Çəhrayı göl haqqında bunları bilirsinizmi?

df4381

 

Qərbi Afrikada yerləşən ölkələrdən biri olan Seneqalın paytaxtı Dakara 35 km məsafədə, Atlantik okeanı boyunca uzanan Retba Gölü, çiyələk süd görünüşündəki rənginə görə çəhrayı göl adlanır.

Duz hasil edilən gölün rənginin çəhrayı olmasının səbəbi isə, içində yaşayan bakteriyaların günəş enerjisi ilə təmasdan yaranan qırmızı piqment olmasıdır.

Duz toplamaq üçün gölün ortalarına doğru qayıq ilə gedən kişilər, müəyyən nöqtəyə çatandan sonra geri qayıdırlar. Sahildə isə rollar dəyişir.

Göldən toplanan duzları qayıqdan sahilə daşımaq qadınlara düşür.
İldə təxminən 24 ton duzun çıxardığı bu göldə duz istehsalı üçün yalnız insan gücü istifadə edilir.
Duz gölün sahilində qalaq-qalaq yığılıb təpəciklər yaradır.

Çəhrayı göl hər gün yüzlərlə turisti qəbul edir.
Bölgə eyni zamanda, Paris-Dakar rallisinin son fazasına ev sahibliyi etməsi baxımından ayrı bir əhəmiyyət daşıyır.

Dərinliyi ən çox 3 metr olan bu göl, yüzlərlə Seneqallının çıxardıqları duzu sataraq dolanışığını təmin etmək üçün bir mənbədir.
Bundan başqa, göldə su qalxmır, balıq tapılmır, çünki çox duzlu su canlı orqanizmin yaşaması üçün münasib hesab edilmir.

Retba Gölü, dünyadakı yeganə çəhrayı göl deyil. Böyük əksəriyyəti duz gölü olan çəhrayı göllər, mövsümdən mövsümə rəng də dəyişdirə bilir.

Digər çəhrayı göllər isə bunlardır:

Hillier Gölü – Avstraliya
Salina də Torrevieja – İspaniya
Hutt Gölü – Avstraliya
Dusty Rose Gölü – Kanada
Pink Gölü – Avstraliya
Masazir Gölü – Azərbaycan
Quairading Gölü – Avstraliya
Çəhrayı Göllər Bölgəsi – Avstraliya
Duz Gölü – Türkiyə – Dardanel Bozca Ada

05/05/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: