Saç üçün maskalar

красивые-волосы

 

Əziz xanımlar, hamınız bilirsiniz ki, saçlar insanın gözəl görünməsi üçün çox vacibdir. Təbii ki, baxımlı saçlardan söhbət gedir. Kim fikirləşirsə ki, saçlara xüsusi qulluq lazım deyil, onlar təbiətin bizə töhvəsidir, yanlışdır. Bu cür düşünənlər yəqin ki, yaş ötdükcə, ekalogiyanın, qəbul etdiyimiz qidaların, keçirdiyimiz həyat tərzinin saçlara təsirsiz ötüşəcəyini unudurlar. Bu gün təqdim etdiyim iki saç maskaından istifadə edin, saçlarınızın qeydinə qalmaq üçün ilk addımı atın, faydasını görəcəksiniz.

Zeytun yağı ilə bal maskası

Zeytun yağı (3 yemək qaşığı)

Bal (2 yemək qaşığı)

Baş örtüyü

Tətbiqi: Zeytun yağını və balı şüşə bir kasa içərisində çırpın. Sonra qarışığı saçlarınıza tətbiq edin və baş örtüyü ilə bağlayın. Saç maskasını saçınızda 15 dəqiqəyə qədər saxlayın və bol su ilə yaxalayın.

Saçların uzanması üçün maska

Badam yağı (1 çay stəkanı)

Küncüt yağı (1 çay stəkanı)

Yumurta sarısı (1 ədəd)

Tətbiqi: Şüşə bir kasa içərisinə badam yağı, küncüt yağı və yumurta sarısını əlavə edərək yaxşıca çalın. Hazırladığınız saç maskasını saçlarınıza masaj edərək tətbiq edin.

Həftədə 3 dəfə tətbiq edərək, bu saç maskasını 1 saat başınızda saxlayın. Bu qarışıq saçlarınızın tökülməsinin qarşısını almaqla yanaşı, həm də saçlarınızı qüvvətləndirəcək.

05/05/2015 tarixində Gözəl qadın içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Yoxlayacam bunu (y) Təşəkkür edirəm

    tərəfindən bəyənildi 1 şəxs

  2. Mən təşəkkür edirəm 🙂

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: