Özbək toy adətləri (II)

1416856739_image

 

Özbəklərdə “gəlin evi bəzənməsi” vacib bir hadisədir. Evin bir küncündən digərinə iplər çəkilər. Bu iplərə gəlinin və bəyin əşyaları asılar. Buna gəlinin və bəyin dostları kömək edər. Qədimdə ağ otaq bəzədilərdi. 
Gəlinə boyunbağı, sırğa, bilərzik və digər zinyət əşyaları taxılar. Qızların saçına hörük hörərlər və buna da çeşidli bəzəklər vururlar. Gəlin və bəyə ipək geyindirilər və bəzəyərlər. Taxılan sırğa ay formasında olmalıdır. Hər taxılan əşyanın təmsil etdiyi bir məna vardır. Gələcəyi aydınlıq olacağı inancı ilə gəlin ağ geyinər. Bəyin ürəyində sevgisi əbədi, təmiz olsun deyə qırmızı qollu bir çəpkən geyinər. Gəlin oğlan evinə bəxti açıq olsun deyə ağ atla gətirilər.

Özbəkistanda gəlin atasının evindən çıxmadan, atasının sağ çiyninə başını qoyar, ağlar, sonra atasının hər iki dizini üç dəfə öpər. Gəlin evdən çıxmadan atası qızın başına urvatlı olması için buğda tökər. Qız atına minərkən, ata üzəngiyi tutar, qız atasının çiyninə əlini qoyub ata minər. Bu, “qızım, sənə gələn qadalar, mənə gəlsin” deməkdir.
Özbəkistanda qızın qohumları qız evindən bir qab su oğurlayar və oğlan evinə gələrkən tökülməməsinə çalışarlar, əks halda gəlin qızın bəxtinin yerə düşəcəyinə inanarlar. Bu suyu gəlin və bəy başlarını yuyarkən istifadə edərlər. 
Özbəkistanda gərdək gecəsi yanan şamlar gəlin və bəyin başı ətrafında gəzdirilər, otağın qapısından girərkən gəlin və bəyə güzgü tutular, bal verilər. Hər ikisinin də əlinə ipək parça verilər. Otağa qabda buğda qoyular ki, gələcək ailə ruzili olsun.

Gəlin yeni evində oturmaz, birisi qaynananın diqqətini çəkər, qaynana:
“Ay qızım, ay kimi gözəl qızım, sənə igid oğlumu verdim. Sənə at, qoyun, inək verim, otur” deyər. Gəlin başı ilə qaynananı salamlar, ancaq oturmaz. Eyni səs bu dəfə qayınatanın diqqətini çəkər, qaynata üzünü oturmayan gəlinə tutar, ona oturması üçün ev-eşik, qab-qacaq verdiyini vurğulayıb oturmasını istəyər, gəlin başıyla qayınatasını salamlar, ancaq yenə də oturmaz. Bu mərasim evin diger üzvləri tərəfindən davam edər. Sonra qayınana “malım yetmədisə, canımı verdim“ deyər və gəlin bundan sonra oturar.

Özbəkistanda təzə gəlin bir müddət yemək yeməz. Qaynana və qaynata gəlinə hədiyyə aldıqdan sonra yemək yeməyə başlar.
Özbəklərdə “qapı hədiyyəsi” deyilən bir hədiyyə də vardır. Gəlin qaynanasının otağına girməz, qaynana otağının qapısına hədiyyə asar, bunu alandan sonra gəlin otağa girər.
Gəlinin əlinə un sürtülər, bıçaq verilər, beləcə ayağının bərəkətli olub, olmadığı sınanar.

Gərdəkdən əvvəl gənclərin yatağına iki yaşlı insan uzanar, yəni sizin də birgəliyiniz uzun ömürlü olsun. Bir də gərdəkdən əvvəl gəlinin yatağına oğlan uşağı qoyarlar ki, ilk övladları oğlan olsun.
Özbəkistanda bəkarət çox önəmlidir. Gərdək sabahı, gəlinin üzağlığı yengə tərəfindan qızın və oğlanın analarına göstərilər. Yengəyə qaynana bəxşiş verər. Qız anası gərdəkdən sonra 40 gün yeni evlilərə yemək gətirər. 

Özbəkistanda gəlinin evinə uşağı olmayan qadın, uşağı ölən qadın və sərxoş olan girə bilməz. Evinə gec gəlməyi adət etmiş kişi də girə bilməz. Gəlin hamama tək getməz, iki nəfər birlikdə gedər, evin cindən qorunması üçün hamamda 40 gün çıraq yandırılar.

22/05/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: