Evinizdə Şərq üslubu
Keçmişdən bu günümüzədək gəlib çıxan, həm də çox maraq kəsb edən və hələ də evimizin bir otağında reallaşdırmağa çalışdığımız şərq üslubu qədim adət və ənənələrimizi yaşamağımızı təmin edən bir dekorasiya faktorudur. Siz də bu ənənəni davam etdirmək və bu şərq guşəsi dekorasiyanın atmosferindən faydalanmaq istəyirsinizsə, siz də evinizin bir guşəsində bu cür dekorasiya hazırlamaq istərdinizmi? Sizə ilham qaynağı olması üçün ən gözəl şərq guşəsi dekorasiya nümunələrini bir yerə yığıb təqdim etmək istəyirəm.
Vizual görüntüdən bəyənəcəyiniz bu rahatlığa “yox” deməyəcəksiniz. Müxtəlif və əsil şərq tərzində dekorasiya edilən bu guşələrdə özünüzü çox fərqli hiss edəcəksiniz. O atmosferin dadını çıxarmaq sizə və sevdiklərinizə yeni ruh verəcəkdir. Naxış-naxış işlənən parçalarla dizayn edilən şərq guşələri evinizə tamamilə başqa bir hava bəxş edəcəkdir.
11/05/2015 tarixində Fotoqalereya içində dərc edildi və dekorasiya, Şərq üslubu olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.
Bir şərh yazın
0 şərh