Qalstukun yaranma tarixi

blog-kravat   Qalstukun yaranma tarixi qədim və mübahisəli olsa da, bu gün dünyada təxminən 650 milyon adam tərəfindən istifadə edilir və ildə satılan qalstuk sayı isə 800 milyona çatır. Gəlin, qalstukun tarixinə birgə nəzər salaq. Müharibələr bəzən ümid etmədiyimiz nəticə ilə sona yetə bilir… Avropanın tam mərkəzində 1618-ci ildən 1648-ci ilə qədər davam edən 30 illik davam edən müharibədən əsrlər keçdi. Müharibədən sonra çox şeylər dəyişdi. Sonra yavaş-yavaş hər şey öz yerini tutdu və həyat normala döndü, döyüş unuduldu. Bu gün niyə 30 illik bu müharibəni yada saldığımız bəlkə də sizi çaşdıracaq, axı bunun nə anlamı var, deyə düşünəcəksiniz. Halbuki, tarix kitablarında sətir aralarında qalmış bir detal səbəbiylə yalnız siz deyil, dünya üzrə təxminən 650 milyon insan hər gün 30 illik müharibənin ortaya qoyduğu həqiqət ilə qarşı-qarşıyadır. 

Qalstukun yaranması

1635-ci ildə 30 illik müharibə davam edərkən Fransız Kralı XIII Luis üçün döyüşən təxminən 160 min legioner və cəngavər arasında bir qrup əsgər vardı ki, fərqli olan bir detal səbəbiylə digər əsgərlərdən rahatlıqla seçilirdilər. Xorvat əsgərlərini fərqli edən, boyunlarına bağladıqları aksesuar idi. Döyüşə gedən Xorvat əsgərləri yola salan yoldaşları, sevgililəri, anaları başlarından çıxartdıqları telləri ilə incə bir görünüşlə sevdikləri adamların boyunlarına salmış və bir düyün bağlamışlar. Qadınlar belə düşünürdülər ki, evlərindən uzaqda olduqları müddətcə bu nişanəni hər gördüklərində əsgərlər həm onları və həm də evlərini xatırlayar, bir tərəfdən də atdıqları bu xüsusi düyünlərin kişiləri pisliklərdən qoruyacağına inanırdılar. Müharibə şəraitində olsalar da, bu digərlərinin diqqətindən qaçmadı və hamı Xorvat əsgərlərin boyunlarındaki bağlara diqqət yetirdilər. Qadınlardan yadigar bu “uğurlar”, Fransız stilistlərinin əlində əhəmiyyətli bir aksessuara çevrildi və təbii ki, qısa müddət içində böyük dəyişikliklərə uğradı. Döyüşə gedən Xorvat kişisinin boynuna nişanə bağlayan Xorvat qadın ilə, səhər evdən çıxarkən yoldaşınızın qalstukuna son bir forma verməniz əslində nə qədər bir-birinə yaxın iki davranış olduğunun fərqinə vardınızmı? Üstəlik də aradan bu qədər əsrlər keçməsinə baxmayaraq… Qədim dövrdən, 6-cı əsrin ikinci yarısına qədər boyunlarını açıq saxlamaqda bir qorxu görməyən kişilər, İntibahla birlikdə boynu bağlayan yaxalıqları kəşf etdilər. Bu yenilik 17-ci əsrdə müxtəlif əlavələrlə rəngləndi və modelləri çeşidlənməyə başladı. 1974-cü ildə isə 3-cü əsrdə yaşamış olan Çin İmperatoru Çin Şi Huanq-tinin məzarı açıldığında moda tarixini də nəzərdən keçirməyə ehtiyac duyuldu. Huanq-tinin məzarı ətrafında insan ölçülərində 7 min 500 əsgər heykəli, fiquru tapılırdı. İmperator daxil olmaqla hər əsgərin daşıdığı bu aksesuar, ağıllara yeni suallar gətirdi. Eyni dövrdə Romalıların da, xüsusilə, soyuq fəsillərdə səfərə çıxdıqları zaman bənzər bir yolla boyunlarını bağladıqları məlumatı da əlavə olununca boyun bağının tarixçəsi də sarsıldı. Lakin araşdırmalar çinli əsgərlərin boyunlarına taxdıqları yaylıqların dini və mədəni bir əsası ola biləcəyi ehtimalını da gündəmə gətirdi.

Fransız zabitlərin qalstuku

Fərqli məlumatlar olmaqla, bu boyun bağlarının 30 illik döyüşlərdə məşhur olduğu qəbul edilir. O günə qədər “ruff” deyilən bir növ yaxa istifadə edən fransızlar, xorvatlıların istifadə etdikləri və ütüləməyə ehtiyac duyulmayan bu aksesuarı qəbul etməkləri bir qədər çətinlik törətdi. Döyüşdən sonra evlərinə qayıdan Fransız zabitləri yeni tanış olduqları bu aksesuarı gündəlik həyatlarında istifadə etməyə davam etdilər. Qalstuk, xüsusilə, hərbi üstünlüklərini hər fürsətdə vurğulamağı xoşlayan Fransız aristokratları arasında 1650-ci illərdə moda şəklində yayılmağa başladı. Qalstukun rəngləri, istifadə olunan naxışlar, bağlama şəkilləri sosial siniflər arasındakı fərqlilikləri, siyasi fikirləri əks etdirən simvollar oldu. Stilistlər dizaynlarını rəngləndirmək üçün istifadə edərkən, rəssamlar onlardan heç də geridə qalmayıb dizaynları gizli-gizli şəkillərində sərgilədilər. Qalstukun kişi həyatına qatılmasıyla birlikdə ciddi bir problem də yaranmış oldu. Səhər oyanan kişilər, geyimlərinə görə bir qalstuk seçmək məcburiyyətində idi artıq. Bu seçki zaman-zaman elə mürəkkəbləşirdi ki, qalstukunu təyin edib, ona görə paltar seçənlərə belə rast gəlinirdi. Bir başqa problem də seçilən qalstukun düzgün və doğru uzunluqda bağlana bilməsiydi. Bu iki yeni problemi ilk yaşayanlardan biri Fransız Kralı XIV Luis oldu. Kral hər səhər oyandığında xidmətçi qarşısına rəngarəng və müxtəlif düzümlərdə qalstuklar düzərdi. Doğru qalstuk seçmək üçün xərclənən zamandan bəlkə də daha çoxu qalstukun doğru bir şəkildə bağlanmasına ayrılırdı. Osmanlı İmperatorluğu içində qalstuk taxan ilk padşah Sultan Abdülməcid olduğu deyilir.

İndiki vaxtda qalstuk

Uzun və mübahisəli bir tarixə sahib olan qalstuk bu gün dünyada təxminən 650 milyon adam tərəfindən istifadə edilir və ildə satılan qalstuk sayı isə 800 milyona çatır. Bir növ vizit kartı kimi boyunlarında daşıdıqları qalstuk ilə qürur duyan kişilər, qalstuklara fövqəladə əhəmiyyət verməyə başladılar. 1990-cı ildə isə Franko Bossisia açıq şəkildə qalstuka qarşı döyüş elan edərək bu müsahibəsini verdi: “Qalstuk heç bir işə yaramaz, üstəlik adamı çox darıxdırar, sıxıntı yaradar. Kişilərin çoxu maraqlı bir qalstuk seçim deyərkən özlərini ucuz tuturlar. Beş il sonra, iş adamları daxil heç kim qalstuk taxmayacaq”. Kino dünyasının usta rejissoru Orson Velles də qalstuku sevməyənlər sırasındadır. Bəzi aktyorlar bu ustaddanmı nümunə götürürlər demək olmaz, amma son illərdə ən əhəmiyyətli mərasimlər daxil olmaqla səhnəyə qalstuksuz çıxan aktyorların sayında ciddi bir artım var. Qalstuk əleyhdarları nə qədər çox olsa da, amma ciddiyət statusunun simvolu kimi görülən qalstukun taxtını sarsıtmaq heç də asan görünmür. Qalstuk bağlamaq incə bir işdir. Qəzetlərdə yayımlanan bir xəbərə görə,İngiltərənin məşhur həkimi Tomas Fink və Yonq Mao, qalstuk üçün etdikləri ciddi və uzun davamlı bir axtarışın nəticəsində qalstuk bağlamanın nəzəriyyəsini inkişaf etdirdilər. Elm adamları qalstuku “bir həndəsə obyekti” olaraq qiymətləndirirdilər. Biri asta hərəkətlərlə qalstuku bağlayır, digəri əlində kamerayla bağlama hərəkətlərini lentə alan elm adamları, bu görüntüləri dəfələrlə izlədikdən sonra nəticəyə gəlmişdilər.

250 milyardlıq qalstuk

Kənan İşığın təqdim etdiyi “Kim 500 Milyard İstər” yarışma proqramında, 250 milyard TL dəyərindəki “Qalstuk hansı ölkədə meydana gəlmişdir?” sualına səhv cavab verərək 16 milyard TL pulla kifayətlənmək məcburiyyətində qalan Konyalı geofizika mühəndisi Mustafa Erhan Sözen uzun müddət Türkiyənin gündəmində qalmışdı. “Sual səhv hazırlanmış, haqqımı məhkəmədə axtaracağam” deyərək verdiyi “Fransızlar” cavabının doğruluğunda israr edən Sözenin yanıldığını söyləyənlər qədər, geologiya mühendisinə haqq qazandıranlar da olmuşdu. Ancaq bir müddət sonra hamı qalstukun Xorvat qaynaqlı bir aksesuar olduğunu qəbul etdi.

Keyfiyyətli qalstuk

Kişilərin geyim mövzusundakı məlumatını və hətta, ümumiyyətlə, zövqünü qalstuk seçimlərindən anlamaq olar. Doğru seçilmiş bir qalstuk çox da yaxşı olmayan bir geyimin görünüşünü bir anda dəyişdirə bildiyi kimi, pis bir seçim də çox yaxşı bir paltarın bütün gözəlliyini itirə bilər. Eni 8,5 – 10 sm, uzunluğu 140 sm. olan klassik bir qalstukun tamamilə ipək olması keyfiyyətin bəlkə də ən əhəmiyyətli göstəricisidir. Qalın toxuması səbəbiylə bağlanması çətin olsa da toxunma qalstuklar da keyfiyyətin göstəricilərindən biridir. Qalstuklarda ən məşhur naxış diaqonal xətlər sayılır. Son dövrlərdə ipək qalstuklar yanaşı yun, yun-kaşmir, yun-ipək-kətan və ya ipək-kətan kimi qarışıqlardan da keyfiyyətli məhsullar hazırlayırlar. Qalstukun incəlikləri: * Qalstukun ucu şalvar kəmərinin alt səviyyəsinə gələcək şəkildə bağlanmalıdır. * Çıxarması asan olmalıdır. * Rütubətli yerlərdə saxlanılmalıdır. * Qətiyyən ütülənməməlidir. (Quru təmizləmədən istifadə olunmalıdır) * Geyilmədikdə bağlı saxlanılmamalıdır. * Cins şalvarla birlikdə, bez parçadan edilmiş idman üslubunda bir model seçilməlidir. * Qalstuk düyünü dartılaraq açılmamalıdır. * Əsla astarı görünməməlidir. * Pencəklərin sol cibinə qoyulan bəzək dəsmalına uyğun olmalıdır. * Hər zaman köynəklə təzad yaratmalıdır, ancaq tam əksinə bir seçim də edilməməlidir. * Yun və kaşmir qalstuklar soyuq günlərdə, ağır parçalarla istifadə edilməlidir. * Kətan və kətan qarışıqlı qalstuklar isə yalnız yay mövsümündə və pambıq, kətan paltarlarla istifadə edilməlidir.

06/05/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Maraqlı idi)) əlinizə sağlıq

    tərəfindən bəyənildi 1 şəxs

  2. Təşəkkürlər 🙂 Bir çox geyimlərin tarixi haqqında yazılarım var. İnşAllah zamanla yerləşdirəcəm)

    Bəyən

  3. çox sağol məlumat üçün

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: