Uşaq ensiklopediyası (IV yazı)

mini_97685024fd8a3614ee6117c09c390878

 

Azərbaycan Respublikasının Konstitusiyası

Hər bir respublikanın Əsas qanunu (Konstitusiyası) var. Konstitusiya dövlətin quruluşunu, onun qanunlarını, vətəndaşların hüquq və vəzifələrini və s.-ni müəyyənləşdirir. Konstitusiyada göstərilir ki, hər bir vətəndaşın işləmək, təhsil almaq, istirahət etmək və s. hüququ var.
“Konstitusiya” latın sözü olub, hərfi mənası “qurmaq, yaratmaq və əsasını qoymaq” deməkdir. Sovet hakimiyyətinin hökmran olduğu illərdə Azərbaycan SSR-də Konstitusiya dörd dəfə qəbul edilmişdir. Azərbaycan SSR-in 1921, 1925, 1937 və 1978-ci il Konstitusiyaları sovet dövründə qəbul olunmuşdur.
1991- ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul edildi. Konstitusiya layihəsi ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikasının referendumunda qəbul edilmiş və noyabrın 27-də qüvvəyə minmişdir. Hər il noyabrın 12-i respublikamızda Konstitusiya günü kimi qeyd olunur.

Azərbaycanın Gerbi, Bayrağı və Himni

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanin üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə, səkkizguşəli ulduz təsvir edilmişdir.
Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.
Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni ifadə edir.
Yaşıl rəng – islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.
Azərbaycan Respublikasının Dövlət himninin müəllifləri Əhməd Cavad və Üzeyir Hacıbəyovdur.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

Azıx mağarası


Camaat arasında dolaşan rəvayətlərdən birində deyilir ki, guya Qarabağda bir mağara var, elə böyükdür ki, nə ucu var, nə bucağı. Özü də guya mağaraya bir xoruz buraxılıb, gedib İrandan çıxıb. Alimlər Azıx mağarası adlanan bu mağara ilə maraqlanmış və oraya getmişlər. Mağara Füzuli şəhərindən 16 km aralıda nəhəng bir dağın başında yerləşir. Alimlər içəridə çoxlu salon, qadın heykəlcikləri və daşlaşmış əhəng suxurları gördüklərini xəbər verdilər. Dedilər ki, içəridə adamı qorxu hissi bürüyür. Hər yer qaranlıq zülmət içindədir. Onlar salonun torpaqla dolu olduğunu gördülər. Deməli, burada qədim insan yaşamışdır. Lakin bunu sübut etmək lazım idi. Ona görə də tezliklə arxeoloji qazıntilar başlandı. Qazıntılarda iştirak edən alimlərdən biri heyrətlə qışqırdı: mustye (90 min il bundan əvvəl) və aşel (250 min il əvvəl) dövrü insanın əmək aləti tapılmışdı. Bu əhvalat 1960-cı ildə baş vermişdi. Burada ən qədim, dünyada isə dördüncü tapıntı olan Azıx adamının alt çənə sümüyü aşkar edilib. Alimlər çənənin 18-22 yaşlı qadına olmasını da müəyyən ediblər. İlk insan mağaraya bizdən 1,5 milyon il əvvəl qədəm basmış, burada uzun müddət – 50 min il yaşamışdır. Mağaradan tapılmış materiallar əsasında çoxlu elmi məqalə, kitab yazılmış, 1981-82-ci illərdə Fransanın “İnsan” muzeyində Azıx mağarası materialları nümayiş etdirilmişdir.

 

01/05/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: