Məntiq və əyləncə

1334255228_oiu

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi çox mühüm bir prosesdir. Kiçik yaşlı uşaqlara bu fənni sevdirmək üçün tədrisə bir qədər əyləncə, düşündürücü mahiyyətli məsələlər əlavə etmək, rəgarənglik yaratmaq, uşaqlarda bu fənnə marağı daha da artırar. Bu tip məsələlər uşaqlarda maraq yaratmaqla bərabər, onların məntiqi inkişafını da artırmış olur, bir növ uşağı düşünməyə vadar edir. Uşaqlar bizim gələcəyimizdir, biz bloqda onların da maraq dairəsini nəzərə alacaq və biliklərini artırmaq üçün məlumatlar yerləşdirəcəyik.

Elə isə, gəlin birlikdə düşünək…

  1. Orxan nənəsindən 57 yaş kiçikdir. Anası isə Orxandan 22 yaş böyükdür. Orxanın indi 8 yaşı var. Nənəsi onun anasından neçə yaş böyükdür?
  1. 9 litrlik bidon və 5 litrlik vedrənin köməyi ilə çəlləkdən vedrəyə 3 litr suyu necə tökmək olar?
  1. Dolu qabla birlikdə balın kütləsi 10 kq-dır. Balın dörddə birini götürdükdən sonra qalan bal qabla birlikdə 8 kq oldu. Əvvəlcə qabda neçə kq bal var idi?
  1. Sinfin 25 şagirdindən 17-si alman, 15-i isə fransız dilini öyrənir. Neçə şagird hər iki dili öyrənir?
  1. İlbiz hündürlüyü 10 m olan ağac boyunca sürünür. Gün ərzində o 5 m yuxarı qalxır, gecə 4 m aşağı düşür. O neçə günə ağacın başına çatar?

15/04/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Burada məntiqlə əlaqədar heç nə yoxdur

    Bəyən

  2. Əcaba niyə əlaqədar deyil? Mən uşaqlara məntiqi tapşırıqları həm də burdan götürürəm 🙂

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: