Ən gözəl libas

hicabli-qiz-sekilleri-14

Rəbbimiz bir ayədə belə buyurur: “Ey Adəmin övladları! Baxın, sizə ədəb yerlərinizi örtəcək geyim, bəzənə biləcəyiniz paltar bəxş etdik. Lakin unutmayın ki, ən gözəl paltar təqva libasıdır. Bu, Allahın əmrlərindəndir”.
Bilirsinizmi, libasdan da əhəmiyyətli olan, təqva duyğusu və həya hissidir. Örtülməsi lazım olan yerləri örtmək, namusu qorumanın ilk şərtidir. Allahın hikmətinə baxın siz hələ, bir çox canlı varlıqlar var ki, onların həya və örtünmə yerlərini təbii olaraq gizlətmişdir, gözəl və təbii bir “paltar” geydirmişdir. Yalnız həya duyğusu verdiyi insanı isə çılpaq yaratmışdır. Beləcə, insan həm örtünmə əmrinin savabını dərk etməli, həm də dünyadakı xəlifəlik vəzifəsini isbat etməlidir. Çünki insan bütün yer üzünə yayılan heyvan və bitkilərdən və digər maddələrdən əldə etdiyi geyimlərlə, bütün varlıqlar üzərindəki idarə gücünü, xəlifəliyinin təzahürlərindən birini göstərir.


Qeyd etdiyimiz kimi, örtünmək bütün varlıqlar içində yalnız insana məxsus bir xüsusiyyətdir. Çılpaqlıq insanlığın hər dövründə vicdan və ağıl tərəfindən daim həyasızlıq və arsızlıq olaraq xarakterizə edilmişdir.

1401868462_tesettur-yariciplak

Dinimizin örtünmək əmri, insanın ruh sağlamlığını, fitri (yaradılışdan olan ) quruluş və qürurunu, cəmiyyətin ümumi əxlaqını qoruma, insanlar və cinslərarası əlaqələrdə tarazlığı güdmə, ayrıca insanın şərəfinə yaraşar bir cinsi həyat və ailə həyatı qurma kimi məqsədlərə istiqamətlidir. Örtülməli yerlərin qadın və kişi üçün fərqli hökmlərə bağlı olması, bu iki cinsin yaradılışlarındakı fərqli xüsusiyyətlər baxımından edilmiş bir yanaşmadır.
Hicab geyinməyənlərin heç də hamısına “xiffətsiz” deyə bilmərik. Eləcə də hər başını örtən qadına da iffətli demək məqsədəuyğun olmaya bilər. Başını örtən və örtməyən qadınlar arasında namuslu və iffətli olanlar olduğu kimi, namus və iffətdən məhrum olanlar da ola bilər.
Ancaq məsələyə İslam əxlaqı və hökmləri baxımından yanaşsaq, İslam , qadın və kişinin bədənində bəzi yerlərin övrət (bədəndə utanılacaq və gizlədilən yerlər) olduğunu, bunların naməhrəm olanlara göstərilməməsi lazım olduğunu bildirmiş, insanların gözləri və əlləri ilə də zina edə biləcəklərinə işarə etmişdir.
Uca Allah kişilərə bu əmri vermişdir:
“Mömin kişilərə söylə: gözlərini harama baxmaqdan çəksinlər və ismətlərini qorusunlar. Bu, onlar üçün daha təmizdir.”
Uca Allah qadınlara da belə əmr etmişdir:
“Mömin qadınlara da söylə: gözlərini haramdan çəkinsinlər. İsmətlərini qorusunlar. Görülməsi təbii olan yerlər xaric zinət yerlərini açmasınlar. Yaylıqlarını yaxalarının üstünə qədər salsınlar. Zinət yerlərini icazə verilmişlər xaricində kimsəyə göstərməsinlər. Bir də ayağa taxdıqları gizli bəzəklər bilinsin deyə ayaqlarını yerə vurmasınlar. Ey möminlər, (əvvəlki günahlarınızdan ötrü) hamınız Allaha tövbə edin. Beləcə qorxduğunuzdan əmin, umduğunuza nail olarsınız.”

Örtünmənin ibadət olması üçün bunlara diqqət yetirilməlidir:
1. Örtünmək ilə uca Yaradanın əmrini yerinə yetirməyə niyyət etməli və Onun rizası üçün edilməlidir.
2. Örtük dinimizin öyrətdiyi ölçülərdə olmalıdır.
Qadın örtünməklə ayrıca ərinin haqqını qoruduğunu, nikah əhdinə vəfa göstərdiyini və beləcə böyük bir xeyir edərək savab aldığını bilməlidir.

29/05/2015 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Bəli, əzizim. Hicab, qadının zinətidir, azadlığıdır, özünə inamın ən gözəl şəkildə tərənnümüdür. Hicabdan qeyrisi, qadının zəlalətidir. Məhz buna görə qeyd olunub ki, cəhənnəmdə əsas hissəni qadınlar dolduracaq. Qadın, başdan-ayağa, fitnə, zina mənbəyidir. Qadın, şeytan vəsvəsəsidir. Bundan qorunmağın yolu isə birdir- “HİCAB”. Əsl, kamil hicab. Bədən əzalarını bildirməyən, başını dəvə ürgəcinə bənzədilməyən (toppuz saç modeli ), iffətli qadın obrazı.Hicabdan öncəki həyatım, puç imiş. Hər günüm üçün əfv diləyirəm Uca Rəbbimdən.
    Belə gözəl xəbər üçün təşəkkür edirəm, əzizim mənim.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Allah canınızı sağ etsin. Yorulmayasınız 👧😙😘

    Bəyən

  3. Hicabın mahiyyətini dərk edən hicabın haqqını verəcəkdir inşəAllah. Allah xalqımıza hidayət versin. Təşəkkür edirəm, Sevincim.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Doğrudur, mələyim. Amin…

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: