Umac halvası

IMG_0365

 

Halva təamı haqqında bir çox fərqli fikirlər mövcuddur. Bəzi inanclara görə halvanı ancaq yas mərasimlərində təqdim etmək lazımdır. Doğrudur, yas mərasimlərində halva çalınlb qonum-qonşuya, dost-tanışa paylanır. Lakin bu heç də halvanı ancaq yas mərasimlərində bişirməliyik mənasını vermir. Müqəddəs dinimiz olan İslama görə, 3 müqəddəs ay var ki, həmin vaxt halva bişirib paylamaq savab əməl sayılır. Bunların hamısını bilirik və əməl də edirik. Lakin bəzi bölgələrimizdə halva həm də xeyir işlərdə bişirilən bir şirniyyat növüdür. Məsələn, Borçalı mahalında qız gəlin köçərkən halva bişirilər.

Qeyd edim ki, halvanı bir çox müsəlman ölkələrində fərqli çeşiddə hazırlayırlar. Qardaş Türkiyədə yas mərasimləri ilə yanaşı, bütün şad günlərdə də süfrədə halva olar. Bir sözlə, halva bizim süfrənin ən ləziz təamıdır, bunu hamımızın bilməsi vacibdir.

Lazım olan ərzaqlar:

3 stəkan un
3/4 stəkan ilıq su
500 qram kərə yağı
1 ç/q sarıkök

Şərbəti üçün:

0,5 kq şəkər tozu
0,5 l su
Bir çimdik zəfəran

Hazırlanması:

Əvvəlcə şirəni hazırlayaq ki, bir qədər soyumuş olsun. Bunun üçün şəkər tozunu su ilə qarışdırıb odun üzərinə qoyuruq, həvəngdəstədə xırdalanmış zəfəranı da bura əlavə edirik. Sonra unu dərin qaba ələyirik, bir çimdik duz əlavə edirik. Suyu az-az çiləməklə umac edirik. Su qurtardıqdan sonra bir parça yağı, hardasa 20 qram, sürtgəcdən keçirib umaca əlavə edirik, 1 xörək qaşığı da şəkər tozu. Yağ umacı yumşaq edir, şəkər tozu da xüsusi dad verir. Un tam qarışdıqdan sonra umacı aşsüzənə töküb ələyirik. Aşsüzəndə qalan hissəyə kənarda bir ovucdan bir qədər az un əlavə edib qarışdırırıq. Yenidən aşsüzəndən keçiririk. Ta o vaxta qədər ələyirik ki, sona bur ovucdan da az umac qalır. Çox adam sonda qalan iri umacı da halvaya əlavə edir, amma mən əlavə etmədim, çünki hamısı bir ölçüdə olsun istədim. Alınan umacı, bir də ələkdən keçirib unun ayırırıq. 1-ci boşqabdakı umac, 2-ci boşqabdakı isə umacdan çıxan undur. Tavaya yağ əlavə edirik (ərinmiş yağ olsa daha yaxşı olar), əridikdən sonra sarıkök əlavə edib qarışdırırıq. Əvvəlcə umacı qızdırılmış yağa əlavə edirik. Əl götürmədən asta odda bir qədər qovururuq. Sonra umacdan ələdiyimiz unu asta-asta əlavə edib əl götürmədən rəngi qızılı olanadək qovururuq. Rənginin dəyişdiyini görən kimi, tavanın altını söndürürük, zəfəranlı şirəni halvaya əlavə edirik. Hazır halvaya zövqə görə darçın da əlavə edə bilərsiniz. Yəqin ki, bilirsiniz, halva lavaşla daha ləzzətli olur.

7y

 

07/05/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Fərqli resept üçün təşəkkür edirəm canım. Mən halvanı çox sevirəm, tez-tez etməsəm də ayda 2-dəfə edirəm. Uşaqlar da yaxşı yeyir. Sənin reseptinlə edicəyəm bu dəfə. Süfrənə min bərəkət.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Bəyəndiyin üçün sağ ol, canım. Sən xoş gəldin 🙂

    Bəyən

  3. Xoş gününə gəlim bitanəm.

    Bəyən

  4. Gözəl adlı, gözəl ürəkli əziz bacım, özünə layiqli bir məkanda məni qarşıladığın üçün təşəkkür edirəm.

    tərəfindən bəyənildi 1 şəxs

  5. Səni sənə layiq qarşılamadım, yollarına gül düzərdim əlacım olsa, gülüm…

    Bəyən

  6. Əvvəllər də qeyd etdiyim kimi, bidət və batil inanclardan uzaq insanam. Ona görə də halva mənim üçün sevimli təamdır. Kefim istədiyi anda, qalxıb hazırlayıram. O gün də hazırlamışdım ki, key başım birdən ayıldı. Məgər halvanı yaxşıca qovurmadan, şərbətini tökmüşəm. Neynəyimsə də, o halvadan ləzzət ala bilmədim. Xəşil yerinə yedik 😆😅😃😂

    tərəfindən bəyənildi 1 şəxs

  7. Mən də gənc olanda belə səhvlərim olub, boş ver, əsas odur yeyilib 😆

    Bəyən

  8. Dünən mən də halva elədim, amma qaymaqla, elə ləzzətli çıxmışdı ki. Təzə qaymaq gəlmişdi, köhnəni işə keçirtmək lazım idi, yoxsa adım çıxdaşa yazılacaqdı 😆
    Bir mən umac edəndə Sada metodu olaraq, blenderdən istifadə edirəm, o qədər rahatdır ki, həm də çox səliqəli alınır. Sadama təşəkkür.
    Sizin halva gözəl görünür, gərək mən də umaca kərə yağı ilə şəkər tozunu sınaqdan keçirdim.
    Allah süfrələrimizi ruzisiz qoymasın, mənə görə halva şirniyyat növüdür.

    tərəfindən bəyənildi 1 şəxs

  9. Sadanın yeri məlum, bircə gəlib buranı da görsəydi…
    Sənin də süfrənə bərəkət, canım. Mənim qızım çox xoşlayır halvanı, onun hesabına arada edirəm.

    Bəyən

  10. Mən də çox yeyə bilmirəm, mədəmə qıcqırma verir.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...