Sevginizin qədrini bilin

wedding_002Bir münasibətə başlamaq çox asandır, onu davam etdirmək isə çətin. İndi bir çox saytlardan uzun evliliyin sirlərini açıqlayan istənilən sayda mövzular tapmaq olar. Aydındır ki, xoşbəxt bir evlilik yaşamağı arzu edən hər kəs bu mövzuları oxumadan keçmirlər. Yazılanlara və məsləhət görülənlərə hər zaman əməl etmək olmur, bunu hamımız bilirik, istər-istəməz insan tərəddüddə qala bilir. Lakin mənbə etibarlı olarsa, deyilənləri qəbul etməkdə çətinlik yaranmayacaq. Biz həmin etibar olunanlar sırasındayıq, bunu artıq sübut etmişik, ona görə də məsləhətlərimizi dinləməkdən çəkinməyin.

Münasibətlərin uzunmüddətli olması üçün ilk növbədə hörmətin olması şərtdir. Hər addım başı, hər davranşda, hər ünsiyyətdə başda hörmət gələrsə, bu o deməkdir ki, siz sağlam bir mühit yaratmağın yolunu tutmusunuz.
İkinci bir şərt, həyat yoldaşınızın istəklərinə qarşı biganə olmamaqdır. Bu mövzuda bir qədər romantik, bir qədər də həyat eşqi güclü olan biri olmanız şərtdir.
Doğrudur, evliliyin təməlini hörmət və sevgi təşkil etməlidir. Lakin sevdiyiniz insanı itirmək istəmirsənizsə, ona qarşı söz və davranışlarınızda həssas davranmalısınız.

Çox hirsləndiyinizdə belə, əsla, səs tonunuzu qaldırmamalı, onu acılamağı düşünməməlisiniz.
Mühüm olan daha bir şey, yersiz qısqanclıqdan kənar durmanızdır. Sevdiyiniz birini həddində qısqanmaq sevilən tərəfin xoşuna gələn haldır. Ancaq sərhəddi keçmək əsla olmaz! Yoxsa münasibətlərinizdə istəmədiyiniz hallar ortaya çıxa bilər.
Birgə evlilik zamanı hər kəsin boynuna düşən öhdəlik və borclar vardır ki, buna da hər kəsin əməl etməsi lazımdır.
Birgə yaşamaq qərarını vermisinizsə, ev işlərindəki məsuliyyəti də mütləq qəbul etməlisiniz. Adət-ənələrimizə nəzər yetirsək, yəni xarici seriallar ağlımızı almasa, ta kökümüzdən bu günədək çölün işi kişiyə, evin içi qadına düşən məsuliyyət olub. Bu gün cavan ailələrdə bir qədər bu adətin ziddənə gedənlər vardır. Məsələn, bir də görürsən ki, evin xanımı əlində ağır zənbillə dükan-bazardan gəlir, kişi də ya televizor seyr edir, ya da internetdə online oyun oynayır. Qadın qapının zəngini basıb gözləyir ki, həyat yoldaşı oyunda növbəti gedişi edib gəlib qapını açacaq. Nə dərəcədə doğrudur? Və yaxud, qadın qulağında telefon saatlardır kimləsə “vacib” bir mövzunu müzakirə edir, evin kişisinin “çay gətir” deməkdən boğazı quruyur. Axırda məcbur olub durub özünə çay süzür. Qəbul ediləndirmi? Birmənalı olaraq, Yox!!!
Bu kimi çox misallar çəkmək olar, əsas məqsədim onu çatdırmaqdır ki, evdə qadının və kişinin yeri bilinməli, hərə öhdəsinə düşəni yerinə yetirməlidir. Yoxsa bu hallar da evliliyin bir gün sona gəlməsinə yol aça bilər. 

family1 Ümumiyyətlə, həyat yoldaşınızla hər mövzuda səmimi olmağa çalışın. Doğruluğun, mehribanlığın, deyərdim ki, ən güclü sevginin yolu da məhz səmimiyyətdən keçir. İstər qadın olsun, istər kişi, sözüm hər iki tərəfə aiddir: daxilinizi təmiz tutun, içinizdə sizi narahat edən heç bir problemi sizin sevgi dünyanıza qarışdırmayın. Ailənin təməlində sevgi durmalıdır, formal davam etdirilən ailələr nəyinsə, kiminsə xatirinə bir damın altında ola bilərlər, lakin aralarında elə dərin uçurum yaranmış olar ki, bir-birlərinə ha əl uzatmağa can atsalar belə əlləri qovuşmaz… O əllərin bir-birindən yapışıb heç ayrılmaması üçün sevginizi qorumağı bacarın. O əllə bir gün ağ gəlinlik donunda, bəylik libasında olan sevdiyinizin qoluna necə titrəyərək girmişdinizsə, illər keçdikdən sonra da baş-başa qalıb bir-birinizə sevgi dolu baxışla baxdığında yenə o cür titrəsin…bax sevgi budur, hər problemi geridə qoyub, onu aşmağı bacaran güc yalnız sevgidədir. Hər gün hər hansısa bir mövzuda dolayı olsa da bunu vurğulayırıq: əvvəlki sevgi yox, əvvəlki təmizlik, saflıq yox…niyə yox, nədir buna səbəb? Sevgi ucuzlasıb, yoxsa insanlar süniləşib? Səbəb nədirsə, qoy olsun… Sizin ki, düşünən beyniniz, görən gözünüz, sevən qəlbiniz yerindədir. Bəs niyə bu gözəllikdən özünüzü məhrum edəsiniz? Sahib olduqlarınızın qədrini bilin, bir gün quş kimi əlinizdən uçub gedə biləcəyindən qorxun…

 

04/05/2015 tarixində Ailə dünyası içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Çoooox xoşuma gəldi)) həqiqətən əla yazmısınız. Halal olsun♥

    tərəfindən bəyənildi 1 şəxs

  2. Təşəkkür edirəm, sizin kimi oxucum olmasına sevindim 🙂

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: