Narın şirəsi, yoxsa qabığı?

image

Narı kim xoşlayır? Mənim ən çox sevdiyim meyvələrdən biridir. Hamı kimi mən də dənələrini yeyib, qabığını zibilə atıram. Amma bunun yanlış olduğundan heç xəbərim yox imiş. Çində son illərdə aparılan tədqiqatlar narın qabığının suyundan daha çox miqdarda dəyərli birləşmələr daşıdığını aşkarlayıblar. Nar qabığında olan turşu, başda döş xərçəngi olmaqla bütün xərçəng növlərinin qarşısını almağı təmin edir.

Tədqiqatlar nar qabığının xolesterini azaltdığı, beta hüceyrələrini artıraraq diabetli xəstələrə, ürək və damar xəstələrinə suyundan daha əhəmiyyətli faydalar verdiyini ortaya qoyubdur. Nar qabığında olan maddələr döş xərçəngi, yemək borusu, dəri, bağırsaq, prostat və mədəaltı vəzi xərçəng xəstəliklərində, bu xəstəliyi yaradan hüceyrələrə əks təsir xüsusiyyətini göstərə bilmişdir.

Narın faydalı hansılardır:

Antioksidantdır
Təzyiqi salır
Orqanizmi toksinlərdən təmizləyir
İmmunitet sistemini gücləndirir
Sakitləşdirici təsiri vardır
Menopauza simptomlarını yüngülləşdirir
Oynaq ağrılarına yaxşı təsir edir
Yüksək nisbətdə C vitamini tərkiblidir
Fosfor baxımından zəngindir
İnfeksiyalı xəstəliklərə yaxşı təsir edir
Antioksidant təsiri ilə xərçəngə qarşı qoruma təmin edir
K vitamini ilə sümük sıxlığını qoruyur.
Nar qabığını kölgədə və ya 40-50 dərəcəni keçməyəcək isti şəraitdə qurutmaq lazımdır. Qabığı kiçik parçalar şəklində qəzetin üzərinə sərin quru və işıq düşməyən otağa qoyun. 1 stəkan çay üçün 3-4 ədəd qabıq istifadə edilə bilər. Qurumuş qabığı ovuntu halına salmaqla da istifadə etmək olar.

100 qram qaynadılmış suya, 2 qram nar qabığı ataraq, təxminən 10 dəqiqə qaynadıb suyu hər gün çay kimi içmək məsləhətdir. Bu yolla başda xərçəng, ürək və şəkər xəstəlikləri olmaq üzrə bir çox xəstəlikdən özümüzü qorumuş olarıq. Qurudulmuş və xırdalanmış nar qabığını, qəhvəüyüdəndə toz halına gətirib, bir çay, ya da qəhvə qaşığı tozu salat, pendir kimi qidalarla da yemək olar.

Xüsusilə şəkər xəstələrinə, beta hüceyrələrini artıran nar qabığının tozunu istifadə etməyi məsləhət bilən mütəxəssislər: “Ümumiyyətlə, bütün meyvələrdə olduğu kimi, narın da ən dəyərli yeri özəyidir. Bir dərman kimi içdiyimiz nar şirəsindən artıq qalan qabıqlarını da gərək heç vaxt atmayaq. Yuxarıda adı çəkilən xəstəliklərdən müdafiə olunmaq istəyirsinizsə, min bir dərdin dərmanı olan nar dənələri kimi, qabığının da dəyərini bilin” – deyə vurğulayırlar. Elə isə, bu fürsəti siz də əldən qaçırmayın.

28/04/2015 tarixində Sağlamlıq içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: