İşğal olunmuş rayonlar

AĞDAM

Ağdam_işğaldan_sonra_2

   Ağdam — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Hazırda inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altındadır. 1747-ci ildə şəhər statusu almışdır. Bakıdan 358 km aralıda yerləşir. 1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

• Ərazisi – 1154 km2
• Əhalinin sayı – 158000
• Şəhid olmuşdur – 538.
• Əlil olmuşdur – 587
• Milli qəhrəmanlar – 17 

CƏBRAYIL

text_0010-7

Cəbrayıl rayonu —Azərbaycan Respublikasının inzibati – ərazi vahidi. İnzibati mərkəzi Cəbrayıl şəhəridir.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. 23 avqust 1993-cü  il tarixdə rayon Ermənistan ordusu və himayədarları tərəfindən işğal edilmişdir.

• Ərazisi – 1050 km2
• Əhalinin sayı – 52049
• Şəhid olmuşdur – 347
• Əlil olmuşdur – 172
• Milli qəhrəmanlar – 4

 

FÜZULİ

S

 

Füzuli rayonu — Azərbaycan Respublikasında  inzibati – ərazi vahidi. 1993-cü ildən ərazinin bir hissəi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.Bölgə inzibati ərazi vahidi kimi 1827-ci ildə yaradılmış və ilkin adı Qarabulaq olmuşdur.

•Ərazisi – 1112 km2
•Əhalinin sayı – 95940
•Şəhid olmuşdur – 528
•Əlil olmuşdur – 1309
•Milli qəhrəmanlar – 6

 

ZƏNGİLAN

Zengilan-menzere

 Zəngilan rayonu — Azərbaycan Respublikasında  inzibati – ərazi vahidi. 1930-cu ildə təşkil olunmuşdur. 29 oktyabr 1993-cü ildə erməni sillahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Araz çayını keçən zaman çoxlu sayda insan üzə bilmədiyi üçün boğularaq ölmüşdü.
•Ərazisi – 707 km2
•Əhalinin sayı – 35500
•Şəhid olmuşdur – 191
•Əlil olmuşdur – 110
•Milli qəhrəmanlar – 2
QUBADLI
Qubadli-foto
Qubadlı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 14 mart 1933-cü ildə yaradılmış rayon. İnzibati mərkəzi Qubadlı şəhəridir. Rayon ərazisi 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
•Ərazisi – 826 km2
•Əhalinin sayı – 33800
•Şəhid olmuşdur – 232
•Əlil olmuşdur – 146
KƏLBƏCƏR
1350673922_q kel 4
Kəlbəcər rayonu – Azərbaycan Respublikasında  inzibati ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər  şəhəridir. Kəlbəcər8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993 -cü ildə  Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
•Ərazisi – 1936 km2
•Əhalisinin sayı – 55000
•Şəhid olmuşdur – 217
•Əlil olmuşdur – 49
•Milli qəhrəmanlar – 2
ŞUŞA

98_big

 

Şuşa rayonu – Azərbaycan Respubliksında inzibati ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Şəhər 8 may 1992-ci ildə işğal edilmiş və vəhşicəsinə dağıdılmışdır. Şuşa rayonunun əhalisi hazırda qaçqındır və Azərbaycanın müxtəlif reqionlarında yaşayırlar.

•Ərazisi – 289 km2
•Əhalinin sayı – 24900
•Şəhid olmuşdur – 193
•Əlil olmuşdur – 102
•Milli qəhrəmanlar – 5

 

XOCALI

967949153d9fc78308a21406794872_xocali3

Xocalı rayonu – Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Xocalı şəhəridir. Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1992-ci il fevral ayının 26-da erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

•Ərazisi – 970 km2
•Əhalinin sayı – 11567
•Şəhid olmuşdur – 613. Əlil olmuşdur – 657
•Milli qəhrəmanlar – 10

XOCAVƏND

25_full

Xocavənd rayonu— Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi  Xocavənd şəhəridir. 2 oktyabr 1992-ci il tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

•Ərazisi 1458 km­­²
•Əhalinin sayı 41.725
•Şəhid olmuşdur 145
•Əlil olmuşdur 300

LAÇIN

95517747

Laçın rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Laçın şəhəridir. Laçın rayonu 18 may 1992-ci  ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

•Ərazisi – 1875 km2
•Əhalinin sayı – 60000
•Şəhid olmuşdur – 259
•Əlil olmuşdur – 225
•Milli qəhrəmanlar – 6

22/04/2015 tarixində Tariximiz içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: