Məşhurların həyatından maraqlı faktlar

1417598253_141

 

Teymurləng

1336-1405-ci illərdə yaşamış Teymurləng Türk Monqol soyundan gəlməsinə baxmayaraq bütün Asiyanı zəbt edəcək qədər gücə sahib olmuş bir hökmdardır. Tarixdə məşhur Ankara döyüşü olaraq qalmış döyüşdə İldırım Bəyaziti əsir alaraq Osmanlı İmperiyasını sarsıtmışdır.
Teymurləngin ləqəbinin “topal” olduğunu bilirik. Döyüşlər zamanı ayağından və əlindən aldığı yaralar ilə birqollu və topal qalmasına baxmayaraq, ölkələr fəth edərək dünyada silinməz bir iz qoymuşdur. Demək ki, uğur əngəl tanımır. 

Avraam Linkoln

Avraam Linkoln 1809 və 1865-ci illər arasında yaşamışdır. O əlləri və ayaqları böyük, həmçimin əlləri və barmaqları uzun və nazik idi. Həm də onun görməsində də qüsur vardır. Bu səbəblərdən onda Marfan sindromu varmış.

Linkoln siyasi həyatına məğlubiyyətlərlə başlamasına baxmayaraq, inadkarlıq edərək və əzmlə ABŞ-ın unudulmaz başçıları arasında yer almış və ölkəsində köləliyi ləğv edən rəhbər kimi tarixə düşmüş, eyni zamanda müdrik bir insan olaraq aforizmləri günümüzə qədər gəlib çatmışdır. Ən məşhur sözlərindən biri budur: “Əziyyət çəkməmiş insanların çox az üstünlüyə sahib olduqlarını müşahidə etdim”.

Stiven Kinq

1942-ci ildə anadan olan bu elm adamı Yan tərəf (lateral) amiotrofik skleroz həm də motor neyronların xəstəliyi, motor-neyron iflici, Şarko xəstəliyi və s. adlanan xəstəlikdən əziyyət çəkir? Lakin buna baxmayaraq o, müalicəsi mümkün olmayan bu xəstəlik sayəsində kainatın sirlərini anladan kitablara və elmi işlərə imza atmışdır.

Bu xəstəlikdə beyin sağlam qalmasına baxmayaraq, bütün bədən iflic olur. O, uğuruna səbəb kimi belə deyir: “Beynin sağlam isə, bədəninin harası əlil olursa olsun, uğur qazanmağı bacara bilərsən”. Ümumiyyətlə, Stiven içində daima bir inamla yaşayıb, həkimlərin bir neçə il ömür verməsinə baxmayaraq əlli ilə yaxındır həyat mübarizəsinə elmi işləri ilə davam etmişdir. O evlənmələri və boşanmaları ilə də ictimaiyyətinin gündəminə gəlmiş, buna baxmayaraq tənqidlərə əhəmiyyət vermədən uğurlarına davam etmişdir. 

Helen Keller

Həm kar, həm dilsiz və həm də kor olan Helen Keller 1880-1968 illər arasında yaşamışdır və həm kor, həm kar olmasına baxmayaraq uğurlu əsərlər qoyub getmişdir. Helen Keller kor olduğu halda sağlam insanlardan daha çox kitab oxumuş və 88 illik həyatında qoxulayaraq, toxunaraq həyatı anlamağa çalışmış və 10 kitab nəşr etdirmişdir. Hətta həyatını yazdığı kitabı ilə özünə ev də almışdı.
İnsanlar arasında ədalətsizliklərə qarşı üsyan edən Helen Keller: “Təhsil hər maneəni aşar” inamı ilə, özü kimi kor və karların təhsillə kimsəyə möhtac olmadan yaşaya biləcəyini isbat etmişdir. Həm yazıb, həm danışmış, hər kəsə ümid aşılayan çıxışları ilə dəstək olmuşdur. Bu çıxışları da işarə dili ilə vermişdir.
İndi ən kiçik çətinliklərdə mübarizədən və inkişaf yolundakı mübarizədən imtina edən gənclər Helen Kellerin həyatını ibrətlə oxumalıdırlar.

Bethoven

Bethoven 1770-1827 illərdə yaşamışdır. O, getdikcə artan eşitmə maneçiliyinə baxmayaraq, bu gün də sevilərək dinlənən məşhur əsərlər yazmışdır. Kar olmasına baxmayaraq 9-cu sinfoniyanı yazmış və bu əsəri səsləndirərkən belə orkestri idarə etməyi bacarmışdır. Bu konserti dinləyənlər Bethoveni ayaq üstə alqışlamışlar.
Bethovenin həyatı bizə, insan istəsə eşitmə qüsurlu olmasına baxmayaraq da musiqilər bəstələyər və bu sahədə hətta dünyada tanınan əsərlər yazmağa belə qadir ola biləcəyini göstərir.

02/05/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Maraqlı idi.Təşəkkürlər 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. Sənə də təşəkkürlər, Aysel 🙂

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: