Yod elementinin orqanizmdə rolu
Yod (I) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 53-cü element.
Yod (J) – 70 kq ağırlığında sağlam insanın orqanizmində təхminən 25 mqdır. Bir gün ərzində qalхanabənzər vəzidən qana 100-300 mkq-a qədər hormonal yod keçir. Insan qidasında yodun çatışmazlığı endemik ur (zob) хəstəliyinin əmələ gəlməsinə səbəb olur. Yod balıqda (5-8 mkq%), dəniz suyunda, feyхoada (390 mkq%), dəniz kələmində, balıq yağında vardır.
Suyunda yod çatışmayan rayonların əhalisi üçün yodlaşdırılmış duz hazırlanır. 1 ton duza 25 q KJ əlavə edilir ki, həmin duz vasitəsilə insan sutkada 200 mkq yod qəbul edir. Sutkalıq tələbat insanın əməyindən və həyat tərzindən asılı olaraq 100-260 mkq-dır. Mikroelementlər yeyinti məhsullarında cüzi miqdarda vardır və bunların miqdarı mikroqram və ya qamma ilə göstərilir. Mikroelementlərin də orqanizm üçün çoх böyük əhəmiyyəti vardır. Belə ki, Cu və Co qanın əmələ gəlməsində, F və Mn dişlərin formalaşmasında iştirak edir.
Yod ilk dəfə Kurtua tərəfindən dəniz yosunlarının külündə tapılmış, 1815-ci ildə Gey-Lyussak tərəfindən kimyəvi element kimi qəbul edilmişdir.
Gəlin görək yod haqqında bilmədiyimiz nələr var?
Dərinin quruluğu, tutqunluq, saçların tökülməsi, dırnaqların tez-tez qırılması, əldə və ayaqlarda şişkinlik, gözlərin solğun olması, yorğunluq, yuxuya meylli olmaq və s. — bütün bunlar orqanizmdə yodun çatışmazlığı demədir.
Orqanizmdə bu mikroelementin çatışmazlığı təhlükəlidir.
Uşaqlarda yod çatışmazlığı olduqda isə onlar məktəb tapşırıqlarını həll edərkən fikirlərini toplaya bilmir, tez yorulur, emosionl olurlar.
Bu gün diqqətinizə sınanmış təcrübələri çatdırmaq istərdik. Bununla siz orqanizminizdə yodun hansı miqdarda olduğunu öyrənəcək və bərpası üçün məsləhətlər almış olacaqsınız.
Sınaqdan başlayaq — axşam yuxudan əvvəl yodla 10sm ölçüdə, sağ əlin üst tərəfindən bazu sümüyünədək üç zolaq çəkin.
Birinci zolaq rəngin intensivliyinə görə ən qalın, ikinci ondan daha zəif, üçüncü ən zəif olmalıdır. Səhər yuxudan oyananda bu zolaqlara baxacaqsınız.
Hansı rəngi dəriniz daha çox mənimsəyib?
Əgər orqanizminiz ən zəif zolağı mənimsəyibsə, deməli, orqanizminizdə yod çatır, amma payız-qış dövründə profilaktika üçün tədbir alacaqsınız.
Əgər zəif və orta zolaqlardan iz yoxdursa, orqanizmə yod lazımlıdır. Əgər hər üç zolaqdan iz qalmayıbsa, həyəcan siqnalı vaxtıdır!
İndi isə keçək məsləhətimizə. İlk öncə xəbərdarlıq edək ki, kim Hipotireoz (davamlı olaraq qalxanabənzər vəzi hormonu – triyodtironin çatmazlığından meydana çıxan potoloji hal. Bu halın kritik forması böyüklərdə miksödemə (dərialtı selikli qişaların ödemi), uşaqlarda isə kretinizmə səbəb olur) xəstəliyindən əzab çəkirsə, siz belə sınağı keçirəcəyiniz halda sizdə ürək döyüntüsü tezləşəcək, buna görə bu sizin üçün məsləhət deyil!
Birinci axşam — sağ ayaqdan yuxarıya doğru öz ovucumuzun ölçüsü həcmində yod çəkirik.
İkinci axşam — sol ayağa çəkirik.
Üçüncü axşam — sağ ələ çəkirik.
Dördüncü axşam — sol əldə çəkirik, həm də bir qədər qalın, çünki bu əl ürəyə daha yaxındır.
Beşinci axşam — sol ayağa çəkirik.
Altıncı axşam — sağ ayağa çəkirik.
Yeddinci axşam — sol ələ çəkirik.
Sxem sadədir, yalnız heç bir axşamı keçirməyəsiniz. Keçirdiyiniz halda, yalnız 2 həftə sonra yenidən başlaya bilərsiniz. Bu sınaqdan çıxmış təcrübədir və hər payız-qış mövsümündə edilməlidir, yazda və yayda etmək olmaz.
Daha bir məsləhətimiz ginekoloji xəstəliklər və iltihablar üçündür. Qarının aşağı hissəsinə 3-5 axşam ardıcıl olaraq yod çəkin, faydasını görəcəksiniz.
Mədə-bağırsaq xəstəlikləri zamanı da içilən suya az miqdarda yod damcısı əlavə edilə bilər.
Zədələr və dartılmalar zamanı yod çəkmək faydalıdır.
02/05/2015 tarixində Sağlamlıq içində dərc edildi və mikroelementlər, sağlamlıq, yod olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.
Elaaa
Bəyəntərəfindən bəyənildi 1 şəxs
bu melumat faydalidir
Cunki menim de ehtiyacim oldu dersimde
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Salam. Təşəkkür edirəm.
BəyənBəyən