Saçlara qulluq qaydaları

image

Günəş, dəniz, qum, hovuz … Saçlarımızın düşmənlərinin adını əzbərdən bilirik, amma verdikləri zərərin qarşısını almaq üçün tədbirlər görməyi də bilməliyik.

İlk işiniz sağ ucunda yaranmış qırıqlardan azad olmaq olmalıdır. Uzun saçlarınızı özünüzdən razı halda çiyninizə tökmək sevimli adətiniz olsa belə, bir müddət bununla vidalaşmalısınız, çünki qırıqlar kəsilməsə, saçlarınız sağlam formada uzanmağa davam edə bilməyəcək. Saç, uclarından qırılmağa başladığı andan etibarən bu proses dayanmadan davam edər və qırılma saç diblərinizə doğru irəliləyər, ta ki onlardan xilas olana qədər . Məsləhətdir ki, gecikdirmədən bu qırıqlardan canınızı qurtarın. 

İsti yay aylarında hər gün, hətta bəzən gündə bir neçə dəfə duş alırıq. Bu bizi rahatlandırır, amma bundan ən çox zərər görən təəssüf ki ,saçlarımız olur.
Tez-tez duş alaraq saç dərimizin çıxardığı yağın saçda qalmasına mane oluruq. Bu səbəbdən, saç öz tarazlığını təmin etmək üçün daha çox yağ ifraz etməyə çalışır, bu da təbii olaraq problemlərə səbəb olur.
Yaydan sonra saçlarınızın özünə gəlməsi üçün, duş aralığını mütləq artırın. İlk günlər həddindən artıq yağlanmadan şikayət edə bilərsiniz, çünki əvvəldə də dediyimiz kimi, saç təbii tarazlığını tapmaq üçün daha çox yağ ifraz edəcək. Lakin yuma sayını azalttığınızda, saçınızın qısa müddət içində daha parlaq və baxımlı göründüyünə şahid olacaqsınız.

Günəş şüaları saçlarınızdakı zülallara zərər verər. Bu zərəri aradan qaldırmaq üçün zülal və keratin tərkibli məhsullardanı istifadə etmək lazımdır. Həftədə ən az bir dəfə tətbiq edəcəyiniz maska ilə günəşin verəcəyi zərərləri ortadan qaldıra bilərsiniz. Maska sayəsində köhnəlmiş saç telləri qidalanacaq və saçınız güc qazanacaq. Maskanı özünüz evdə də tətbiq edə bilərsiniz, lakin daha təsirli olsun deyə mütəxəssislərə müraciət etməniz məsləhətdir.

Saçınızı daramaq üçün daraq yerinə fırça daraqlardan istifadə etməyin. Çünki, günəş, dəniz, hovuz kimi faktorlarla zəifləyən saçlarınız fırça daraqlarla daha asan qırılar və baxımsız bir hal alır. Ən məsləhətli daraq isə, iri dişli olanlardır.
Saçlarınızın parlaq görünməsini təmin etmək üçün qəbul etdiyiniz qidalara diqqət etməlisiniz. Bol su üçün, təzə meyvə suyu qəbul edin. Qan yaradan badam, böyürtkən və sink qaynağı olan somon balığı saçınızın sağlam, parlaq və gözəl görünməsini təmin edər.

Saça qulluq yağlarıyla, saça ehtiyacı olan parlaqlığı və canlılığı hər an verə bilməniz mümkündür. Tərkibində argan olan bu yağlar, saçları qidalandırıb, parlaq etdiyi üçün saça qulluqda möcüzə adlandırılır. Canlılığını itirmiş, qulluq istəyirəm deyə “qışqıran” saçlarınızı hər duşdan sonra saça qulluq yağlarıyla yumaqla ona sağlamlığını geri verə bilərsiniz.

28/04/2015 tarixində Gözəl qadın içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: