Türk qadın hökmdarları (I)
Tomris
Dünyanın və türk dünyasının ilk qadın hökmdarı Tomris Hz. İsanın doğum tarixindən əvvəl, 600-cü ildə hökmdar olmuşdur. Bu illərdə İranda da Əhəməni sülaləsi hökmdarlıq edirdi. Əhəməni dövründə İran ordusu bir neçə dəfə Şərqə hücumlar etmiş, türklərlə döyüşmüşdü. Tomrisin hökmdarlığı zamanında İranlıların Kir adında bir hökmdarı var idi. Niyyəti Massaget çarlığını ələ keçirmək olan Kir Tomrisə evlənmək təklifi edir, lakin Tomris Kirin niyyətini anlayır və təklifi rədd edir. Təbii bu o zamankı qaydalara görə çox əhəmiyyətli bir qərar idi. Çünki Tomris İran hökmdarı ilə evləndiyi təqdirdə hökmdarı olduğu ölkələr də Kirin tabeliyinə, İranın əlinə keçəcəkdi.
Bundan qeyzlənən Kir onunla evlənməyi rədd edən bu qadının cəzasını verməyi qərar verir. Döyüşə keçən Kir əvvəlcə Tomrisin oğlunun tabeliyində olan qoşunla rastlaşır və onları məğlubiyyətə uğradır. Tomrisin oğlu sərkərdə Sparqapis əsir düşdüyünü anlayanda əllərini açdırmağı xahiş edir və əlləri açılan kimi də özünə qəsd edir. Tomris bunu eşidib onun sözünə əməl etməyən Kirin üzərinə hücuma keçir.
Qanlı bir vuruşmadan sonra Türklərin qadın hökmdarı İranlıların kişi hökmdarını məğlub edir.
Kirin 29 illik hakimiyyətinə son qoyulur. Tomris şərab badəsini insan qanı ilə dolduraraq, Kirin cəsədini tapmağı əmr edir. Onun başını badənin içinə soxaraq belə söyləyir: “Mən sağ qalsam da, sən məni məhv etdin. Sən hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından.”
Tomris haqqında tarixi məlumat belədir, lakin bir çox əfsanələr də var ki, burda məhz Türk qadının şücaətindən danışılır.
Sultan Raziyə bəyim
İspaniyadan İndoneziyaya qədər üç qitənin ərazisində yerləşən bütün müsəlman ölkələri üçün taxta çıxan ilk qadın Dehli türk müsəlman dövlətinin sultanı Raziyə xatın olmuşdu. Bu dövlətin hökmdarı Şəmsəddin Eltutmuş (1211-1236) taxtın varisliyini bu yolla (varislik) taxta malik olmuş yeganə müsəlman qadın olan qızı Raziyə xatına vermişdi. Sultanın hakimiyyəti hədd-buluğa çatmış oğulları ola-ola qızına verməsi ilə bağlı ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malik idi: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insan idi. Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş qardaşı ilə hesablaşdı. Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı.
Raziyə Sultan 1238 -ci ildə səfərə çıxdı. Ordu və ehtiyac sahiblərinə bol bəxşiş və hədiyyələr payladı. Vəzifə vermədə həssaslıqla hərəkət edib , qiymətli alimləri Dehlidəki mədrəsəsinə dəvət etdi.
Raziyə Sultanın hökmdarlığına Türk əsilli bəylər həsəd apardıqları üçün 1240-cı ildə onu taxtdan endirib qardaşı Bəhram Şahin Dehlini Türk sultanlığına gətirdilər. Raziyə Bəyim Sultan isə həbs edilərək qalaya salınır. Lakin burada da dinc durmayan Raziyə Sultan özünə tərəfdarlar toplayıb yenidən hücuma keçir, amma məğlub olur. Əsir düşməsin deyə döyüş yerindən uzaqlaşan Raziyə Sultanı hindli bir rəncbər üzərindəki zinət əşyalarına sahib olmaq üçün öldürüb tarlada dəfn edir. Raziyə sultanın paltarını və zinət əşyalarını bazarda satarkən tutulan rəncbər Raziyə Sultanın məzarının yerini göstərir. Raziyə Sultan çox ədalətli bir hökmdar olduğu üçün onun mədrəsəsi səcdə yerinə çevrilir.
Raziyə Bəyim Sultan Türk İslam tarixində nadir rast gəlinən, ilk qadın sultandır. Qərbdəki hökmdarlıq xüsusiyyətlərinə uymayan, saray mühitinin iyrənc qanunlarına təslim olmadan hökmdarlıq edib, dövlətə və millətə çox xeyir verən biri olmuşdur. Raziyə Sultan hər zaman geyimi ilə də seçilər, kişi paltarı geyinməz, üzünə niqab taxarmış.
Dilşad Xatun (İparhan)
Şərqi Türküstan 1759 -ci ildə Çin tərəfindən işğal edildi. Uyğur Türkləri vətəni işğal edən Çin ordusuna qarşı illərcə müqavimət göstərdilər. Tam 42 dəfə müstəqillik mübarizəsi élan edildi, nəticədə sayı və təchizat baxımından müqayisə edilə bilməyəcək dərəcədə çox olan Çin ordusu , Rusların da köməyiylə bu mübarizələrdən qalib çıxdı.
O dövrün Şərqi Türküstan xanlarında Cahangir Xoca şəhid edildi. Cahangir Xocanın həyat yoldaşı Dilşad (İparhan) ərinin mübarizə bayrağını endirməyərək ordunun başına keçdi.
Böyük mübarizələrdən sonra Çin ordusu tərəfindən əsir alınan İparhan Pekinə Çin İmperatoruna aparıldı. İmperatorun İparhana evlənmə təklifi İparhan tərəfindən şiddətlə rədd edildi.
Və bu qəhrəman Türk Qadını iffəti və millətinin gələcəyi üçün , bir Çinli ilə evlenməkdənsə canına qıydı. Bir qəhrəman kimi yaşadı və bir qəhrəman kimi şəhid oldu. Türk qadınının ürəyində ” Gəlinlərin Anası ” ünvanıyla yaşayan qəhrəman İparhan rəhmətlə xatırlanır.
Dilşad xatun 1352-ci ildə vəfat etdi. Nəcəfül-Əşrəfdə dəfn edildi.
20/04/2015 tarixində Tariximiz içində dərc edildi və qadın hökmdarlar olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.
Bir şərh yazın
0 şərh