Uşaq böyütmək çətinləşdi, yoxsa gənclik tənbəlləşdi? (Uşaqlar və tərbiyə mövzusunda I yazı)

image

 
Ailə qurmaq, ailəyə sahib durmaq, onun bütün qayğılarını çəkmək heç də asan iş deyildir. Hələ mövzu uşaqdan düşdüsə, şikayətlər daha da çoxalır. Xüsusən də indiki zamanda. Niyə indiki zaman deyirəm? Çünki hansı gənc ailəni dindirib danışdırsaq, hamısı giley dolu narazılıq yağdıracaq üstünə. Yaxında, qohumda, qonşuda 5 yaşında uşağı olan bir ailəyə: “Niyə ikinci uşaq haqqında düşünmürsünüz?” sualını verməyə peşman olursan. Şikayət şikayət üstünə yağır. “Ay bu uşaq bilsəniz necə nadincdir, bu uşağa yemək yedizdirmək müşkülə çevrilib, bu uşaq yuxu nədir bilmir, cin kimi gecə yarısına kimi ortalıqda gəzir. Daha nələr, nələr…yox, istəmirəm, indiki zamanda uşaq böyütmək zülümdür, biri bəsimizdir”. Əksəriyyətinin verdiyi cavabdır bu, yəqin ki, mənimlə razılaşarsınız.

İlk öncə uşaq saxlamağın çətinliyinin tərəfləri haqqında müqayisə aparmaq istərdim. Gəlin bir 30 il əvvələ qiyabi səyahət edək. Daha doğrusu mən sizi o zamanın şəraiti ilə tanış edim. Təsəvvür edin, ana südü ilə qidalanmayan bir uşaq böyüdürsünüz. İndiki zamandakı kimi min bir çeşiddə uşaq yeməkləri tapmaq müşküldür. Tapsan belə hazırlanması vaxt aparır, bir əlin yemək bişirir, bir əlin ac uşağı sakitləşdirir.

Məlumdur ki, körpə uşaqların ən narahat olduqları hal “qazlarının” olmasıdır. Əczaxanalarda “şüyüd suyu” deyilən bir içki var idi. Uşağın qazı oldusa, mütləq bu sudan verilməliydi. Onun da 3, ya da 5 gün saxlama müddəti vardı. Təsadüfən evdə bu su bitmişdisə və gecə yarısı idisə, vay ananın halına. Səhərəcən körpəsini gah dizinin üstünə qarnı üstə qoyub kürəyini astaca masaj etməli idi, ya qucağında dik saxlayıb o baş, bu başa gəzməliydi. Yəqin ki, səhnəni təsəvvür etdiniz…

Bir az da uşaq geyimi haqqında…əgər qaynanan zəhmli və hökmlü biriydisə, sözünün qabağına haqlı olsan da söz demək ixtiyarın yox idisə, işin əgəl idi demək. Uşaq qırxı çıxanacan bələnməli idi. Həm də əlləri ilə birlikdə. Vay o gündən ki, qaynana gəlib görə uşağın əli bələkdən çıxıb: “çatmasaydım uşaq gözünü çıxaracaqdı, bu körpədir qanmır, bəs sənə nə gəlib əlini açıqda qoymusan?”
Yaxşı ki, sonradan ağıllı analar tapıldı uşağın bir neçə uzunqol köynəyinin qoluna əlavə parça verib ucunu da tikdilər…

Maddi durumu aşağı səviyyədə olan ailələrin işi isə, lap çətin idi. Uşağa geyim çatdırmaq çətin olurdu. Yuduğu qurumamış, uşağın əynindəki artıq yumağa “hazır” idi.
Yemək yedizdirmək mövzusunda da indiki kimi şanslı deyildi analar. Nə rəngli televizor bolluğu vardı, nə planşet, nə də mobil telefon. ( Bu haqda bir ayrı yazım da olacaq, çünki bunun da ziyanlı tərəfini anlamayan gənclərimiz çoxdur).

Uşağa yemək yedizdirmək üçün nağıl danışılardı, müxtəlif şəkili kitablarla başını qatardılar ki, nədi-nədi bir qab sıyığı axıra çatdırsın. Hələ özündən nağıl düzüb qoşan, üz mimikasını min şəklə salan anaları demirəm.

O vaxtlar bax belə çətin idi uşağa baxmaq. Amma buna baxmayaraq ailələrdə uşaq sayı qənaətbəxş idi. Çətin də olsa öhdəsindən gəlirdilər.
Bəs indi nə oldu bu gənclərə? Niyə şikayətçidirlər? Niyə gələcəyimiz olan gül balaların doğulmasının əleyhinə gedirlər?
Bu silsilə yazımın ilk nümunəsidir, növbəti yazılarımda uşaqlarla bağlı bir başqa mövzunun müzakirəsini qoyacam inşAllah…

23/05/2015 tarixində Yazılarım içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Əslində bu indiki ata-anaların özlərinin də inanmadıqlar uydurmalardır, onlar açıq-aşkar deyə bilmirlər ki, biz sərbəst yaşamaq istəyirik, biz məsuliyyətsiz, yaşamaq istəyirik, biz əziyyət çəkmədən yaşamaq istəyirik. Nəzərə almırlar ki, zaman gedir ey, bunları gözləmir. Mənə görə ailədə azı 3 uşaq olmalıdır, ondan azı azdır. Biz də asan böyütmədik uşaqları.
    Çox faydalı xəbərdir, inşəAllah ki, nəticə çıxaranlar olacaq.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Tamamilə haqlısan. Bir sözlə özlərini əziyyətə vermək istəmirlər, hər şeydə bir asanlıq, rahatlıq axtarmaqdan irəli gəlir. Mənə görə də bu sayı azaltmaq olmaz. Hələ mənim iddiam başqadır, mən 12 nəvə istəyirəm 🙂

    Bəyən

    • Sizə aid deyil ha, sizi tanıyıram, bilirəm ki, sözünüzün ağasısınız. Mənim yaxın bir qohumum var, o gəlininə demişdi ki, 4-dən az uşaq olmaz. Amma birinci uşaqda o qədər əziyyət çəkdi (əslində elə də əziyyətli deyildi ey, evdə 3 qadın, 1 körpə), deyir elə biri də bəsdi. Çünki onlar rahat kresloda oturub, serial izləməyə vərdiş eləmişdilər, kim idi serialın ağlamalı yerində uşaq sakitləşdirən. Xülasə siz dediniz, mən də onları xatırladım…

      tərəfindən bəyənildi 1 şəxs

  3. Nə serial, nə film…inan ki, nəvəm olsun deyə burnumun ucu göynəyir. Həm də demişəm də, çox ərköyün edəcəm onları)))

    Bəyən

  4. Məqalə gözümə uzun gəldiyi üçün oxumadım amma, buna belə bir açıqlama vermək istəyərəm.

    İnsanların həyatına daxil olan yeniliklər (telefon, facebook, komputer və s) uşaq böyütməyi çətinləşdirir. Bir çoxumuz analarımızı telefon işlədə bilmədiklərinə, facebook bilmədiklərinə görə ələ salıb gülürük. Halbuki, analarımız bizləri böyütdüyü zaman tək işi bizi böyütmək idi. Onların işi bizi düzgün tərbiyə etmək, sağlam böyütmək idi. Lakin gənclərimizin əksəriyyəti özləri uşaqlarını biganəliyə, laqeydliyə, tərbiyəsizliyə sürükləyir

    tərəfindən bəyənildi 1 şəxs

    • Elə məqalədə də bunu çatdırmaq olub niyyətim, keçmişlə indinin müqayisəsində. Bəli, indi texnologiya əsridir deyib fəxr edirik, amma istifadə sahəsini, yerini, məqamını bilmir çoxu. Ana olan kəsin ilk işi övladını doğru-düzgün böyütmək, qayğısına qalmaq, tərbiyə etməkdir. Sosial şəbəkələrdə qaynananı “didişdirmək” yox!
      Fikriniz üçün təşəkkür edirəm.

      tərəfindən bəyənildi 1 şəxs

  5. Başlıq, hər fərdə, hər dövrə görə individuallıq təşkil edir. Ailə var ki, böyütməkdə, daha doğru desək, əhatə etməkdə, maddi qayğıda çətinlik çəkir. Ailə də var ki, həqiqətən də tənbəllik ucbatından, canını əziyyətə verməkdən qorxur. Nə olur -olsun, Allah hər bir körpənin ruzisini doğulduğu andan yetirir. Sadəcə, səbr etmək lazımdır. Bir də ki, səni başa düşəcək, köməyinə çatacaq insan. Əlhəmdulilləh, bir övladım var. Çətinliyim çox olur. Tək böyüdürəm, tənha qalır. Ürəyim parçalanır ki, gərəkli diqqəti ayıra bilmirəm. ancaq heç zaman, bir serial, kino naminə övladımı 2-ci plana atmamışam, atmaram da. Dünyanın mənasız əyləncələri, övlad qayğı və sevgisini üstələməməlidir. Gərəkli mövzu üçün təşəkkürlər, əzizim. 😊

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: