Bəzi qadınlar niyə tənhadır?

tumblr_njzftm6CFf1u2oeyto1_500

 
Bir çox insanların sahib olmaq istədiklərinə artıq siz sahibsiniz. Ürəyinizcə olan işiniz, karyeranız var, maddi sıxıntınız yoxdur, istədiyiniz hər nə varsa, almağa qadirsiniz, gözəlsiniz, sağlamsınız…Kənardan baxarkən sizdə hər şey mükəmməl görünür. Amma çatışmayan nəsə var: tənhasınız! Könül sirdaşı sarıdan şansınız heç gətirmir. Yaxşı, bəs harda səhv edirsiniz? Gəlin, birlikdə araşdırma aparaq.
Həddindən artıq tələbkarsınız
Bir çox qadınlar rastına çıxan kişi üçün “bu, mənim tələblərimə cavab verə bilməyəcək” deyərək çox az müddət içində münasibətə son qoyur. Sonu nə olur? Təbii yenə tənhalıq! Kişiləri gözünüzdə qəhrəman kimi böyüdüb onlarınn imkanlarından artığını istəmək düzgün deyil. Burada gərək istək normasını aşmayasınız. Bəzən də hər dəqiqə ancaq sizi düşünüb sizin üçün çalışmağını, sizdən başqa onu maraqlandıran heç bir şeyin olmaması tələbini ortaya qoyursunuz. Bu addım da yanlışdır. Axı, onu özünüzə həyatınızı asanlaşdıran bir “xidmətçi” gözündə görsəniz, yenə də qismətinizə tərk edilmək düşəcək.
Xarici görünüşlә, daxili alәmin gözәlliyin qarışdırmayın.
Seçiminizi düzgün etmək, əlbəttə ki, çox vacib olanıdır. Amma unutmayın ki, potensial bir kişini ayaqqabısını sizin zövqünüzə uyğun geyinmədiyi üçün tərk etməniz, çox səhv addımdır. Əgər iradınız qarşı tərəfin sırf xarici görünüşünədirsə, onda qərarınızda daha diqqətli olmağınız lazımdır. Ən azından ona öz zövqünüzə uygun bir ayaqqabı hədiyyə edərsiniz, hər şey olub bitər.
Xarakter baxımından da ən mükəmməl biriylə qarşılaşacağınızı xəyal etməyin. Bütün yaxşı xüsusiyyətlərin bir vücudda toplanması, sizcə, nə qədər doğrudur? Burada diqqət edəcəyiniz şey onun daha çox hansı xüsusiyyətinin qabarıq olmasını tutmaqdır.
“Evdə qalmış qız” fikrinə düşməyin.
Bu fikrə düşdüyünüz an ağlınıza gələnlər sizi səhv addım atmağa yönəldə bilər. Məsələn, “Tənhayam, yorulmuşam, necə olursa-olsun biriylə evlənməliyəm” və yaxud da “Bunu tapmışam, heç bir vəchlə onu itirməib, onunla evlənəcəm”. Sizin düşdüyünüz bu çarəsizlik halından qarşı tərəf özü üçün çox yaxşı faydalana bilər. Onlar evlənərkən sizin bütün movzularda onunla razılaşmağınızı tələb edə bilər, axı siz “evdə qalmış” qızsınız.
Amma bu yazdığıma xüsusi diqqət edin:
Heç bir kişi söhbəti monoloqa çevirib, hər dediyi ilə qeyri-şərtsiz razılaşan bir bəzək “körpəsi”ylə də birlikdə olmaqdan zövq almaz. Bunun yerinə fikirlərinizi dürüstcə ortaya qoyub, ağıllı təkliflər deməniz sizə uğur qazandırar.
Kişi seçimində səhvlər
Əgər bir kişi seçmək istəyinizdə özünüzü hər hansı seçim qarşısında, ya onun ətrafı ilə bağlı, ya iş həyatı ilə olsun – qoymayın, onda yenə də tənha qalmaqdan xilas ola bilməyəcəksiniz. Ən əsası da “bu mənim zövqümdə biri deyil…” fikrindən tez bir zamanda əl çəkməlisiniz. Əgər fikrinizdə ideal birinin portretini canlandırıb onu tapmaq üçün çalışırsınızsa, bilin ki, bunun üçün çox şanslı olmağınız lazımdır. Sözün qısası, kaprizlərinizdən əl çəkin!
Əsgərlik dostu kimi rəftar etməyin.
Unutmayın ki, sevdiyiniz biri sizə sarılaraq, sizin qadınlığınızı duyaraq sizdən zövq almağı istəyər. Çay evində sirlərini paylaşıb dərdləşmək üçün ona yoldaşlıq etməyi ağlınıza gətirməyin. Bəyəndiyiniz kişiyə dost kimi davranmalısınız, amma bir kişi qədər dostca davranmamalı, qadınlığınızı itirməməlisiniz. Onu demək istəyirəm ki, sevdiyiniz kişiylə dost olun, amma hər zaman işin romantik tərəfini gözdən qaçırmayın. Kişinin təkcə pis gündə söykənəcəyi çiyin olmayın…

29/04/2015 tarixində Ailə dünyası içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: