Laçına aparan yol

1368820103_lacin

Laçın bölgəsi bütövlükdə Qarabağ, Qərbi Azərbaycanla birlikdə tarixin müxtəlif dövrlərində, müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olub.

Qızılbaşlar dövləti süquta uğradıqdan sonra Laçın Qarabağ xanlığının tərkib hissəsi olub. Lakin xanlıqdan əvvəl Zəngəzur adlanan çox böyük sahəli sultanlığın, sancağın, mahalın olduğu ayrı-ayrı dövrlərdə də Qarabağın tərkibində olub.
Keçmiş Zəngəzur ərazisi 7900 km2 olub. Murtuzu bəyin sultanlığı dövrlərində Zəngəzur Böyük Zəngəzur adlanıb və onun ərazisi 12000 km2 olub. Onu qərbdən Zəngəzur, Şərqdən Qarabağ dağları araya alıb. Şimala tərəf uzanan Qarabağ yaylaları bu iki dağı birləşdirən körpüyə bənzədir. O biri tərəfdə isə Şərur-Dərələgöz mahalının ərazisi başlayır. Mahalı araya almış bu dağlar və Yuxarı Qarabağ dağları çox möhkəm təbii bir istehkamdır.

Zəngəzur dağları başı bəlalı olsa da, cəsur insanları üçün isə tarixən etibarlı sığınacaq idi. Zəngəzurun Yuxarı Qarabağ adlanan yaylaqları çoxdur və Laçın torpaqlarının xeyli hissəsi buradadır. Tarixən Aran Qarabağın, Araz boyu isti yerlərin, Qarabağın heyvandarlarının əksəriyyəti bu yaylaqlara çıxardılar.


Laçın dağlarına ulu babalarımız İşıqlı, Qızıl boğaz, Fərməc təpə, Mıxtökən, Qırxqız, Lalalı dağları və s. adlarını vermişlər. Deyilən dağların əhatəsində bir dağ da var – Laçın dağı. Bu dağın ətəyində çox qədimdən abdal türk tayfaları məskən salmış, tayfanın adına uyğun olaraq Abdallar demişlər. Laçın şəhəri də Laçın dağlarının ətəyində yerləşən Abdallar kəndinin yanında salınmışdır.
Uzun illər Zəngəzurun, Laçının tarixi, coğrafiyası, etnoqrafiyası Azərbaycan mütəxəssisləri tərəfindən öyrənilməyib, unudulub. Xüsusilə XX əsrin əvvəllərində Zəngəzurun İrəvan kimi ermənilərə “pay” verilməsi buranı bizlərə bağlı sahə etmişdi.


Saxtakar ermənilər bundan istifadə etməklə Zəngəzurun və o cümlədən onun ayrılmaz hissəsi olan Laçının qədim abidələrini öz adlarına çıxmışlar, yaşayış məntəqələrinin, dağların, çayların, düzlərin tarixən formalaşan həqiqi azərbaycan-türk adlarını dəyişib erməni adları qoymuşlar.
İstər eradan əvvəl, istərsə də yaşadığımız 1-ci və 2-ci minilliklərdə yunan, ərəb, şərq ölkələrinin bir çox yerlərindən, İrandan – Cənubi Azərbaycandan gələn səyyah və tacirlər Ordubad, Gilan çayı dərəsi ilə Gilan (Onun xarabalıqları indi də durur) şəhərlərinə gəlir, Gəmiqayanı keçərək Qafan, Qarakilsədən Həkəri çayını keçməklə müxtəlif tərəflərə istiqamət götürərdilər. Zəngəzurda, Qapıcıqla səsləşən və eyni kökdən bəhrələnən Qapçıqay (Qapıçıqay) dağı isə İşıqlı dağının şərq yamacındadır.

Bu sözdəki “ay” ifadəsi bu yerlərdə Zərdüştlük (Atəşpərəstlik) dövründə yaşayan insanların Aya, Günəşə sitayişlə əlaqəlidir. O, dövrün qəbirüstü daşlarında da Günəş və aypara şəkilləri də bu fikri tamamlayan əlamətlərdəndir. Laçında, o cümlədən Zəngəzurda və ümumilikdə Kiçik Qafqazın bəzi dağ, daş, xüsusən yonquya gedən sal daşlarda da bu nişanələrə rast gəlmək mümkündür. Qeyd etdiyimiz kimi Laçının qədim yaşayış məskənlərində Atəşpərəstliyin bu və ya digər əlamətləri insanların məişətində, andında, danışıq tərzində Laçın işğal olunana kimi yaşayırdı


Zəngəzurun, Laçının və digər bölgələrimizin tarixi ilə az məşğul olunduğundan, bəzi tədqiqatçılarda qibləyə tərəf qoyulmamış qədim qəbirlərin ermənilərə məxsus olması fikrini irəli sürən səhv fikirlər də olmuşdur. İslama qədər dövrlərdə Azərbaycanda ölənlərin qibləyə tərəf dəfn edilmədiyini unutmaq olmaz. Daş üzərində həkk olunan bütün xaç işarələrini də erməni xaçı hesab etmək olmaz. Unutmaq olmaz ki, albanlarında qəbir daşlarında xaça oxşar nişanələr olmuşdur, lakin onlar xeyli fərqlidirlər. Albanlara xas olan qəbirüstü xaçların uc tərəfi ox şəkilli, bir tərəfi isə saya olsa da dörd ox eyni ölçüdədir. Bu dəlillər bizə qətiyyətlə – Zəngəzur torpaqlarının bütövlükdə ancaq Azərbaycan – türk torpaqları olmasına zəminlik yaradır.


Zəngəzurun altun tacı Laçın – tarixən Zəngəzurla birlikdə Yuxarı Qarabağ (son illər Dağlıq Qarabağ adlandırırlar – 1923-cü ildən sonra) olmaqla Qarabağa aiddir. Eradan əvvəlki dövrlərdə bu torpaqlara Arsak (Ərsaq) da demişlər. Arsak toponiminin mənası Sakların torpağı, ərsaqların, qoçaq sakların məskəni, yurdu deməkdir. Bütövlükdə Kür-Araz düzənliyi və Yuxarı Qarabağ hələ Herodotun əsərlərindən bu günümüzə kimi Arsaq adını daşımışdır. Bu ərazilərin aran və yaxud dağlıq olmasından asılı olmayaraq onun toponimlərində başqa millətlərə xaslıq yoxdur.


İslama, Alban tarixinə, Zərdüştlüyə, Günəşə-ocağa, Qurda inam dövrünə aid bir çox kilsələr, məbədlər, ocaqlar, pirlər hələdə qalmaqda idi. Oda-ocağa inam, istinad etmək Laçın bölgəsində hələ də qalırdı.
Azərbaycanın istənilən bölgəsində Laçınlıları mərd, döyüşkən, vətənpərvər igidlər kimi tanıyırlar. Bu xüsusiyyət laçınlılarda 1915-1920-ci illərdə qulağı türklər tərəfindən kəsilmiş Andranikin Zabux dərəsində təpədən dırnağa silahlanmış dəstəsinin məhvində, Naxçıvanda, Zəngəzurda neçə-neçə kəndləri xaraba qoymuş, insanlarını vəhşi üsullarla məhv etmiş erməni Hjdenin Qarabağa yürüşünün qarşısının alınmasında, 1921-ci il daşnak partiyasının sədri Vratsyanın Zəngəzura və Qarabağa əks hücum niyyətinin ürəyində qalmasında və s. tarixi məqamlarda özünü çox qabarıq biruzə vermişdir.


1988-1994-cü illərdə də Laçınlılar təmizqanlı, təmiz vicdanlı olduqlarını bir daha nümayiş etdirdilər və laçınlıların düşmənə qarşı döyüş salnaməsi böyük bir örnəyə çevrildi. Bu günə əlimizdə olan məlumata görə ancaq Laçın qeydiyyatında olan insanlardan 262 nəfər şəhid olmuş, 67 nəfər itkin düşmüş, 871 uşaq valideyn himayəsindən məhrum olmuşdur. Laçınlıların itkisi bununla bitmir. Ermənilərlə döyüşə Azərbaycanın hər bölgəsində və Respublikadan kənarda yaşayan laçınlılar da öz xoşları ilə getmişlər. Bu insanlardan şəhid olmuş və milli qəhrəman adı almış əsli laçınlı olan igidlər vardır…

Mənbə:Faiq İsmayılov: “Tarixin faciəsi: Laçın”
Ziyadxan Nəbibəyli “Laçın-85”.

 

18/05/2015 tarixində Tariximiz içində dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: