Çay ağacı yağı haqqında bilmədiklərimiz

image

 

Çay ağacı yağını yəqin ki, çoxunuz tanıyırsınız. Bəs onun istifadə sahələri haqqında necə, xəbəriniz varmı?
Çay ağacı yağı təkcə insan sağlamlığı üçün yox, gözəllik üçün də bir möcüzə sayılır.

1. Saçlarınızın daha da gözəl və sağlam olmasını istərdinizmi? Saçınızdakı qabıq sizi narahat edirmi?

Elə isə yuyulma zamanı saç şampununuza 5-7 damcı çay ağacı yağı əlavə edin, saçlarınıza çəkin və 2 dəqiqə gözləyin. İsti su ilə yuyun.

2. Ayaqlarınızda şişkinlik varmı?
Vannaya dəniz duzu ilə 7 damcı çay ağacı yağı əlavə edin. Ayaqlarınızı həmin suda 15 dəqiqə saxlayın, sonra durulayın.

3. Dərinizin daha da təravətli olmasını istərdinizmi?

Buxar vannasının suyuna 5 damcı çay ağacı yağı əlavə edin, bir dəsmal altında başınızı bu buxarda 10 dəqiqə saxlayın.

4. Kürək hissəsində yaranmış sızanaqlardan yorulmusunuz?

Bunun da çarəsi çay ağacı yağındadır. 7 damcı yağla bir qədər kəpəyi qarışdırın və duşdan əvvəl kürəyinizi və çiyin hissənizi yüngülcə masaj edin. 5 seansdan sonra sızanaqlardan əsər-əlamət qalmayacaq.

Gözəlliklə yanaşı sağlamlıq üçün də bəzi məsləhətlərimiz olacaq.

1. Boğazınız ağrıyırsa, bir stəkan isti suya 1 çay qaşığı soda və 2 damcı çay ağacı yağı əlavə edin. Gün ərzində 3 dəfə boğazınızı qarqara edin.

2. Əgər yuxusuzluqdan və əsəbilikdən əziyyət çəkirsinizsə, yastığınızın bir küncünə 5 damcı çay ağacı yağı damcıladın.

Bütün bu məsləhətlərə əməl edin, amma unutmayın ki, çay ağacı yağını daxilə qəbul etmək olmaz!

22/05/2015 tarixində Gözəl qadın içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Mən bir il əvvəl aldırmışdım, səbəbi dəqiq yadımda deyil, eləcə də dururdu. İnşəAllah gedib, buxar vannası üçün istifadə edərəm. Təşəkkürlər, Sevincli dünyamız.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Sonayımın maması xoş gəldi 🙂 Mən sənə təşəkkür edirəm, mələyim.

    Bəyən

  3. Xoş gününüzə gəlim inşəAllah.

    Bəyən

  4. Faydali xeberdi, tek sizanaqlar ucun faydasini bilirdim.Hemde neyinki kureye ele uzde cixan sizanaginda usdune vurmaq olar, ama tek sizanagin usdune,hem tez qurudur hemde yerinin qalmamasina sebeb olur. Bir tund etri var ki,adami hayil mayil edir :)))… cox sag ol Sevacim

    tərəfindən bəyənildi 1 şəxs

  5. Hee duzdu o qeder cox ki,ozum ozume dermatoloq olmusham uje )))

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: