Qırmızı çuğundur şirəsinin zərərləri

pancar 04Maqnezium, kalium, manqan, C vitamini baxımından zəngin olan və bu xüsusiyyətləri ilə immunitet sistemini gücləndirmək, ürək xəstəlikləri riskini azaltmaq və qan təzyiqini aşağı salmaq üçün istifadə edilən çuğundur şirəsi çox qəbul edildiyində bəzi əks təsirlərə yol aça bilər. Çuğundur şirəsinin zərərləri arasında ishal, böyrək daşı meydana gəlməsi, sidik və nəcis rənginin dəyişməsi ilk sıralarda yer alır.

Çuğundur şirəsi ümumi olaraq etibarlı bir tərəvəz şirəsi olaraq qəbul edilir və əks təsirləri nadir olaraq görülür. Bəzi insanlarda allergiyaya səbəb ola bilər. Bu əks təsirlər, ümumiyyətlə, ciddi tibbi riskə gətirib çıxarmaz. Ancaq digər bitki mənşəli məhsullarda olduğu kimi çuğundur şirəsinin də əks  təsirlərini və zərərlərini bilərək qəbul etmək ən etibarlı yoldur.

Beeturia: Bu terminin Azərbaycan qarşılığını tapa bilmədim, ancaq müxtəlif qaynaqlarda, uzun müddət çuğundur suyu içənlərdə ən sıx görülən bir vəziyyət olaraq qeyd edilir. Çox miqdarda çuğundur şirəsi içmək nəcis və sidik rəngini qırmızı və bənövşəyiyə çevirə bilər. Bu vəziyyət müəyyən bir sağlamlıq riski yaratmamaqla birlikdə, çuğundur qəbulunun həddindən artıq olduğuna diqqət çəkər.

İshal: Çox miqdarda və su qatılmadan içilən çuğundur şirəsi bəzi insanlarda ishala səbəb ola bilər.

Böyrək Daşı: Əgər böyrək daşı şikayətiniz varsa, çuğundur və çuğundur şirəsi qəbulunu dayandırmaq məsləhətdir. Kalsiumun bədən tərəfindən sorulmasına maneə törədən oksalatlar  bir müddət sonra böyrəklərdə kalsium meydana gəlməsinə səbəb ola bilər.

Allergik reaksiya: Çuğundur allergiyası olduqca nadir rast gəlinən bir haldır. Allergiya əlamətləri arasında dəridə qaşıntı, qızartılı şişkinlik, titrəmə və temperatur kimi hallara rast gəlinir. Bəzi hallarda nəfəs alıb vermədə də çətinliyə səbəb ola bilər.

Bu əlamətlərlə qarşılaşdığınız zaman həkimlə məsləhətləşmək və bu müddət ərzində çuğundur şirəsi içməyə ara vermək ideal bir həll ola bilər.

Zərərlərindən bəhs etmişkən, çuğundur şirəsinin faydalarını da qısaca qeyd edək. Antioksidanlar baxımından zəngin olan çuğundur şirəsi yüksək təzyiqi aşağı salmaq üçün olduqca təsirli bir təbii qidadır. Dəmir əksikliyi anemiyası müalicəsində çox effektlidir. Çuğundur şirəsi içmək immunitet sistemini gücləndirər və xüsusilə qış aylarında yoluxucu xəstəliklərə qarşı bədənin müqavimətini artırar.

12/05/2015 tarixində Sağlamlıq içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: