Fərqli tərəvəz dolması

1401969983_image

 

Lazım olan ərzaqlar:
Mal əti
4-5 tikə quyruq
Kərə yağı
Baş soğan
Badımcan
Bibər (acı, şirin)
Pomidor
Kartof
Reyhan, şüyüd
duz, istiot

Hazırlanması:
Əti bildiyimiz qaydayla hazırlayırıq, soğanla birlikdə ət maşınından keçirib doğranmış göyərti, kərə yağı, duz, istiot əlavə edirik. Badimcanı və digər tərəvəzləri şəkildəki kimi hissələrə ayırırıq, sona qədər kəsmirik.
Bütün ərzaqları bu şəkilə kəsib kəsilmiş hissələrə ət qoyuruq. Soba listinə yığırıq.  Acı bibər xoşlayanlar lap üstdən acı bibər də əlavə edə bilər. Sonda üstünə duru yağ gəzdiririk. Bunu tavada da hazırlamaq olar, amma soba yeməklərinin xüsusi dadı olduğu üçün mən sobada hazırlayıram. Folqa kağızla bağlayıb bişməyə qoyuruq.
7u

 

 

01/06/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.

  1. Bəh-bəh nə ləzzətli yeməyin üstünə çıxmışam. Allah bərəkətli eləsin, süfrəniz halal ruzili olsun inşəAllah.
    Bir badımcan, bir acı bibər mənimdir, heç kim toxunmasın.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Heç kim toxuna bilməz, sənindi 🙂

    Bəyən

  3. Süfrənizə bərəkət qızlar Mən həmişə bu üc bacı dolmasını sobada bişirirəm Hərcənd ki burda onlar dörd bacıdılar Kartofu bu şəkildə quyruqla pomidorla cox bişirmişəm amma bu dolmalara hec vaxt sintez eləməmişəm Bu dəfə sınayım gərək

    tərəfindən bəyənildi 1 şəxs

  4. Süfrənə bərəkət, Seva, dadı da özəl olar yəqin. Elə tənbəllik edirəm ki, birdən belə fərqli yeməklər bişirmək üçün, yanımda sənin kimi dəstək verən olsa bişirib dadına baxardım.

    tərəfindən bəyənildi 1 şəxs

  5. Canlı olmasam da, virtual yanındayam, sən ürəkli ol 😘😍🌹🌺💖🌷💐
    Dünən fərqli bir reseptlə peçenye bişirdim, bəh-bəh, kaş yeyəydin.

    Bəyən

  6. Sağ ol, Seva, yemiş kimi varam.

    Bəyən

  7. Mən şənbə günü bu yeməkdən hazlrladım, amma sobada yox, tavada, çox bəyəndim. neçə saat ayağın əsə-əsə dolma bişirdiyinə, bu daha rahat və dadlıdır. Sevinc, mənim şirin bibərim yox idi deyə, eləmədim, onu da eləsəm, içini çıxartmalıyam?

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: