Çiy köfte və onun yaranması haqqında rəvayət

imageÇiy köfte – bulqur, istiot, qiymə, tomat, soğan, cəfəri və müxtəlif ədviyyatların yoğurulub qarışdırılması ilə hazırlanan, bişirilmədən yeyilən, Şanlıurfa bölgəsinə aid bir yeməkdir. Adətən nazik və uzun (sıxma) kotlet parçaları şəklində və kahı yarpağı ilə yeyilir. Şanlıurfada açıq, bəzi yerlərdə də lavaşla təqdim edilir.

Çiy köftenin yaranması ilə əlaqədar olaraq, belə bir rəvayət mövcuddur: Həzrət İbrahim hazırkı Urfa o zamanlarda isə Kommagene torpaqlarında doğulub yaşamış və Nəmrud tərəfindən oda atılmışdır. Allahın əmri ilə od su olmuş Həzrət İbrahimi yandırmamışdır. Həzrət İbrahimin doğulduğu mağara və oda atıldığı yerdə yaranan “Balıqlı göl” isə, minlərlə ziyarətçi tərəfindən ziyarət edilir.

image
Məhz çiy köftenin hekayəsi də Hz.ibrahim dövrünə istinad edir. Hz.ibrahim dövrün hökmdarı Nəmrudun bütlərini sındıraraq, Allahın varlığına inanmağa dəvət edəndə Nəmrud hirslənir və Hz.İbrahimin oda atılmasını əmr edir. Böyük bir tonqal yandırmaq üçün bütün odunlar toplanır. Nəmrud evlərdə alov yandırmğı qadağan edir. Camaat od yandırmadan necə yemək hazırlayacaqlarını düşünüb dururlar. Məhz o günlərdə bir ovçu ovladığı ceyranı evə gətirərək xanımından yemək hazırlamasını istəyir. Xanım evdə odun tapmadığını, ətrafda toplanacaq bir tək budaq odun da qalmadığını deyir. Ovçu uşaq-böyük ac qalmaması üçün xanımından bir çarə tapmasını istəyir. Qadın çox fikirləşdikdən sonra, ceyranın budunun yağsız ətini çıxararaq bir daş üzərində başqa bir daşla döyərək əzməyə başlayır. Sonra əzilmiş əti bulgur, bibər və duzla qarışdıraraq yoğurur. Beləliklə, o ləzzətli və dadına doyulmatan “çiy köfte” meydana gəlir.

15/05/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Bir ezizim var, biz bu chiy kofteni onunla birlikde yeyeceyik insheAllah 😘

    Bəyən

  2. Eybi olmaz, esas odur ki, bir yerde olacagiq.👭

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: