Məntiq və əyləncə

1

 

1. Gecə zülmət qaranlıqdır. Bir ailə körpüdən keçməlidir. Ailə nənə, ata, ana və nəvədən ibarətdir. Körpü çox qədimdir deyə ancaq iki adamdan artıq keçə bilməz. Ailədə isə bir fənər var. Fənərsiz keçmək isə mümkünsüzdür. Ata – 1 dəqiqəyə, ana – 2 dəqiqəyə, nəvə – 5 dəqiqəyə, nənə isə – 10 dəqiqəyə körpünü keçirsə, 17 dəqiqə zaman sərf etməklə ailəni körpüdən necə keçirmək olar?

2. İki qardaşın yaşları arasındakı fərq 5-dir. Bəs 10 ildən sonra onların yaş fərqi neçə olacaq?

3. Bir ağacda, ayrı-ayrı budaqlarda 3 sərçə və hər çərçənin qarşısında bir sərçə oturub. Ağacda olan sərçələrin sayı neçədir?

4. Həcmi 5 l və 3 l olan qablardan istifadə edərək 8 litrlik qabdakı südü iki bərabər hissəyə necə bölmək olar?

5. Bir kişinin çoxlu dəvəsi və 3 oğlu olur. Kişi ölərkən oğlanlarına 17 dəvə miras qoyub gedir. Vəsiyyət edir ki, böyük oğlana dəvələrinin 1/2 hisssəsi, ortancıl oğluna 1/3 hissəsi, kiçik oğluna isə 1/9 hissəsi çatsın. Oğlanlar nə qədər edirlər ataları deyən qayda ilə dəvələri aralarında bölə bilmirlər. Bir müdrik kişinin yanına gəlirlər. Müdrik kişi dəvəni vəsiyyətdə deyildiyi kimi oğullar arasında bölür. Bunu necə edir?

01/05/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 16 Şərh.

  1. 2 ci sualın cavabı 5dir ?

    tərəfindən bəyənildi 1 şəxs

  2. 2-ci suala cavabın doğrudur, amma 3-cü sualın cavabını bir qədər diqqətlə düşün 🙂

    Bəyən

  3. yes yes tapdım hocam 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  4. 1də.Ata anayla qucaqlarında uşaq,əllərində fənər körpünü 2 dəq keçirlər çünki ata 1 dəq keçirsə ikiisi birlikdə 2 dəq olur.Sora uşaq geri qayıdır körpüylə nənənin yanına 5 dəqiqəyə.Nənə də uşağı yəni nəvəsini qucağına götürüb körpünü keçirlər 10 dəqqəyə.Cəmi oldu 17 dəqiqə

    Bəyən

  5. Diqqətli ol, dedim axı, körpünü bir dəfəyə iki adamdan artıq keçə bilməz)

    Bəyən

  6. cavab nəə ? 😦 maraqlı gəldi 😦

    Bəyən

  7. Əvvəlcə ata ilə ana gedir, 2 dəq. vaxt lazım olur. Sonra ata geri dönür 1 dəq. vaxt, cəmi 3 dəq. Nənə nəvə ilə gedir 10 dəq. vaxt, cəmi 13 dəq. Ana geri qayıdır 2 dəq. vaxt, cəmi 15 dəq. Ata ilə ana gedir, 2 dəq. vaxt, cəmi 17 dəqiqə.
    Bax belə, əziz gənc jurnalist 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  8. nə çox gedib gəldilər.əsas odu məkana çatdılar deyəsən 🙂 o süd olanı da deyindəəəə 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  9. Əsas odur, qəzasız mənziləç yetişdilər)))
    Deyim də 🙂

    Əvvəlcə 8 litrdən 5 l-lik qabı doldururuq. Bir qabda 3, 0 birində 5 olur, digər 3 l-lik boşdur hələ ki. Sonra 5 l-likdəki südü boş olan 3 l-yə tökürük. Olur 3, 2, 3. Sonra 3 litrdəkini 8 litrlik qabda olan 3 l-n üstünə əlavə edirik. Olur 6, 0, 2. Daha sonra 6 l-dən 5 l-yə süd tökürük. Olur 1, 5, 2. Sonra 3 l-k qabdakı 2 litrin üstünə 5 litrlikdən 1 litr əlavə edirik. Olur 1, 4, 3. Axrıncı 3 litri də 1 litrin üstünə əlavə etdikdə olur 4, 4. Beləliklə, 8 litr südü 3, 5 litrlik boş qablarla böldük.

    tərəfindən bəyənildi 1 şəxs

  10. çox sağolun müəllim,əziyyət verdim sizə 😦

    tərəfindən bəyənildi 1 şəxs

  11. Xoşdur, buyur 🙂

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: