…qayğısız illərim, məktəb illərim…

 

image

Ömrümüzün sevincinə,

bircə damla qəm qarışıb…

Qoynundayıq ayrılığın,

gözümüzdə nəm qarışıb!…

Ayrılığın kədərini,

sevinc ilə daşıyırıq…

Doğma məktəb, qoynunda biz,

son günləri yaşayırıq!…

Sənin isti qucağında,

ucalmışıq-boy atmışıq…

Kövrək-kövrək arzuları,

könlümüzdə oyatmışıq!…

Ey sevimli müəllimlər,

qayğınızı unutmarıq…

Bizə qarşı o səmimi

duyğunuzu unutmarıq!…

Doğma məktəb, qəlbimizdə

eşqi yaşar səadətin!…

Çətin həyat yollarında,

addımlarıq mətin-mətlin!…

Deməyin ki, günlər keçər,

bir də geri qayıtmarıq!…

Sizi, əziz müəllimlər,

biz heç zaman unutmarıq!…

Unutmarıq könlümüzə,

yaxın olan kəsləri biz…

Şirin xəyal olacaqdır,

bir vaxt məktəb xatirəmiz!…

Son zəng indi çalınacaq,

qəlbimizin hayı kimi…

Bu sədanı xatırlarıq,

ömrün şirin payı kimi!…

Hər dövrün öz xatirəsi, öz yaddaşı var. Orta məktəb illəri də yaddaşımıza öz silinməz naxışlarını vurub. Bu dövrdə insan o qədər saf, o qədər təmiz olur ki… …24 il bundan əvvəl mənim də məktəb həyatımın son günləri idi. O qədər kövrəlmişdim, lap uşaq kimi. 11 illik bir həyata vida deyib, parta arxasında bir daha oturmayacağımı düşündükcə gözlərim yaşarırdı… O dövrün şagirdləri fərqli idi. Oxumağa həvəs, elmə maraq da indikindən fərqli idi. Ali təhsil üçün can atanların sayı daha çox idi. Orta məktəbin son sinfində oxuyan hər bir yeniyetmənin fikri ancaq ali məktəbə qəbul olmaq idi. Gələcəyə baxış da indikindən fərli idi deyərdim. Sovetlər dönəmində son zəng də indikindən fərqli keçirilirdi. Demirəm ki, müasirliyin tərəfdarı deyiləm, amma nədənsə indiki gənclərdə Avropaya meyil daha çox hiss olunur. Çox heyflər olsun ki, mənim son zəngim ərəfəsində amansız müharibə addım-addım bizi izlədi və biz müharibə gedən bir bölgənin, şəhid verən bir rayonun, hər gün güllə yağışları altında oyanan bir torpağın məzunları kimi bitirdik orta məktəbi. Heç vaxt unutmayacağım misralar var:

Elə istəyirəm gedib görəydim,

Əlimdən yerimi mənim kim alıb…

image

Mənim xatirə dəftərimə müəllimlərimdən birinin yazdığı xatirədir bu misralar. Əlimdən yerimi kim aldığının şahidi olmadım, yerimin külünü göyə sovurdu erməni qaniçənləri…Elə dəyərli bir xəzinə kimi qoruyub saxlayıram ki, o dəftərçəni. Nə qaldı ki o illərdən mənə?! Bir şəkillər, bir də xatirələr…O illər üçün burnumun ucu göynəyir. O qədər xəyalını qururuam ki, bəlkə bir gün qismət olar doğma məktəbimə ayaq qoyaram, daşı-daş üstə qalmasa da əyilib torpağını öpərəm… Məktəb illəri mənim həyatımın ən silinməz xatirələridir. Bir gününü yenidən yaşamaqdan ötrü ömrümün neçə illərini qurban verərdim, bir bilsəniz… Bizim dövrümüzdə son zəng may ayının 25-i qeyd edilərdi. Bu gün bu tarixdə də dəyişiklik var. Müəyyən səbəblərə görə bu il respublikanın orta təhsil müəssisələrində son zəng bu gün qeyd edildi. Yüzlərlə yeniyetmə məktəb həyatına “əlvida” deyib həyatın yeni pilləsinə qədəm qoydu artıq. Onlar üçün necə məsuliyyətli bir dövr olduğunu yəqin ki, hamımız gözəl bilirik. Həm ayrılıq, həm nostalji hisslər, həm də qarşıdan gələn qəbul imtahanın həyəcanı… Əziz məzunlar, yolunuz açıq olsun, məqsədiniz, amalınız sizi uğurlu gələcəyə aparsın! Əziz dostlar, yazının davamı kimi sizdən bir istəyim olacaq. Mümkünsə hər biriniz son zəng xatirələrinizi bizimlə bölüşün…

P.S: Şəkillər üçün hamımızın sevimlisi Səadət Səxavətə təşəkkür edirəm.

29/05/2015 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.

  1. Canım Seva yazın məni kövrəltdi Biz 11-sinifdə oxuyanda qanlı yanvar hadısələri baş verdi Hərcənd ki Son zəngimiz qayda qanuna uyğun olaraq kecsədə hamının ürəyində bir nisgil vardı Məktəb illərim mənim ən yaddaqalan gəncliyim yeniyetməliyim uşaqlığım olub Cünkü tələbəlik illərində artıq məni ailə qayğıları daha cox maraqlandırırdı Artıq 43 yaşımdayam amma bu günə kimi gördüyüm yuxuların demək olar ki məktəb uşaqları ilə bağlı olur və sevdiyim sinif otaqlarında cərəyan edir Düzdü mən oxuduğum məktəbin qarşısından maşınla da olsa tez tez kecirəm cünkü atam evinə gedəndə istər istəməz yolum burdan kecir amma hər zaman kicik bir kövrəklik kecir o anda qəlbimdən İndinin özündə də ya telefonla ya skaypla ya da sosial şəbəkədə sinif yoldaşlarımla az da olsa əlaqəm olur amma o illərin yerini hec nə vermir Evladlarımın hər ikisi ilə demək olar ki 11 il bərabər oxumuşam Hərdən onlara deyirdim ki mən də sənəd versəydim yenidən harasa qəbul olardım )) İndiki gəncliyə möhkəm iradə ağıllı zəkalı beyn gözəl əxlaq arzu edərdimTəki hec bir evlad valideyinə baş aşağı dikiləcək peşmancılıq yaşatmasın

    Bəyən

  2. İndən belə bizə kövrəlmək qalacaq, Gülüm 😪
    Arzularına qoşuluram, canım, Amin deyirəm…
    Şərhin üçün də 😍😘🌹💐🌷

    Bəyən

  3. Təşəkkürlər canım.Əllərinizə saglıq.Çox sag olun ki varsız.😊

    tərəfindən bəyənildi 1 şəxs

  4. Xoş gəldin, dağlar qızım. 😌😘💐🌺🌷 Sən sağ ol ki, müəllim kimi şərəfli adı uca tutursan.

    Bəyən

  5. Seva, mənim oxuduğum orta məktəb indi təəssüf ki, heç bilmirəm nə kimi istifadə olunur, amma orda çoxlu xatirələrim var. Ən çox bir-birimizlə həqiqi mənada bilik yarışı keçirməyimiz yadımdan çıxmaz. Sinfimizin 90%-i seçmə uşaqlar idi və əksəriyyəti də o zaman ali təhsil aldı. Yenə də təəssüf ki, heç biri ilə əlaqəm yoxdur, bizi həm məsafə, həm də zaman ayırır. Son zəngddən özəl bir şey xatırlamıram, o yadımdadır ki, 1-ci sinfi bitirən şagirdə hədiyyə kimi kitab və şəkilli kitab bağışladım, o isə qızılül bağışlamışdı. Özüm 1-ci sinfi bitirəndə mənə işlənmiş karandaş və köhnəlmiş bir açıqca vermişdilər, bu isə mənim heç xoşuma gəlməmişdi.

    tərəfindən bəyənildi 1 şəxs

  6. Onu da deyim ki, pis oxuyan uşaqlara qarşı o qədər aqressiv idim ki… indi də fikirləşəndə o münasibətimə görə özümü bağışlaya bilmirəm.

    Bəyən

  7. Yadındamı, onda dünya gözəl idi,
    O məhəbbət hər sevgidən əzəl idi,
    Keçdi şirin çağlr, soldu yaşıl bağlar
    Xatirələr ağlar, gecdi daha!

    Yadındamı, o məhəbbət dəniz idi,
    O duyğular hər duyğudan təmiz idi.
    Soyuq yellər əsdi, illər yolu kəsdi
    Xatılradıq bəsdi, gecdi daha!

    O arzular sənsiz heçdir daha,
    O günlərə dönmək gecdir daha,
    Xatirələr nə istəyir bizdən,
    Olan oldu bizə, keçdi daha…

    Xatirələr çağırsa da hara gedim,
    Yadındamı, mən səninlə xoşbəxt idim,
    Olan oldu keçdi, bu xəyallar heçdi,
    Bir də sevmək gecdi, gecdi daha!

    O arzular sənsiz heçdir daha,
    O günlərə dönmək gecdir daha,
    Xatirələr nə istəyir bizdən,
    Olan oldu bizə, keçdi daha…

    O qədər qəribsəmişəm ki…

    tərəfindən bəyənildi 1 şəxs

  8. Şərhləriniz məni kövrəltdi, amma bilmək istəyirəm , şəkillərdəki hansısa bizim qızların övladlarının sinif şəkilləri deyilki, əgər elədirsə məni də tanış edin, nə olaaaaarrr…

    Bəyən

  9. Lap sonda P.S. var, indi diqqət yetirdim. Çox gözəl, maşaAllah heç tələbələrinizdən fərqlənmisizr, şagirdlərinizin səsi sorağı uca zirvələrdən gəlsin, Siz də həmişə Səadət xanım, hörmətli müəllimlərdən olasınız.. xalq müəllimi olasız, əməkdar müəllim adına layiq görüləsiniz o gün olsun…

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: