Tapdaq altda qalan yurdum…

1368162991_lacaaTarixi keçmişi çox qədimlərə dayanan Laçın rayonu bu gün mənfur qonşularımız və qatı düşmənimiz tərəfindən talan olub.  Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Azərbaycanın Kəlbəcər rayonu, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi əsasən dağlıq relyefdən ibarətdir. Laçın rayonu ən yüksək dağ rayonlarından biridir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 3594 m yüksəklikdə yerləşən Qızılboğaz dağıdır. Ərazidə narzan tipli bulaqlar, çoxlu miqdarda müxtəlif tikinti materialları, yataqları vardır…Bu cür məlumatları çox yazmaq olar, lakin bu gün bizi düşündürən başqa bir mövzudur. Bu gün Laçın düşmən tapdağında inildəyir, yaralı aslan kimi nərə çəkir…lakin nə hayına hay verən, nə də imdadına çatan var. Laçının işğalı erməni silahlı qüvvələri üçün bayrama çevrildi. Laçın rayonu erməni birləşmiş qüvvələri üçün strateji əhəmiyyətli bir rayon idi. Bu arzularına çatdılar, 18 may 1992-ci ildə Laçını ələ keçirib talan etdilər…

Laçın rayonun işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına məcburi köçkün düşmüşdür…
Bu gün laçınlar oylağı Laçının işğalından 23 il keçir. Bu illərdə Laçın deyib çox ağladıq, çox sızladıq. Ümidimizi üzməmişik, bu bir təsəlli də olsa belə demək məcburiyyətindəyik. Çünki itirdiyimiz qızıla bərabər yurd – yuvamızı dildə də təslim edib “artıq o yurdlar qayıtmayacaq” deməyə dilimiz gəlmir. Ümid işığına doğru Laçın rayonuna aid bir neçə şəkil və dərdi anlada biləcək vətən həsrətli misralarla sizi baş-başa buraxıram. Dərdimizə yanaq, amma unutmayaq!!!

1368163003_landan_grntlr

1368163026_lac-5

1368163046_lac-1

1368163065_lac-7

1368163065_lacca-1

1400404103_13

lachinAna

18/05/2015 tarixində Fotoqalereya içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Schade unbekannt Gebete sehr gut vor den Tourismus
    Çok kötü bilinmeyen dualar çok iyi önünde turizm

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: