs

  3. Mənim dəcəlim də bu pozadan yararlanır 😆😅😄Mənə də ləzzət edir. Hətta dünən həyətə düşürmüşəm. Elə həyətdə də o pozada oturdu, rəfiqəsinin karandaş və dəftərini yazmağa başladı. Neynədimsə də, əlindən ala bilmədim. Bir də ayıldım ki, çox sevdiyim kofta və şalvarı yazılar içindədir. Bir sözlə paltarlarının da anasını ağladıb gəldi 😟😨

    tərəfindən bəyənildi 1 şəxs

  4. Uşaqlar çox sevirlər bu cür oturmağı, amma ziyanı varmış, adət etməsinə yol vermə, canım.

    Bəyən

  5. Salam manim qizim demak olar uturanda ancax w-bela uturur😣daha quymaram ela utursun.kaştez gorsaydim bu malumati avvalcadsn qarsisini alardim

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: