Məntiq, yoxsa tapmaca?

 

image

1. Onmərtəbəli binada yaşayan bir kişi hər gün birinci mərtəbəyə enmək üçün liftdən istifadə edir. Evinə qalxmaq üçün də liftdən istifadə edən kişi nədənsə yeddinci mərtəbəyədək liftlə qalxır, mənzilinə çatmaq üçün qalan yolu pilləkənlə çıxmalı olur. Sizcə niyə?

2. Birlikdə oynayan iki dost evin çardağından enib küçəyə çıxdıqda işıqlı yerdə bir-birinin üzünü aydın görə bildilər. Qızın üz-gözü qapqara hisin içində idi. Oğlanın üzü isə tərtəmiz idi. Nədənsə ilk olaraq oğlan qaçıb əl-üzünü yudu. Bunun səbəbini necə izah edərdiniz?

3. Mədinə, Kəmalə, Sonay, Aysu və Ləmangildə üç pişik, iki it vardı. Əgər Sonay və Aysugildə, eləcə də Kəmalə və Sonaygildə eyni heyvanlar, Sonay və Ləmangildə başqa heyvanlar vardısa, hansı qızda hansı heyvan vardı?

4. İşıqforun qırmızı işığında keçən taksi sürücüsünü yol polisi gördü, amma onu saxlamadı. Niyə?

5. Kofe sifariş edən müştəri onu içərkən kofedə milçək olduğunu görüb bərk qəzəbləndi. Xidmətçidən kofeni dəyişməsini tələb etdi. Xidmətçi qız kofeni mətbəxə apardı, milçəyi götürərək kənara atdı, kofeni dəyişmədən müştəriyə qaytardı. Müştəri kofenin dəyişdirilmədiyini bildi. O, bunu necə bildi?

17/05/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: