Darçınlı, kəsmikli peçenye

IMG_2242

Lazım olan ərzaqlar:

Kəsmik – 200 q
Kərə yağı – 100 q
Un – 1 stəkan
Soda – bir çimdik

Üzəri üçün:

1 ç/q darçın
3-4 x/q şəkər tozu


Hazırlanması:

Xəmur üçün ərzaqları qarışdırıb yaxşıca yoğururuq, 2 saatlıq soyuducuya qoyuruq. Xəmiri soyuducudan çıxarıb peçenyeləri hazırlayırıq. Bir balaca hissə kəsirik, əlimizin içində yayırıq, bir üzünü darçınlı şəkər tozuna batırırıq, iki qatlayırıq, yenidən darçınlı şəkər tozuna batırırıq, bir də qatlayırıq. Son dəfə üzünü batırıb qənnadı təbəqəsinə düzürük. Üstü qızılı rəng alanadək bişiririk.

6e

19/05/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Mən gəlməsəm, heç kim açılış eləmir də. Gərək birinci özüm dadına baxam bu peçenyelərin. Ləzzətlidir, gözəldir, faydalıdır, əzizim mənim.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Sən xoş gəlmisən, o mələk üzünlə nur gətirmisən…
    Sən mənim ağız dadımsan axı, sən “hə” dedinsə, zəhər də olsa yeyilməlidir. 🙂

    Bəyən

  3. Çox sağ olun.
    Yox ey zəhər nədir, hamı bilir ki, kəsmik çox faydalıdır. Mən öz adıma deyirəm, çox sevirəm kəsmikli bişmişləri.

    Bəyən

  4. Beh-beh en sevdiyim bir peceniya.Ellerinize sagliq ekizim

    tərəfindən bəyənildi 1 şəxs

  5. Eynən bu pecenyedən bişirmişəm amma darcın əvəzi cəkilmiş ləpədən istifadə etmişəm Hazırlaşırdım ki Ana və uşaqa göndərim))) Əllərinə sağlıq canım

    tərəfindən bəyənildi 1 şəxs

  6. Olar gondərərəm amma necə göndərim bilmirəm ana və uşaqı güc bəlayla öyrənmişdim))

    tərəfindən bəyənildi 1 şəxs

  7. “Haqqımda” ya gir orda E-mail var ora göndər, qalanı mənlikdi 😍😘

    Bəyən

  8. Necə olub ki, mən bu reseptə şərh yazmamışam?!? Seva, sənin bu reseptini dəfələrlə bişirmişəm və çox da xoşumuza gəlib. İndi də bişirməyə hazırlaşırdım dedim bir reseptə dəqiq baxım. Baxıb görürəm ki, şərh yazmamışam.Özümə borc bildim. ən azından ona görə ki, bundan faydalanmışam. Çox sağ ol, bacı, nə yaxşı ki, varsan. Allah səni övladlarına çox görməsin.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: