Uşaq ensiklopediyası (VIII)

30316

Albalı

Meyvələr içərisində albalı dadına, rənginə, gözəlliyinə görə seçilir. Ağacının hündürlüyü 5-10 metr olur. Bahar gələndə albalı ağacları bıtraq kimi ağ və ya ağ-çəhrayı çiçəklər açır, sanki bağlar-bağçalar ağ örpəyə bürünür. Həmin bu ağ-çəhrayımtıl çiçəklərdən bir azdan sonra sırğayabənzər sallaq saplağın ucunda açıq qırımızı, tünd-qırmızı və ya qarayaçalan muncuqlara oxşayan şirəli giləmeyvə yetişir. Albalı faydalı meyvədir. Onu yeməyi hamı xoşlayır. Çünki, onun tərkibində orqanizm üçün lazım olan A və C vitaminləri var. Albalının təzə yetişmiş giləmeyvələri yeyilir, qurudulur, ondan mürəbbə, kompot, şərbət və s. hazırlanır. Yarpağında boyaq maddəsi var. Albalı ağacları həm də qollu-budaqlı olur. Azərbaycanın bir sıra rayonlarında albalıya gilənar, turş gilas da deyirlər. Respublikamızda ən çox Gəncə, Göyçay, Gülüs, Əndəmic, Avropa sortlarından Anadolu, Şpanka və s. yetişdirilir.

Albaniya

Bu kiçik ölkə Avropanın cənubunda, Adriatik dənizi sahilində yerləşir. Paytaxtı Tirana şəhəridir. Onun sahəsinin çox hissəsini dağ silsilələri və yaylalar tutur. Dağları palıd, fıstıq meşələri ilə örtülüdür. Dağ dərələrindən dənizə tərəf gur çaylar axır. Bu çaylar sahil boyu 150 kilometr məsafədə uzanan məhsuldar düzənliyi kəsib keçərək, Adriatik dənizinə tökülür. Buranın iqlimi mülayimdir. Dağlar da isə iqlim sərtdir. Qışda tez-tez çovğun olur, temperatur mənfi 20 dərəcəyə çatır.
Albaniyanın xalq təsərrüfatında əsas sahə kənd təsrrüfatıdır. Məhsuldar torpaqlar ölkə ərazisinin yalnız az bir hissəsini təşkil edir. Onlar qarğıdalı, buğda, çəltik, arpa, yulaf əkir, kartof, tərəvəz, paxlalı bitkilər, portağal, limon, üzüm, zeytun yetişdirirlər. Ölkədə tütün, pambıq, şəkər çuğunduru, yerfındığı da əkilir.

Albanlar maldar xalqdır, lakin göllərdə və Adriatik dənizi sahillərində balıqçılıqla da məşğul olurlar.
Tirana şəhəri ölkənin sənaye və mədəniyyət mərkəzidir.

Aleksandr Nevski

700 il bundan qabaq Neva sahilləri boş düzənlik idi. Lakin 1240-cı il iyulun 15-də qılıncların cingiltisi, qalxanların səsi bu yerlərin neçə əsrlik sükütunu pozdu. Bunlar Böyük Novqorod şəhərinin döyüşçü dəstələri idi. Onlara 20 yaşlı knyaz Aleksandr Yaroslaviç başçılıq edirdi. Hücum elə qüvvətli idi ki, isveçlilər özlərini itirərək geri çəkilməyə başladılar. Elə bu zaman knyaz Aleksandr atını irəli çaparaq nizə ilə Birgeri vurub atdan saldı. İsveç əsgərləri qaçmağa başladılar.
Neva çayı sahilindəki parlaq qələbəyə görə rus xalqı gənc knyaz Aleksandra Nevski ləqəbi verdi.  

Almaniya

Almaniya, rəsmi adı: Almaniya Federativ Respublikası — Qərbi Avropada yerləşən dövlətdir. Şimalda Şimal dənizi, Danimarka və Baltik dənizi, şərqdə Polşa və Çex Respublikası, cənubda Avstriya və İsveçrə, qərbdə isə Fransa, Lüksemburq, Belçika və Hollandiya ilə həmsərhəddir.


Almaniya 16 federal əyalətdən ibarət parlamentli federal respublikadır. Paytaxt şəhər və inzibati mərkəz Berlin şəhəridir. Dövlət kimi Almaniya 1871-ci ildə Fransa – Prussiya müharibəsindən sonra iki hissəyə bölünən ölkə, 1990-cı ildə yenidən birləşdi. Avropa birliyinin yaradıcılarından biri olan Almaniya 81 milyon əhalisi ilə AB – də say etibarilə ilk yeri tutur.


Alman xalqının etnik olaraq formalaşmasının təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Almaniya Avropanın mərkəzi hissəsində yerləşən 357.021 kvadrat kilometr əraziyə malik olan ölkədir.
Almaniyanın iqlimi mülayim-dəniz iqlimi hesab olunur. Həm qış, həm də yay mövsümləri üçün sərin, buludlu və rütubətli hava xarakterikdir.

 

20/05/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: