Yetişdi toy axşamı – Gəlin maşınları

1421090418_image

Hər kəsin həvəslə gözlədiyi, iki sevən gəncin muradına qovuşacağı möhtəşəm bir gün -Toy günü. Kiçikdən böyüyə hamı xüsusi təmtəraqla hazırlanar bu gün üçün. Bildiyimiz kimi, toy mərasiminin müxtəlif mərhələləri, özünəməxsus adətləri vardır. Bunlardan biri də bəy-gəlin maşınına vurulan bəzəkdir. Filmlərimizdən hamıya bəllidir ki, əvvəllər gəlin at üstündə, sonra araba və faytonlarda gətirilərdi. Nə qədər sadə bir nəqliyyat vasitəsi olsa da, təbii ki, təbəqə baxımından burada da fərqliliklər gözə çarpardı.

1421091551_image 1421090644_image 1421090626_image

Hətta mən böyüklərdən eşidiklərimə görə Qarabağ bəylərindən biri öz həyat yoldaşını gəlin gətirərkən iki kənd arası boyu yola xalça döşədibmiş. Zaman ötüb, inkişafda irəliləyişlər olsa da, bu cür fərqliliyi bu gün də görmək mümkündür. Hətta insanlar seçilməyə o qədər üstünlük verirlər ki, bəzən minik avtomobili də onları qane etmir. Traktor, yük maşını min bir bəzək vurularaq gəlin maşını deyib seçilir. Bu haqda kimisə məzəmmət etmək fikrimiz yoxdur, seçim hər kəsin öz istəyinə bağlıdır. Bizdən cütlüklərə ancaq əbədi sevgi diləmək düşür.

1421090404_image 1421089129_image

Bəy öz gəlinini istər bahalı avtomobildə, istər yük maşınında, istər faytonda, istər at belində, istərsə də pay-piyada gətirsin, yetər ki, onu xoşbəxt edə bilsin…
Bu yazdıqlarımdan sonra müasir dövrümüzün bir neçə gəlin maşını nümunəsini sizinlə paylaşıb fikirlərinizi bilmək isə, mənimçün maraqlı olardı.

1421089119_image 1421089114_image 1421089098_image 1421088148_image 1421088125_image

Bu maşını “Xəzər” TV-də nümayiş etdirmişdilər. Avtomobil sifarişlə ABŞ-da istehsal edilib. Onun qiyməti 100 min manata yaxındır.

1421090666_image

Bütün subaylara toy arzusu ilə…

 

 

06/05/2015 tarixində Fotoqalereya içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. “Yetər ki, onu xoşbəxt edə bilsin…” əsas olan əlbəttə ki, budur. Amma yenə də mən xoşbəxtliyi həm saf sevgidə, həm də hərtərəfli ürəyimcə olan toyda görərdim. Yəni mənim də paylaşdığınız qeyri-adi maşınlarda gözüm var (y) super idi yazı da, şəkillər də)) əlinizə sağlıq…

    tərəfindən bəyənildi 1 şəxs

  2. Əlbəttə, gözəllikdən başlayır hər şey. Xoşbəxtliyin özü də gözəllik deyilmi?!
    İnşAllah arzuladığınız qismətiniz olar 🙂
    Bəyəndiyiniz üçün təşəkkür edirəm.

    Bəyən

  3. O qədər şarlar,kuklalar nə ehtiyac varki.Maşın görsənmir 🙂 Sadəcə nömrə yerində “Mələyimi aldım,cənnətə gedirəm” yazısı:) birdə bəyaz güllər yetər mənim üçün 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  4. ALLAH xeyirlisi ilə qismət eləsin, Aysel 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  5. Hələ tezdi 🙂 Çox sağolun hocamm;)

    tərəfindən bəyənildi 1 şəxs

  6. İnşAllah zamanında gəlsin, həm də xeyirlisi ilə 🙂

    Bəyən

  7. Çox vaxt sovet maşınında gələn daha nyaxşi çıxr, xoşbext yaşayır. Maşın prosto temteraqdır.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: