Bir paket çay, 5 məsləhət

image

Çay süfrəmizin ən sevimli içkilərindən biridir. Hər evdə çay müxtəlif cür dəmlənir. Son illər isə xanımların işi bir az da yüngülləşib. Hazır paketlərdə satılan çaylarla, beş dəqiqə belə çəkmədən bir çay süfrəsi təşkil etmək mümkündür.

Ləzzətli çay süfrəsindən sonra istifadə olunmuş çay paketlərini yəqin ki, tərəddüd etmədən zibil yeşiyinə atırsınız. Əl saxlayın! Bu gün zibil deyib atdığınız istifadə olunmuş çay paketinin istifadəsi haqqında bir neçə məsləhəti sizinlə bölüşəcəm. Bu məsləhətlərdən sonra, artıq paketi zibilə atmağa əliniz gəlməyəcək.

1. Dəridə probleminiz var? Sıyrıntılar, göyərmələr, iltihabi qızartı və həşərat sancması zamanı bu çay paketləri köməyinizə çatacaq. Sadəcə olaraq, istifadədən əvvəl soyuq su altında 15 dəqiqə saxlamağınız lazımdır. Sonra problemli yerə tətbiq edə bilərsiniz. Çayın tərkibindəki aşılayıcı maddələr əsəbi aradan qaldıracaq, ödem və qızartını azaldacaqdır. Bunu mütləq sınayın.

Piqment ləkələrinə, qara ləkələrə, göz altındakı şişkinliyə də bu çay paketləri ilə son qoymaq mümkündür.

2. İstifadə olunmuş çay paketlərinin nəmişliyi götürdüyündən xəbəriniz varmı? Əgər ayaqqabılarınızdan xoşagəlməz qoxu gəlirsə, onda çay paketini ayaqqabının içinə qoyun. Həm xoşagəlməz qoxunu yox edəcək, həm də ayaqqabının içində olan nəmşliyi özünə çəkəcəkdir.

3. Çox bulaşıq olan qabları yumaq sizə əziyyətli gəlir, doğrudurmu? Bunun da çarəsi paket çaylarındadır. Yuyulması çətin olan qab-qaşığı gecədən su dolu bir tasın içinə yığın və suya bir paket çay əlavə edin. Səhər bütün çirklər problem yaratmadan çıxacaq, əmin olun.

4. Çayın qoxusu gəmiricilərə, hörümçəklərə və həşəratla xoş gəlmir. Bu qoxu onları qorxudur. Evin hansı küncündə bu həşəratlara rast gəlmisinizsə, çay paketlərini ora yerləşdirin. Həmin yerdən bir daha həşərat çıxmayacaq.

5. Əgər soyuducuya bir paket çay qoysanız, orada həmişə xoş bir qoxu olacaq. Hətta başqa qoxular olarsa belə, onları da özünə çəkməklə problemi həll edəcək.

Siz necə, bu qədər məsləhətdən sonra çay paketini zibilə atacaqsınızmı?

16/05/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: