Bu gecə yuxuma girmişdi Şuşa – Zəlimxan Yaqub

Susa_qalasi_AZpressAZ

 

Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.
Uzadıb əlini Bakıya sarı,
“Batdıqca günaha batın!”, deyirdi.
“Vətən xainləri, yurd satqınları,
Satın Qarabağı, satın!”, deyirdi.

Canında od vardı, istilənirdi,
Şuşanın dağları çəkirdi ahı.
Seyidin qəlyanı tüstülənirdi,
Zülfi oxuyurdu “Yetim segah”ı.

Bu gecə yuxuma girmişdi Şuşa,
Pənah xan qəzəbdən tir-tir əsirdi.
Şuşanı satanlar verib baş-başa,
Şəhərin üstündə qiymət kəsirdi.

Od tutub yanırdı Vaqifın goru,
Natəvan ah çəkib ağı deyirdi.
Usta toxunmuşdu hiylənin toru,
Hələ ki sözünü yağı deyirdi.

Vidadi Qazaxda qalxıb məzardan,
Gəlirdi Vaqifın qəbrinə sarı.
“Qurtarın, – deyirdi, – milləti dardan!”
“Qurtarın, – deyirdi, – bu torpaqları!”

Gözündə yaş gördüm, yanağında nəm,
Cıdır düzündəki “Xarı bülbül”ün.
Dərdin sinəsində dağlandı sinəm,
Didərgin olmuşdu yarı bülbülün.

Ocaq yerlərində qalanırdı kül,
İsa bulağından qan fışqırırdı.
Susmuşdu Üzeyir, susmuşdu Bülbül,
Düşmən “mənəm” deyib boğaz cırırdı.

Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı…

 

08/05/2015 tarixində Sevdiyim şeirlər içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: