Rüşeym nədir və faydası haqqında

image

 

Rüşeym nədir? Necə bir şeydir? Bundan başqa, rüşeymin nəyə xeyri var? Rüşeym toxum özəyi, embrion mənasını verir.

Rüşeym İngiliscə “wheat germ” olaraq ifadə edilir. İngilis dilində bir çox saytlarda “wheat germ”lə əlaqədar olaraq yazılmış yüzlərlə məqalə, aparılan araşdırma və faydalarına dair göstəricilərə rast gəlmək mümkündür. Rüşeymdə yüksək miqdarda A, E, B1 və B2 vitamini, folikasit, lesitin, əsas yağ turşuları və minerallardan sink, manqan və kalium vardır.

Rüşeymin strukturunda 18 amin turşusu, 10-dan çox vitamin, 8 mineral, 913 zülal tərkibi, omega 3-6-9 yağ turşuları var. Buğda rüşeymi şəkərli və yağlıdır. Əsl dəyəri bitki mənşəli E və B qrupu vitaminlərin mənbəyi olmasıdır. Rüşeym nəyə xeyirlidir, rüşeymin faydaları nələrdir?

Rüşeym xolesterinin aşağı düşməsinə təsirlidir.

Qocalmanın qarşısını alır və immunitet sisteminin güclənməsində təsirlidir.

Dəmir və lif qaynağı olduğundan, rüşeym sayəsində anemiyanın qarşısı alınır, orqanizmdə qan səviyyəsi tənzimlənir.

Rüşeymin təbii afrodizyak təsiri var.

Rüşeym orqanizmdə hüceyrə qılafının möhkəmliyini təmin etməsi səbəbinə görə immunitet sistemini gücləndirir, xərçəngin qarşısının alınmasında mühüm rol oynayır.

Rüşeym qanın laxtalanmasının qarşısını aldığı üçün qanın damarlarda axma tezliyini normaya salır. Bu da, xüsusən diabetdən əziyyət çəkən xəstələr üçün çox əhəmiyyətlidir.

Həm ərzaq, həm də gözəllik üçün dəyərli bir qidadır. Təbiətin qızıl sirri olan rüşeym, xüsusilə, dəridə yaranan qırışlar üçün, həm də qırışların qarşısını almaq üçün çox effektli bir təsirə malikdir.

Rüşeymin sinir sistemi xəstəliklərinə də müsbət təsir göstərdiyi sübut olunmuşdur və həm də zehni gücləndirir.

Arıqlamaq üçün rüşeymin faydasından necə, xəbəriniz varmı? Rüşeym lif qaynağı olduğu üçün insanda uzun müddətli toxluq hissi yaradır.

Xəbərdarlıq: Mütəxəssislərin araşdırmalarına görə rüşeym qəbulunda narahatçılığa səbəb heç nə yoxdur. Ancaq lifli qida istifadəsində problemi olanlar və bağırsaq xəstəliklərindən əziyyət çəkənlərin istifadə etməməsi lazımdır. Bundan başqa, istifadəsilə bağlı olaraq heç bir sıxıntı və zərəri yoxdur. Təbii E vitamini anbarı olan rüşeymin hər yaş üçün qəbulu təklif edilir.

19/05/2015 tarixində Sağlamlıq içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 9 Şərh.

  1. Belə başa düşdüm ki, rüşeym dedikdə buğdanın cücərdilmişi nəzərdə tutulur. Yoldaşım danışırdı ki, işdəki yaşlı qadınlardan biri nə müddətdir ki, cücərdilmiş buğda qəbul edir, əvvəl əsa ilə gəzirmiş, indi onu da atıb, gümrahlaşıb və s. Mənim də beynimə batıb. İnşəAllah gələn həftədən mən cücərdilmiş buğdaya keçəcəm, görüm nə effekt verir.
    Təşəkkürlər, Sevincli dünya.

    Bəyən

  2. Gülməcə də alındı :yahoo:

    Bəyən

  3. Hə eybi olmaz, adama arada fikirlərini çatdırmaq üçün lazım olur.

    Bəyən

  4. Rasimə, sağ tərəfdə, aşağıda izlə sözünə klik et, canım.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: