Çərkəz toy adətləri (I)

1413442960_slame-ensembleÇərkəzlər (öz adlandırmaları: adıge) — Rusiyanın Qaraçay-Çerkesiya bölgəsində yaşayan adıq xalqlarından biridir. Sayı 60 mindən artıqdır (onlardan 50 mindən çoxu Qaraçay-Çerkesiyada yaşayır). Qaraçay-Çerkesiyanın 17 aulunda yaşayırlar.

Bu günkü mövzumuz çərkəzlərin toy adəti haqqında olacaq. Bir Çərkəz gənci nikah bağlamaq istəyirsə, maddi gücü olmalıdır, büyük qardaşı subaydırsa, onun evlənməsini gözləməlidir. Yaxın qohumdan qız namizədi seçməməlidir, eyni kənddən də birini seçməyəcək, amma ailə quracağı adamın Çərkəz olmasına mütləq əməl edəcəkdir. Bütün bu şərtlərə bir də qız seçməkdə çox götür-qoy etmə xasiyyəti də əlavə olunduqda, çərkəzlərin niyə gec evləndikləri aydın olur.

Qız istəmə

Çərkəzlərdə evliliklə bağlı məsələlərin büyüklərlə, ana və atayla açıq şəkildə danışılması ayıb sayılır. Bütün əlaqələr dostlar, tanışlar və ya yeznələr vasitəsilə çatdırılır. Evlənməyə qərar verən qız və ya oğlan, aracılarla bunu ana-atasına bildirir. Toya qədər bütün söhbətlər gizli aparılır. Oğlan tərəfinin böyükləri yığışıb qız istəmə üçün gedəcək heyəti müəyyən edirlər. Bu heyətdə sözü keçəcək ailə büyükləri, əmilər, dayı tərəfindən biri və ya atanın dostları yer alır. Bəy namizədinin özü, atası qız istəməyə getməz. Bu heyətə qadınlar da qatılmaz. Bu heyəti qız tərəfində də yenə ailənin böyükləri və ya vəziyyətə görə atanın yaxınları qarşılayar. Qızın atası bu mərasimdə iştirak etməz. Qızın özü də görünməz. İlk gəlişdən razılıq verilməz, sizə xəbər verərik – deyə gələnlər yola salınar. 

Qız bəyənmə

Qızın ailəsi oğlanın ailəsini tanımırsa, maddi vəziyyətini bilmirsə, istəməyə gələnlərə adətlərimiz var, bir az gözləyək deyilir. Burda məqsəd qızlarını necə bir yerə verəcəklərini görmək istədikləridir. O zaman gələnlər özləri haqqında hardan öyrənə biləcəkləri detalını bildirirlər. Görüş vaxtını qızın ailəsi təyin eder. Qız tərəfi xəbərsiz gedərək kim olduqlarını demədən hər tərəfi diqqətlə gözdən keçirər, evə, həyətə, bağçaya, heyvanlara, qonşulara münasibətə, gələcək qaynananın davranışlarına baxarlar. Ürəklərincə olsa, vidalaşarkən özlərinin qız evindən olduqlarını bildirərlər. Bu görüşdən iki və ya üç gün sonra oğlan tərəfi hədiyyələrlə qızın ailəsinə bir nümayəndə göndərir, nikah üçün gün təyin olunur. Bu ənənə bu gün icra edilmir, çünki keçmişdə cəmiyyətin yuxarı təbəqələri arasında belə adətə yol verilməzdi, əksinə, belə bir tələb təhqir sayılırdı.

Nikah

Nikah gəlinin valideynlərinin evində olar. Nikaha bəy və gəlin qatılmaz, öz aralarında vəkil təyin (vueçıl) edərlər. Nikahda vəkillərlə yanaşı şahidlər də olar. Mərasim ayaq üstə icra olunar. Qabaqcadan hamı bu mərasim üçün papaq geyinər, bu onlarda bir ənənədir. Gənglərin vəkillərindən fikir dəyişdirilib dəyişdirilmədiyi, ər və arvad olmalarına razı olub olmadıqları soruşular. Sonra üç dəfə dua oxuyur və hər dəfə vəkillərə təsdiq edib etmədikləri ardıcıllıqla soruşular. Vəkillərin müsbət cavabından sonra yenidən dua oxuyar və bunu “Amin”lə bitirərlər. Nikah mərasimində başnikah bitdikdən sonra süfrə açılar, gənclər üçün,qohumlar üçün xoş arzu bildirilər…

29/05/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: