Ayrılığın acısı ağır olurmuş yaman…

image

…70-80 illərin şedevr mahnılarına möhür vurmuş, milyonlarla könüllərdə əbədi iz buraxmış, neçə-neçə xoşbəxt sevginin əbədi məhəbbət nəğməsini notlara köçürmüş Elza İbrahimovadan danışacağıq. O Elza İbrahimovadan ki, neçə acı ayrılığın həsrətindən doğan göz yaşlarının qəm ortağı, neçə gizli sevginin ürək göynədən giziltisinə həmdəm musiqilərin əvəzolunmaz müəllifidir.
…Elza xanım İbrahimova 1938-ci ilin yanvar ayında Hacıqabul rayonunda dünyaya göz açıb. Bu bir cüt gözün illər sonra neçe-neçə könüllərin həmdəmi, sirdaşı olacacağından hələ kimsə xəbərdar deyildi. Təkcə Yaradan bilirdi ki, öz xalqı üçün bir parlaq ulduz, bir dahi bəxş etdi həmin gün…atası dəmir yol işçisi, anası həkim idi. Elza evin ortancıl uşağı idi, özündən başqa bir bacı, bir qardaşı vardı.

Elza xanımın ana nənəsi dövrünün tanınmış qarmon ifaçısı olmuşdur. Ola bilər ki, Elza xanımın bu istedadına da səbəb, elə irsən gəlmə bir talant idi. Elza xanımın musiqiyə olan dərin marağını görən atası onu Bakıdakı 8 saylı musiqi məktıbinə yazdırır. Elza xanımı məşhur bir pianoçu görmək atasının ən böyük arzusu idi. Atasının inamını Elza çox erkən yaşlarında doğrultdu. 12-13 yaşında o, fortopianoda məharətlə ifa edə bilirdi artıq. Çox təəssüf ki, atası Elzanın uğurunun sonadək şahidi ola bilmədi. Atası 1954-cü ildə qəfildən dünyasını dəyişdi. Evin bütün yükü, üç uçağın qayğısı 38 yaşlı ananın çiyinlərinə düşdü…1957-ci ildə Elza xanım A.Zeynallı adlna musuqi məktəbinin bəstəkarlıq fakültəsini bitirir. Sonra 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirir.Elza xanım qardaşı Çingizlə birgə tez-tez kinoteatra gedərmiş. Kinodan əvvəl məşhur müğənnilərin ifasında konsert olarmış. Konsert zamanı qardaşı Elzaya baxır və: “görəsən bir gün bu müğənnilər sənin də mahnılarını ifa edəcəklərmi?” – deyə soruşur.

1969-cu il idi. Elza evdə oturub radionu dinləyirdi, birdən beynində yeni bir mahnı səsləndiyini hiss edib piano arxasına keçir. Qardaşı Çingiz kimin mahnısını ifa etdiyini soruşanda: “özümün, elə indicə bəstələdim “, – deyir. İndi qalırdı bu musuqiyə sözlər seçmək.
İki gün əvvəl anasının oxuduğu Məmməd Rahimin şeirlər kurabını götürüb vərəqləyir və “Yalan ha deyil” adlı şeirin üzərində dayanır. Bu mahnı Elza xanımın yüzlərlə bəstəsinin içində yeganə mahnısıdır ki, əvvəl musuqusi yaranıb, sonra sözləri seçilib. Mahnının ilk ifaçısı isə unudulmaz sənətkar Şövkət Ələkbərova olur. Bir il sonra mahnı efirdə səslənir. İkinci mahnısı isə “Bakının işıqları” olur və çox böyük uğur qazanır.
Elza xanımın uğurlarından biri də Azərbaycan estradasına tanqo ritmini gətirməsi oldu. Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Qurban verərdim” əsəri onun bu ritmdə yazdığı ilk musiqisidir. Bu təbii ki, sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmamışdı. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilirdi. Amma sonradan “Qurban verərdim”lə bərabər “Sən mənə lazımsan” (söz. Əliağa Kürçaylı), “Bağçadan keçmisən” (söz. Ə.Əlibəyli) və başqa tanqo ritmində yazılmış musiqiləri Elza xanımın sevilən mahnıları sırasında yer aldı.
50 ildən çox yaradıcılıqla məşğul olan Elza xanımın musiqinin müxtəlif janrlarında bəstələri olmuşdur. Amma onu daha çox məşhur edən mahnı janrı olur. Elza xanım bunun səbəbini muğama bağlılığında görürdü.

Elza xanımln lirik musiqiləri onun taleyində də öz izini buraxmış olur. Sanatoriyaların birində öz sevgisi ilə qarşılaşıb ailə quran xanımın Zəhra adlı bir qızı da dünyaya gəlir. Lakin bu izdivac uzun sürmür. Ayrılığın səbəbini açıqlamasa da Elza xanım bur daha ailə qurmur…
Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Elza xanım bir çox məşhur şairlərin sözlərinə mahnılar yazmışdır. R.Heydər, B.Vahabzadə, O.Qoçulu, V.Əziz, V.Səmədoğlu, R.Əfəndiyeva, Ə. Kürçaylı bəstəkarın dönə-dönə müraciət etdiyi şairlərdəndir. Onun “Afət” operası (əsərin müəllifi: Hüseyn Cavid), “Yanan laylalar” operası (libretto – Ramiz Heydər, 1992), Z.Ziyadoğlunun söz. solist və simfonik orkestr üçün “Neftçilər himni” (2001), “Dünya sevənlərindi” kinofilminə musiqi (1998), Maykl Ceksonun xatirəsinə “Rekviyem” (2009) kimi əsərləri vardır. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən “Ey vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olmuşdur.
Elza xanım 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2008-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür.

Uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmişdir.
Ayrılığının acısı yaman ağır olurmuş: ürəklərdə buraxdığı izlər də ağır olurmuş. Fəqət, ölüm sevinməsin: Elza xanım Azərbaycan incəsənəti üçün çox böyük əsərlər qoyub getmişdur. Bu irs onu həmişə yaşadacaq, o, hər zaman insanların müasiri olacaqdır.

Bu gün ekrandan, efirdən gənclərin musiqi zövqünü korlayan ifaları, bəstələri dinlədikcə, Elza xanım kimi bəstəkarların yeri çox hiss olunur. Kaş gənclərimiz həqiqi sənəti və sənətkarları doğru seçib dəyərləndirə biləydilər.

22/04/2015 tarixində Yazılarım içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: