Gündəlik qəbulu vacib olan qidalar

image

Hal-hazırda geniş yayılan xərçəngə qarşı tədbir almaq və sağlam bir həyat sürmək əslində bizim əlimizdədir. Bunun sirri isə sağlam və doğru qidalanmaqdan keçir. Siqaret və alkoqol kimi zərərli maddələrdən uzaq durub, idmana tənbəllik etmədən, gündəlik olaraq yediklərimizə diqqət etdiyimiz halda uzun və sağlam bir həyatın qapılarını üzümüzə açmış olarıq. Üstəlik, uzun siyahılarla hazırlanmış pəhriz və qarışıq detoks proqramlarına da ehtiyacımız yoxdur.

Əslində hər gün mütləq istifadə etməyimiz lazım olan qidanı öyrənərək və bunları gündəlik qidalanma menyumuza salmaqla bədən müqavimətini artırmaq mümkündür. Beləliklə, immunitet sistemini gücləndirən, gündəlik vitamin və zülal ehtiyacını qarşılayan, hər gün qəbul edildikdə sağlam və uzun bir ömür vəd edən möcüzə qidalarla tanış olaq.

Hər gün qəbul etməyiniz lazım olan yeməklər siyahısının başında pomidoru heç çəkinmədən yaza bilərsiniz. Mövsümündə bol istifadə etməyiniz lazım olan pomidoru qışda da yaydan hazırladığınız çeşidli məhsullarla süfrələrinizdən əskik etməyə bilərsiniz.
İnfeksiyalara qarşı bədənin müqavimətini artıran, güclü bir antioksidant olan pomidorun məlum olan ən əhəmiyyətli digər faydaları belədir: Qocalmağı ləngidir, xolestrola nəzarət edir, qan təzyiqini salır, dərini qoruyur.

Tərkibində balıqdan daha çox omega-3 olan qozu hər gün işlədə bilərsiniz. İnfeksiyaya qarşı güclü olan, xəstəliklərə qarşı mübarizədə çox güclü olan bu möcüzəvi qida uzun və sağlam bir həyatın da sirrlərindən biridir.
Ürək və şəkər xəstəliklərinə yaxşı təsir edən qoz hər gün qəbul edildikdə xolestrolu və qan təzyiqini salır. İmmunitet sistemini gücləndirən, döş, yoğun bağırsaq, prostat vəzi kimi xərçəng növlərindən qoruyan qoz, eyni zamanda, parkinson kimi xəstəliyə yaxalanma riskini də azaldır.

Yerkökü yüksək miqdarda beta-karotendən ibarətdir. A vitaminin əsas maddəsi olan beta-karoten isə orqanizmdə toplanan və lazım olduqda istifadə edilə son dərəcə qiymətli bir maddədir. Xərçəng, iltihab, astma kimi xəstəliklərin əmələ gəlmə riskini azaldan beta-karoten anbarı bu tərəvəzi gündəlik qidalanma menyunuza daxil etməlisiniz. Çünki sağlam bir həyatın ən mühüm qidalarından birinin qətiyyətlə kök olduğunu deyə bilərik.
Gözləri qoruyan, toxumaları qoruyan və hüceyrələrin xərçəng olma riskini azaldan bu mühüm qidanı nə qədər çox sərf etsəniz, o qədər yaxşıdır.

Digər meyvələrdən daha çox antioksidant tərkibli qaragilənin faydalarını saymaqla bitmir. Tərkibində olan sıx miqdarda antioksidant ilə xərçəngin düşməni bu kiçik meyvə, şəkəri tarazlayır, həzm sistemini nizamlayır və ürək xəstəliklərindən də qoruyur. Üstəlik, yaşa bağlı yaddaş problemi yaşamaq riskini azaldır.
Gündə sadəcə bir kasa qaragilə yeyərək ömrünüzün uzun və sağlam keçməsinə yardımçı olun. Əgər bu ləzzətli meyvənin təzəsini hər zaman tapmaq olmursa, dondurulmuş və ya konservləşdirilmiş kimi də işlədə bilərsiniz.

İmmunitet sistemini gücləndirib xəstəliklərlə döyüşməyin ən mühüm yollarından biri də bədəndəki toksinləri atmaqdır. Bunu təmin edib, bədəni təmizləyən meyvələrdən biri də qara tutdur. Olduqca güclü antioksidanta malik bu meyvəni hər gün dərman niyyətiylə qəbul etməlisiniz.

Qanı təmizləyən, şəkəri tarazlaşdıran, xərçəngdən qoruyan, yaşa bağlı xəstəliklərin qarşısını alan, xolestrolu salıb, ürək xəstəliklərinə yaxşı təsir edən qara tut eyni zamanda beyni də qoruyaraq yaddaş itkisi riskini azaldır. Qara tutu hər gün xüsusilə də səhərlər qəbul etməyə üstünlük verin.

18/05/2015 tarixində Sağlamlıq içində dərc edildi və , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: