Bizi bağışlayın, əziz balalar…

big_1432035751_usaq

Müharibələr, tökülən qanlar, başımıza açılan müsibətlərin heç birindən günahsız olan uşaqların taleyi  yan keçmədi. Uşaqlar süngüyə keçirildi, iri boruların içinə doldurulub hər iki tərəfdən lehimləndi, min bir işgəncə ilə qətlə yetirildi. Heç uzağa gedib fikrinizi qarışdırmaq istəməzdim, iki onillik geriyə nəzər salsanız kifayət edər. Qarın üzərində donaraq qalmış, gözü çıxarılmış, üstündə min bir iyrəncilik edilmiş günahsız fidanlar…

İçimizin yandığı, heç vaxt unuda bilməyəcəyimiz, unutmağa haqqımız olmayan bir tarixin canlı şahidləriyik hamımız. Yəqin ki, mənim kimi sizin də çoxunuzu daha çox göynədən, içinizdə nifrətin aşıb-daşmasına, erənməni qanına susamağa alovlanmağınıza səbəb körpələrin başına gələn müsibətlərdir…

…Bu bizim düşmənlərimizin “mərifəti” idi. Və bunu da heç vaxt onlara bağışlamağa haqqımız yoxdur!!!

Dünənsə, bir başqa hadisənin səbəbi nəticəsindən körpə uşaqların həyatına son qoyuldu. Mən nə günahkar axtarmaqda niyyətliyəm, nə pafoslu çıxışlar edib gündəmdə qalmaq fikrindəyəm, nə məni bina düşündürür, nə onun fasadının hansı materialdan və  kim tərəfindən, hansı niyyətlə ərsəyə gəlməsi…Məni dünəndən bu yana qurumayan, hər dəfə rastlaşdıqca içimin ağlar qanının göz yaşıma qarışıb yanağımdan süzülərək axan göz yaşlarıma səbəb körpələrdir yandıran…

…dünyanın ən məsum varlıqlarıdır  körpələr. Axı onların günahı nəydi? Hadisəyə səbəb olan kəsləri istəyirsən dar ağacından assınlar, faydası nədir??? Geri qaytara biləcəkmi o gül balaların yarımçıq qalmış ömrünü?…

Qaytarmayacaq, heç bir qüvvənin buna gücü yetməyəcək, yetə də bilməz…bir evin günəşi, sevinci, fərəhi olan gül üzlü mələklər idi onlar. Yeganə varlıqdır ki, həm şüurli dediyimiz insan, həm də şüursuz hesab etdiyimiz heyvanlar belə bala üçün özünü oda, alova atmağa hazırdır…amma dünənki alovun içindən balasını qurtarmağa gücü yetməyənlər də oldu…bilmirəm yazıq uşaq deyim, yoxsa yazıq valideynlər…Allah heç kimi bu cür ağır sınaqla üz-üzə qoymasın. Valideyn olmayanlar bilməz bu acının ağrısını.

…bu gün ölkənin əksər qəzetlərində, sosial şəbəkələrdə, kimin əli hara çatır orda müzakirələri dünənki kimi davam etdirəcək, hələ bir neçə gün gündəmdə qalıb əsas müzakirə obyektinə çevriləcək bu mövzu. Kimi fürsətdən istifadə edib səlahiyyətli şəxsləri top atəşinə tutacaq, haqlı-haqsız kimin ünvanına nə gəldi danışacaq, kimi konkret ünvan axtarıb cinəyatkar sorağında olacaq, kimi vəzifəsindən, kimi pulundan, kimi səlahiyyətindən olacaq. Kimlərsə gözdən pərdə asıb bir az da yüksəlmək üçün “şanlı” çıxışlar edəcək. Amma heç kim nə o körpələrin üzündəki təbəssümü, nə gözlərindəki həyat eşqini, nə qayğısız oynayıb-güldüyü o xoşbəxt günlərini  geri qaytara bilməyəcək…

…bu gün küçəyə çıxan hər kəsin üzündə bir üzüntü, kədər var. Bu üzüntüyə səbəb də məhz həyatını itirən o körpələrdir. Bu kədərin son olması naminə hər kəs yumruğu bir nöqtəyə vurmalıdır. Abad, firəvan, təhlükələrdən uzaq bir həyatın qurucuları olmaq üçün “yumruq”ların istiqamətini doğru müəyyən etmək lazımdır. Nəyin naminə? Məhz körpələrimizin xoşbəxt gələcəyi üçün! Onlara bu həyatı da, xoş günləri də yaşadan hər birimizik! Bu işdə günahkar axtarmayaq, günahlarımızı anlayaq…

1432105878_5

 BİZİ BAĞIŞLAYIN, ƏZİZ BALALAR…

20/05/2015 tarixində Yazılarım içində dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Çox sarsıdıcı hadisə oldu 😦 İçində az da olsa insanlıq hissi olan,hər kəsin məncə canı yandı..Körpə mələklərimizi itirdik, Allah belə hadisələri xalqımıza göstərməsin..Çox çətindir məkanları cənnət olsun 😦

    tərəfindən bəyənildi 1 şəxs

  2. Haqlısan, Aysel. ALLAH bir də belə faciəni yaşatmasın, yaxınlarına səbir versin…

    tərəfindən bəyənildi 1 şəxs

  3. Allah ailələrinə səbir versin, çox ağır faciə oldu Azərbaycan xalqı üçün. Təkrarlanmasın bir də, bir də körpələr ölməsin. İnşəAllah onlar cənnət quşlarıdır, valideynləri onlara qovuşsun.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Rabbim insallah bir daha yasatmasin böyle acilari icim coook yaniyor cok okudum ne zulümler ettiklerini 😦 o yavrular cennetin gülleri oldu simdi.
    Allah kahretsin böyle zalimleri…

    tərəfindən bəyənildi 1 şəxs

  5. Həqiqətən də mələkdilər

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: