Kişi şalvarı – onun tarixi haqqında nə bilirik?

Araşdırmalara görə daş dövrünün qaya rəsmləri şalvarın tarixinin “10 min il əvvələ aid olduğu” nu təsdiqləyirlər. Məşhur moda tarixçilərinin də təxmininə görə, Cənubi Fransa və İspaniyada daş dövründə mağaralarda rast gəlinən qaya rəsimləri də bu tarixə şəhadət edir.

“İlk” şalvar necə idi?

Böyük ehtimal ki, o zamanlarda geyinilən şalvarlar bu gün alışdığımız, gündəlik kişi geyimi kimi qəbul etdiyimiz şəkildə deyildi. Aydındır ki, daş dövrü şalvarları məqsədli şəkildə geyinilməsə də, bu geyimlər başlanğıcdan bu yana, kişinin gücünün və nüfuzunun bir simvolu olaraq və fərdin cəmiyyətdəki mövqeyini göstərən bir vasitə olaraq tanındı. 4-cü əsrin sonlarında, Romada, “vəhşi moda” şalvarlarını geyinmək ayıb sayılırdı: yüksək sinifləri təmsil edən insanların saray ətrafında bunları geyinməsi, “sürgün və ya mallarının əllərindən alınması” ilə cəzalandırılırdı. Amma bu dövrdə Romalı əsgərlər arasında şalvar geyinilməyə başlanmışdı artıq. Qarşısını almaq da mümükünsüz idi. Orta əsrlərdə Avropalı kişilər, həddindən artıq mini ətəklərlə birlikdə qıçlara kip oturan dar və rəngarəng corablar geyinərkən, dünyanın o biri ucunda, Hindistanda isə kişilər şalvarla gəzirdilər. Şalvarın tarixinə nəzər salanda məlum olur ki, şalvar asiyalılar arasında daha çox məşhur imiş. Topuqlara qədər uzanaraq qıçları örtən şalvarların çinlilər, moğollar, daha sonra fars döyüşçüləri tərəfindən geyinildiyi tarixi həqiqətlərdir. İntibah dövrünün başlanğıcı olan 14-cü əsr Qərb dünyasında kişi geyimlərinin formalaşma mərhələsi olmuşdu. Bir neçə il içində orta əsrlərin topuqlara qədər uzanan kişi geyimləri daralmış, həddindən artıq qısa, mini ətəklərə keçilmişdi. Modanın zirvəyə çatdığı və şalvarların, demək olar, arxa plana keçdiyi 15-ci əsrin sonunda, əsgərlərin yeni geyimləri daha bir dəyişiklik ilə müşayiət olundu. Yenidən heç bir maneə ilə qarşılaşmadan hərəkət edə bilmək üçün, şalvar qıçları, ayrıca paltarların qolları da müxtəlif yerlərindən ikiyə kəsildi. 16-cı əsrdə uzun və tüklü yun şalvarlar geyinilərdi, şalvarı bel səviyyəsində bir qurşaqla bərkidərdilər. Orta əsrlərdə geyimlər bədənə kip oturacaq qədər sıxıldı, həddindən artıq rəngli modellər dəb oldu. 16-cı əsrdə şalvarları dizdən möhkəmcə bağlayaraq geyinərdilər. Ən çaşdırıcı element isə şalvara “ədəb yeri örtüyü” adı verilməsi idi. 16-cı əsrin ortalarında şalvarlar ipək astarlarla baldırlara qədər enirdi. Bu geyimdə olanlar hətta din adamları tərəfindən “şeytana uyan şalvarlılar” olaraq günahlandırılmışdılar. 16-cı əsrin sonunda zadəganların geyindiyi, İspan sarayının geyimi olan dar, qısa şalvarlar, intibahın rəngli, zəif modasının yerinə keçdi. “Ədəb yeri qapağı” artıq ənənəvi bir “forma” ilə tamamlandı. 17-ci əsr boyunca sadəlik birinciliyini qorudu. Orta avropalı kişilər, geniş və sırıqlı şalvarlardan uzaqlaşaraq, pambıq və “ədəb yeri örtüyü” nün olmadığı, düzlərə qədər uzanan dar və qısa şalvarlar geyinməyə başladılar. Amma çox yaxında kökdən bir dəyişmə yaşanacaqdı, bunun zamanı yetişmişdi. 1660-ci ildə Parisdə ətəkli biri moda tarixində yeni bir səhifə açdı… 18-ci əsrin hay-küylü kişi modası, bir müddət sonra böhran nöqtəsinə gəldi. Çünki modadan bəzəyə düşkünlük, lüks və həddindən artıq oyunbazlıq, artıq köhnəlmiş bir siyasət forması olan monarxiyanın qalıqlarıydı. Qqadınsılaşdırılmış monarxiya kişiyə xas bir üstünlüyü qəbul etməyə məcbur oldu.Bu yenilik dar, amma sadə geyim idi və yersiz bəzək elementlərini də özündə əks etdirmirdi. Bu gün dünyanın hər yerində rast gəlinən sadə, kişi şalvarları üçün kişilər Fransız qiyamını reallaşdıran “şalvarsızlar” a borcludur. Dizə qədər enən qısa şalvar yerinə uzun şalvarlar geyinən Fransız işçiləri və gəmiçiləri, Fransız qiyamına bunlarla çıxmışdılar. Beləliklə, onlar özlərindən sonrakı nəsillər üçün şalvar mövzusunda “bərabərlik” olmasını təmin etdilər. 1800-cü ildə və xüsusilə 19-cu əsrdə, Sənaye İnqilabı inkişafla birlikdə müəyyən mühafizəkarlıq da gətirdi.  Avropalı kişi, artıq gözlə görünən dərəcədə funksional və bəzəkdən uzaq bir geyim tərzini seçmişdi. Baxmayaraq ki, həmin vaxtda şəhər əhalisi moda küləkləriylə “istiqamətləndirilir”di: heç bir kişi artıq 17-ci və 18-ci əsrlərdəki kişi modasının nə qədər zəngin və rəngarəng olduğunu qəbul etmirdilər. Kişilər şalvarda işlədilən həddindən artıq bəzəkdən imtina etmək məcburiyyətində qaldılar. 1900- cü ilin ilk onilliyində təsadüf nəticəsində ütünün icadı, şalvarda düzgün xətlərin ortaya çıxmasına səbəb oldu. Son 1000 ildir qıçlarını və cinsi orqanlarını nəylə qoruyacağına qərar verə bilməyən kişilər sonda ən uyğun geyim şəklini tapmış oldu. İldən- ilə rəngində, ya da formasında kiçik dəyişikliklər olsa da, bu gün geyinilən şalvar yəqin ki, kişilər arasında “məqsədə ən uyğun geyim” olmağı nəhayət ki, bacardı. Dünya alimləri bu nəticəyə gəlsələr də, digər mənbələr şalvarın tarixini islamla başladığını təsdiqləməkdədir. Ərəblərin şalvarı İslamın ilk dövrlərində və ya İranı ələ keçirdikləri sırada gördükləri deyilir. Lakin bəzi hədislərdən aydın olduğuna görə Hz. Məhəmməd (s) şalvar geyinirdi. Bir hədisdə ilk şalvar geyinənin İbrahim peyğəmbər olduğu, başqa bir hədisdə Musanın şalvar geyindiyi göstərilir. Lakin bu məlumatları təsdiq edən tarix sənədlər yoxdur. Lakin bir neçə ildir moda dizaynerləri, “Acid”, “Techno” ya da “Punk” kimi xarici modaların təsiriylə kişilər üçün yenidən rəngli və bəzəkli modellər təqdim edirlər. Çünki bu gün, cəsarəti olan hər kəsə hər şey üçün icazə var. Amma müasir kişilərin çoxu, xüsusən də ciddi peşə sahibi olan kişilər üçün hardasa bir əsrdir boz, qara və göy ən uyğun rəng olaraq qəbul edilir. Uzun zamandır ki, artıq qadınlar üçün də bir fürsət yaranıb. Qadınlar bir növ hüquqlarını nümayiş etdirmək üçün kişi şalvarlarını “ələ keçiriblər”. Əvvəllər qadın haqları müdafiəçilərinin və ya bir neçə qadın sənətçinin cəsarət edib geyindiyi şalvarlar, artıq gündəlik qadın geyiminin ayrılmaz bir parçasına çevrilib. Türkiyənin ən qədim bölgəsi olan Anadoluda şalvar qadınlar tərəfindən çəkinilmədən geyinilən bir geyim növüdür və milli geyim kimi qəbul edilir. Müxtəlif formada və uzunluqda olur. Çox vaxt şalvarla çəpkən deyilən geyim də geyinərək bir paltar tipi yaradırlar. Bu tərz bir geyim bəzi bölgələrdə yalnız gənc qızlar üçündür. Bəzi yerlərdə də əksəriyyət qadınların ev geyimi kimi istifadə edilir.

13/05/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Şalvarı dünyaya bəxş edən türklərdir.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Maraqlı məlumat olduğu üçün yenidən bloqlandı.

    Bəyən

  3. Walvar kiwiler ucun yaradilib deyirler bezen.hele de men tanidigim adamlar var qizini, ya bacisini, yoldawini walvar geyinmesine razi deyil..eslinde 20 sm den etek tikdirib geyinmekdense ele walvar yaxwidi😊

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: